SON XƏBƏRLƏR

GünazTV April.22.2020: Tramp imiqrant vizalarını təxirə salan qərarla bağlı qətiyyətlidir və onu bu gün imzalamağı düşünür

2021.10.20, 07:36
GünazTV April.22.2020: Tramp imiqrant  vizalarını  təxirə salan qərarla bağlı qətiyyətlidir və onu  bu gün imzalamağı düşünür

Gunaz.tv

Amerika prezidenti Donald Tramp, twitter üzərindən  imiqrasiya ilə bağlı açıqladığı qərarı siyasətə də daşıdı.Tramp imiqrant  vizalarını  təxirə salan qərarla bağlı qətiyyətlidir və onu  bu gün imzalamağı düşünür.Lakin,Tramp administrasiyası sənədin son nəticəsinin hələ bəlli olmadığını bildirir.Mətbuata sızan informasiyalardan aydın olur ki, Tramp bu addımından dönməyəcək.Bu gün jurnalistlər qarşısında da açıqladı ki, məhdudiyyətlər  “Yaşıl Kart” verilməsini, Amerikada  daimi oturma və çalışma içazəsi verən vizaları əhatə edir.Qarşıdakı 2 ay müddətində bu kategoriyadan heç kim viza  ala bilməyəcək. Tramp əlavə etdi ki,əgər lazım gələrsə o, bu müddəti uzada da biləcək.

“Biz bilirk ki, bu dönəmdə çoxlu amerikalı iş yerini buraxmaq məcburiyyətində qaldı. Bu səbəblə də, biz onları işə qayıdanda işlərinə bərpa olunmasına yardım etməliyik.Amerikalıları qorumaq üçün mən Amerikaya imiqrasiyanı dayandırıram. Bu barədə siz keçən gecə eşitmişdiz. İmiqrasiyanı dayandırmaqla biz işsiz qalan Amerikalılara kömək etmiş oluruq. İş axtaranda birinçi onlar işə alınsınlar deyə. Bu Amerikanın açılması üçün çox vacibdir. Biz birinci Ameriaklıları düşünməliyik. Bu fasilə ilkin mərhələdə 60 gün qüvvədə olacaq. 60 gündən sonra  qərar bir də baxacağıq. Ya uzadacaq, ya da bitirəcəyik. Əsas faktorlardan biri də ölkənin və dünyanın iqtisadi durumudur. Bu qanun Amerikada birdəfəlik yaşamaq istəyənlərə böyük təsiri olacaq.Amma müvəqqəti gələnlərə təsiri olmayacaq.”  

Lakin tibb işciləri kimi, “vacib işləyənlər” kategoriyasından olan insanlar bu sənədlə məhdudlaşmayacaqlar. Yəni,  bu insanlar və onların doğmaları  green kart ala biləcək.Sənəd  Amerikada  müvəqqəti  işləmək imkanı verən bəzi  vizalara şamil edilmir. Gida tədarükündə işləyənlər və kənd təsərüfatında çalışanlar da viza ala biləcək.Amerika prezidenti belə bir ifadə də işlətdi.“Virus səbəbi ilə işdən çıxarılan Amerikalının yerinə xaricdən gələn imiqrantların işə götürülməsi ədalətsizlikdir. Bundan başqa Amerika, xüsusi ilə texnalogiya sahəsində   H-1B vizası almaq istəyənlərə ayrı bir qanun hazırlayacaq. Tramp  prezidentliyinin ilk dönəmində də Amerikada vətəndaşlıq və imiqrasiya xidmətinə tapşırmışdı ki, xüsusi ilə teknologiya  şirkətlərinin xaricdən işçi gətirmək üçün istifadə etdikləri  H-1B vizalarını məhdudlaşdırsınlar.

Tramp administrasiyasının bu addımını maraqlı bir məsələ ilə bağlayırlar. Hesab edilir ki, Amerika  coronavirusla mübarizə çərçivəsində iqtisadiyyatı açmağa başladıqca ,ölkəyə imiqrant axını başlaya bilər.Tramp hakimiyyəti də  şirkətlərin imiqrantları aşağı qiymətlə işə almasının qarşısını almağa çalışır.Bu həm də onu göstərir ki, 2020 prezident seçkilərində imiqrasiya siyasəti yenı də öndə olacaq. Donald Trump prezidentliyinin birinçi dönəmi üçün də   Meksika sərhəddinə divar tikməyi vəd etmişdi. İnfeksiyalara nəzarət mərkəzinin açıqlaması isə göstərir ki, bu bəla hələ uzun davam edəcək.Amerika bütün məhdudiyyətləri coronovirusla məhdudlaşdırıb. Beləki, CDC coronovirusun payızda daha dəhşətli formada geri qayıdacağını proqnoz edir. Mövsümü qrip isə, virusun daha da genişlənməsinə səbəb ola bilər.

Qənirə Ataş,GünazTV, Vaşinqon.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar