SON XƏBƏRLƏR

GünazTV April.24.2020: Amerika hökuməti sosiyal məsafə qaydalarını yaya qədər uzatmaga qərar verdi.

2021.10.20, 07:36
GünazTV April.24.2020: Amerika  hökuməti sosiyal məsafə qaydalarını yaya qədər uzatmaga qərar verdi.

Gunaz.tv

Amerika  hökuməti sosiyal məsafə qaydalarını yaya qədər uzatmaga qərar verdi.Ag evdəki toplantıda diqqət çəkən açıqlamalardan biri də, günəş şüasının coronovirusun ölməsində güçlü təsiri olduğu deyildi. Prezident  Trump, Corona virusu ilə mübarizə üçün xalqa müraciət  edərək, virusa qalib gəlmək üçün   hərkəsin sosial məsafə qaydalarına riayət etməli olduğunu dedi.Könüllü maska istifadə etmək də məsləhətdir. Prezident mayın birinədək planlanan  sosiyal məsafə qaydalarının  ən pis halda yay mövsümünün sonunda başa çata biləcəyini düşünür.

 “Hər gün biz öz düşmənimiz haqqında daha çox öyrənirik. Vətən təhlükəsizliyinin hazırladğıı reportlar bizə virus barədə başqa informasiyalar verdi. Məsəl üçün onun dəyişən iqlim qurşagında və tempraturda yaşayıb yaşamamsı barədərir. Bu araşdırmalar göstərir ki virus soyuq və quru şəraitdə yaşayır. Bizim ücün üçün vacib olan qaydalara əməl etməyimizdir. Biz Amerikada özümüzü təhlükəsiz hiss edənədək qaydalara riayət edəcəyik”

Prezidentin coronavirusdan təsirlənən  şirkətlərə göndərdiyi yardımlardan imtina edənlər də olub. Başda   Harvard, Stanford və Princeton üniversitetləri bu yardımdan dövlətə dəstək olmaq üçün imtina etdiblər.Xatırladaq ki, təkcə  Harvard universiteti   paketdən 9 milyon dolar yardım almalı idi. Prezident  vacib addımlardan biri kimi Amerika ərazisində testlərin aparılmasını görür.Onun təbirincə desək, Amerika  test mövzusunda əla işləyir.Bəs günəş şüaları   virusu öldürə bilərmi? Daxili Təhlükəsizlik nazirliyinin rəsmisi  William Bryan  günəş işığının coronavirusa qarşı güçlü  təsiri olduğunu dedi.

“ Bizim ən böyük işimiz odur ki, Coronavirus  günəş şüaları düşən yerdə sürətlə ölür. Günəş şüaları coronovirusu sərt yerdə də hava da da öldürür.Biz buna bənzər təsiri havanın rütubətliliyində də görmüşük. Virus havada cəmi iki dəqiqə qala bilər.Ulturabənövşəyi günəş şüaları virusa qarşı  güçlü bir təsirə malik olur.Məsələn virus 6 saat yaşaya bilirdisə günəş şüaları ilə iki dəqiqəyə yox olacaq. Bu günə qədər  əldə etdiyimiz ən  vacib nəticə  odur ki, virus havada ölməsində  günəş işığı təsirlidir.Virusun ömürü  havalar isindikcə qısalacaq.”

Wiliam Bryan, araşdırmalara istinadən dedi ki, qapalı ortamlarda tüpürcəkdən gələn virus damcıları  yaşamağa davam edir. Lakin bu  günəşli havada baş verərsə sürətlə ölür.O, həmçinin  kimyəvi  ağardıcıların virusu  beş dəqiqədə, izopropilinin isə  30 saniyədə yox  etdiyini dedi. Laki vurğuladı ki, yay mövsümü havasının   virusu öldürəcəyini deməsi ilə insanlar  rahatlanmamlıdır.Çünki günəş şüaları düşməyən yerlərdə virus  hələ uzun müddət yaşayacaq.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar