SON XƏBƏRLƏR

GünazTV April.28.2020: Amerika prezidenti Donlad Tramp ştatların coronavirusla mübarizəsində testlərin aparılması üçün təzə plan yaradıb.

2021.10.20, 07:36
GünazTV April.28.2020: Amerika prezidenti Donlad Tramp ştatların coronavirusla mübarizəsində testlərin aparılması üçün təzə plan yaradıb.

Gunaz.tv

Amerika prezidenti Donlad Tramp ştatların coronavirusla mübarizəsində  testlərin aparılması üçün təzə plan yaradıb.Plan ştatlarla federal hökumətin vəzifələri arasındakı fərqi ortaya qoyacaq. Ağ evin Gül bağcasındakı günlük mətbuat konfransında görünən Amerika prezidenti dedi ki, iqtisadiyyatı dirçəltmək üçün atılan addımlar məhz bu palndan başlayır.  

“İqtisadiyyatın mərhələli və  çox güvənli   açılması üçün planlar quran ştatları məlumatlandırmaq üçün testlərin  aparılması mövzusunda əlavə planlara ehtiyac oldu. Detallı hazırladığımız   planımız ştatların tam güclərinə necə çatmalarını, test sayını necə artırmağı,qəfil ortaya çıxan problemləri,  zamanında  aşkarlamaq üçün xüsusi sisitem qurmalarına kömək edəcək.”

Ag evin coronovirusla mübarizə komandasının kordinatoru Doktor Deborahın açıqladığı  üç mərhələli  plan səkkiz maddədən ibarətdir.İlk mərhələ,özəl sektörün test istehsal etməsi üçün səfərbər edilməsi, ticari və  araştırma məqsədli labaratoriyaların və  professional dərnəklərin   test güçünü artırması üçün həvəsləndirmək və təstiqlənmiş  testlər üçün  icazə verməyi əhatə edir.  İkinci mərhələdə, ictimai və özəl sektorun test etmə qabiliyyətini müəyyən edərək genişləndirmək  və test tədarükünü güçləndirmək yer alır. Son mərhələdə isə qubernatorlarla test planlarını və sürətli müdaxiləni dəstəkləmək üçün əməkdaşlıq. Amerika prezidenti daha sonra Çinə istiqamətlənən açıqlama etdi. O, Çində nə baş verdiyi ilə bağlı araşdırma apardıqlarını açıqladı. President  təkidlə deyir ki,Çin  coronavirusun qarşısını dünyaya yayılmadan əvvəl ala bilərdi.

“Siz Çini bir neçə məsələdə günahkar görə bilərsiz. Biz çox ciddi araşdırmalar apaırıq.Çindən razı deyilik. Biz bütün situasiya ilə razı deyilik.Çünki virus, mənbəyində sürətli  dayandırıla bilirdi və bütün  dünyaya yayılmazdı. Biz düşünürük Çin məsuliyyətli olub bunu bizə bildirməli idi.Bizim araşdırmamız bitəndən sonra ətraflı mövqeyimizi ortaya qoyacağıq”

Tramp dedi ki, Amerika virusa tutulanların və ölənlərin sayını   tam açıqlasa da, Çin və diğır ölkələr  bu məlumatları gizlətməkdə ittiham etdi. Onu da deyək ki, Amerikada karantin elan edilən gündən etibarən, Amerika prezidenti hər gün 2 saat davam edən mətbuat konfransları keçiridri. Lakin, keçən həftə xlorla bağlı etdiyi açıqlamadan sonra gündəlik mətbuat konfranslarını 25 dəqiqəyə endirdi.

 

Qənirə Ataş, Günaztv, Vaşinqto

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar