SON XƏBƏRLƏR

GünazTV April.30.2020: Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir.

2021.10.20, 07:36
GünazTV April.30.2020: Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir.

Gunaz.tv

Çin Vuhandakı laborotoriyaları dünya üçün əl çatan etməlidir. Bu fikirləri Amerikanın Dövlət Katibi   Mike Pompeo səsləndirdi.O, Çini  Vuhandakı viruslara qarşı olan labaratoriyaları xariçi dünya üçün açmağa çağırdı. Onun təbirincə desək, dünya coronavirusun necə  və hansı şəraitdə meydana gəldiyini  anlamalıdır.Rəsmi Pekinin şəffaf olmaqla yükümlü olduğuna diqqət çəkən dövlər  katibi, Dövlət Departamentində keçirdiyi mətbuat  konfransında bunları  dedi.

“ Biz Amerika insanının məsuliyyətini dərk edərək onlara yalnız düzgün məlumatlar veririk.Dövlət Departamenitinin missiyası  Amerika insanlarını  dünyadakı təhdidlərdən qorumaqdır. Bizim virusun başlaması ilə bağlı verdiyimiz informasiya sadəcə bir tarixdir.Ölkələr yanlış informasiya verərkən, hamı üçün risk yaradırlar. Çin Komunist partiyası  Amerikaya ortağliq təklif edir, amma  unudurlar ki,  təhlükəsiz əməkdaşlıq bu məlumatları paylaşmaq məsuliyyətini də daşıyır.Onlar heç nəyi gizlətməli deyildilər.Baxın, dünyanın əli hələdə, Vuhanın viruslara qarşı olan instituna  çatmır.Dünya orda nə baş verir bilmir. Bu virusun hardan yarandığını hələ tam olaraq bilmirik. Amerika  Çindəki  labaratoriyaların təhlükəsizliyindən də narahatdır. Unutmaqay bu Çindən yayılan ilk virus deyil.Bu səbəblə biz bütün müttəfiqlərimizlə  informasiyalarımızı paylaşırıq. Lakin informasiyanın paylaşması təkcə virusa deyil, həm də nüvə silahlarına aid olmalıdır.”

Xatıqrladaq ki,prezident Donald Tramp da    açıqlamalarında, coronavirusun   Vuhandakı   labaratoriyadan ortaya çıxdığını ehtimal etmişdi. Çin iddiaları   rədd  etsə də sübut edə bilmir.Dünyanın elm insanları coronovirusun  yarasa və ya qarşıqa yeyənlər yolu ilə insana, vəhşi həyatdan keçdiyini ehtimal etsədə, bu da dəqiq bəlli deyil. Digər  ehtimalda isə, virusun Vuhandakı labaratoriyada yarasa üzərindəki test zamanı ortaya cıxdığı  iddia olunur.

Amerikanın dövlət  katibinin açıqlamalarında İran da yerini tutdu. Pompeyodan, BMT  İrana qarşı silah embarqosunu uzadarsa, bunun  effekti ola bilərmi soruşuldu. Cavabı belə oldu.

“İran oktyabrın 23-dən sonra başqa dövlətlərdən iri həcimdə silahlar ala biləcək. Biz qoymayacağıq bu baş versin. İranın nüvə razılaşmasını pozmasının nəticəsi baxın məhz budur.Bir neçə aydan sonra  Rusiya  və Çin kimi dövlətlər İrana silah sata biləcəklər. Bu bir fantaziya deyil, bu baş verəcək. Düşünün İran indiki durumda  Livanda hizzbulahı, İraqda isə terrorçu qruplaşmaları maliyyələşdirir. Silahla təmin edir. Səmaya ballistik raketlər də göndərirlər. İndi siz düşünün onlar  yeni silahlar əldə edəndən sonra nələr edəcəklər. Sizçə biz onlara icazə verməliyik? Məncə  dünya başa düşür ki, bu addım səhv olar.İstəyirik  mütəffiqlərimiz buna qarşı mövqey ortaya qoysunlar. Biz BMT-nin Təhlükəsizlik Komitəsinin embarqoları uzatması üçün çalışacağıq. Əgər başqa ölkə İrana qarşı addım atmasa, onda Amerika digər ssenarilər üzərində işləyəcək.”

Dövlər katibi rəsmi Tehranı da Çin kimi informasiyaları gizlətməkdə qınadı. O, virusdan ölənlərlə bağlı Tehranın yanlış rəqəmlər payıaşdığını dedi. Amerikanın dövlət katibi dedi ki, İran hakimiyyəti virusdan əziyyət çəkən xalqını deyil, terror fəaliyyətini  genişləndirməyi düşünür.

 

Qənirə Ataş, Günaztv, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar