SON XƏBƏRLƏR

GünazTV April.30.2020: Parlament Araşdırma Mərkəzi: Corona 6 milyondan çox insanı işsiz edə bilər

2021.10.20, 07:36
GünazTV April.30.2020: Parlament Araşdırma Mərkəzi: Corona 6 milyondan çox insanı işsiz edə bilər

Gunaz.tv

İran Parlamenti Araşdırmalar Mərkəzi Corona Böhranının iqtisadi nəticələri ilə bağlı bir hesabat yayaraq, 2.8 milyonla 6.4 milyon nəfər arası indiki çalışan işçinin bu böhran səbəbiylə işlərindən olacaqlarını söylədi.

Bununla yanaşı, İranın Statistika Mərkəzi 2019-ci ilin qışında işsizlik oranını 10,6 faiz səviyyəsində elan etmişdi. İqtisadçıların bunun doğru bir rəqəm olduğunda şübhə edərək həqiqi işsizliyin daha da yüksək olduğunu hesab etmişdilər. 

Bu hesabatda, Corona səbəb olduğu işsizlik ölçülərini araşdırmaq üçün üç ssenari təyin edilmişdir. Bu ssenarilərdə, hökumət tədbirlərinin növündən asılı olaraq dövrlər üçün işsiz əhaliyə 6 milyon 400 min nəfərin əlavə ediləcəyi və bu işsizlərin 70% -nin sığorta təminatı olmayacağı təxmin edilir.

Geniş işsizlik və kütləvi aclıq İran rəsmiləri üçün ciddi narahatlıq doğurur, çünki ölkədə xaos və sosial iğtişaşlara səbəb ola bilər. İslam Respublikası rəsmilərinin Corona sonrakı dövrdə bu təhlükəsizlik sorunlar və mümkün küçə iğtişaşlarına hazırlaşdığı düşünülür. İnternet məhdudiyyətlərinin artırılması, media senzurasının güclənməsi və sosial şəbəkələrə nəzarət İran hökumətinin məşhur etirazlara qarşı tədbirlərindən bəziləri ola bilər. 

Bununla əlaqədar, 29 Aprel Çərşənbə axşamı, ölkənin 65 şəhərindən 400-dən çox din xadimi və seminariya tələbəsi ədliyyə rəhbəri Seyid İbrahim Rəisiyə kiberfəza fəallarının mühakimə olunmasını tələb edən bir məktub yazdılar. Onlar, ölkədə üsyan və xaos təhlükəsinə işarə edərək, sosial medianı əlaqə vasitəsi kimi hesab etdilər və sosial medianı sistemin təhlükəsizliyini pozmaqda günahlandırdılar və "2017-ci ilin dekabr və 2018-ci ilin noyabr iğtişaşları vəziyyətin yalnız bir hissəsidir" deyə vurğuladılar.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar