GünazTV April.06.2021 : “Amerika Birləşmiş Ştatları və İranın Vyana görüşündən gözlənti”

2021-04-06 20:39

“Amerika Birləşmiş Ştatları və İranın Vyana görüşündən gözlənti”

Gunaz.tv Quote | Gunaz article

“Amerika Birləşmiş Ştatları və İranın Vyana görüşündən gözlənti

 Amerika Birləşmiş Ştatları ilə İran arasında  aprelin 6-da Avstraliyanın paytaxtı Vyanada nüvə razılaşmasını yenidən canlandırmaq üçün   görüş olacaq. İranlı ekspertlər bu görüşü qiymətləndirərkən işin çətin mərhələsinin indi başladığını düşünürlər. Təbii onlar bu məsələdə İranın daxili vəziyyətini nəzərə alaraq fikir yürüdür. Həm iqtisadi, həm pandemiya dönəmində çox ciddi zədələr alan İran iqtisadiyyatı ölkədə narazı kəsimin sayını yüksəldib. Nəzərə alsaq ki, İranda iyul ayında prezident seçkisi olacaq bu da ondan xəbər verir ki, hökümət  seçkidən əvvəl embarqo mövzusunda öz xeyrinə addım atmaq istəyir.

Vyana görüşünün hədəfi, İranın yerinə yetirməsi gərəkdiyi nüvə öhdəliklərini və bunun qarşısında qaldırılmasını tələb etdiyi embarqolardır. Mütəxəsislər isə düşünürlər ki, Amerika Prezidenti Joe Baydenin İranla nüvə razılaşması istəyinə qarşı çıxan Senatdakı Respublikaçılar Tehranın tələblərinə boyun əyilməməli olduğunu irəli sürürlər. İranla qərb ölkələri arasında  2015-ci ildə əldə edilən nüvə razılaşması daxilində nüvə silahının istehsalının qarşısını alamaq üçün gətirilən sanksiyalar qarşılığında  rəsmi Tehrana qarşı iqtisadi embarqolar qaldırılmışdı.  İran isə əksini etdi. Amerikanın razılaşmadan geri çəkilməsindən bəri  uranın miqdarı və zənginləşdirilmə kimi mövzularda üzərinə düşən öhdəlikləri pozdu. Elə bu da qərb dövlətlərinin eləcə də Amerikanın nə diqqətindən yayındı nə də siyasətindən. Vyana görüşündə, İranın ballistik raket proqramı ya da Livanın Hizbullahı və ya Həmas kimi qruplara istiqamətlənən dəstək mövzuların gündəmdə olmayacağı xəbər verilir. Hədəf yalnız və yalnız İranın nüvə proqramdır. Bayden hakimiyyəti isə açıq deyib ki, hər iki tərəfin nüvə razılaşmasının şərtlərinə əməl etməsi halında, Vaşinqton da bu anlaşmada yer alan zaman məhdudiyyətini uzatmaq və İranın raket proqramı ilə yanaşı Hizbullah, Həmas və şiyə qruplara hərbi dəstək o cümlədən Suriya Prezidenti  Bəşər Əsətə  verdiyi dəstəyin məhdudlaşdırılması məqsədiylə də  görüşlər keçirmək istəyir. 

 Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

2021-04-19

gun az article

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

2021-04-19

gun az article

Tehranda mebel sexində yanğın: 6 ölü, 3 yaralı

2021-04-19

gun az article

Gürcüstan DTX: Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub

2021-04-19

gun az article

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

2021-04-19

gun az article

Ağdamın İsmayılbəyli kəndi - VİDEO

2021-04-19

gun az article

Rusiya ordusu Artikada təlimlərə başlayıb

2021-04-19

gun az article

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-04-19

gun az article

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

2021-04-19

gun az article

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

2021-04-19

gun az article

Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19

gun az article

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

2021-04-19

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı-SON STATİSTİKA

2021-04-19

gun az article

Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19

gun az article

Çadda etnik qarşıdurma - Ölənlərin sayı 100-ə çatıb

2021-04-19

gun az article

Epidemioloq: "COVID-ə qarşı peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər enməyə başlayar"

2021-04-19

gun az article

ABŞ-ın investisiya bankı Avropa Super Liqasına 6 milyard dollar ayıracaq

2021-04-19

gun az article

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

2021-04-19

gun az article

Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri ilə görüşüb

2021-04-19

gun az article

İran parlamenti 2 həftəlik tətilə gedir: Səbəb bir qrup deputatın koronavirusa yoluxmasıdır

2021-04-19