GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01 21:16

“Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

Gunaz.tv Quote | Gunaz article

“Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

 Vaşinqton ətrafında yaşayan bir qrup Azərbaycanlı, İran rejiminin əleyhinə aksiya keçirdilər. Aksiya İran nümayəndəliyinin yerləşdiyi, Pakistanın diplomatik korpusunun qarşıslnda baş tutdu. Güney Azərbaycan Milli Marşı ilə başlanan aksiyada İran rejiminin qəddarlığına etiraz edilirdi. Soydaşlarımız, iyulun 16-da Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Respublikasına dəstək aksiyası ərəfəsində həbs edilən milli fəalların  azad olunmasını tələb edirdilər. Piketin şüarları isə bunlar idi. “Siyasi məhbuslar azad olunsun”, “haray haray mən türkəm”, “Təbriz, Bakı, Ankara biz hara farslar hara”, “rədd olsun İran rejimi”, “Qarabağ bizimdir bizim olacaq”, “Justice for South Azerbaycan”.

Xatırladaq ki, güneydəki soydaşlarımız, Ermənistanın  Azərbaycanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan qəzəblənərək rəsmi Bakıya dəstək aksiyaları təşkil olunub. Eyni zamanda Güney Azərbaycanın milli fəalları  aksiyaların davamlı olması üçün  müxtəlif şəhərlərdə  çağırışlar  ediblər. Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər. Vaşinqtondakı aksiyada çıxış edən Həbib Azərsina və Taymaz Urmulu İran rejiminin azərbaycanlılara qarşı etdiyi cinayıtlərdən söz açaraq dünyanı susmamağa çagırdılar.  İran rejimi həbs etdiyi  milli fəalları əvvəlcə Təbriz Mərkəzi Həbsxanasına ordan da  “Sepah”ın həbsxanasına köçürülmüşdülər.Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı saxlanılan Yasəmin Zəfəri, Həkimə Əhmədi və Məqsud Fəzli Çimənzəmindən   heç bir məlumat yoxdur. Təbrizin milli fəalları bu 3 aksiyaçının da Sepah”ın həbsxanasına köçürüldüyünü təxmin edilir. İranın təhlükəsizlik qüvvələri iyulun 23-də Yasəmin Zəfərinin evinə hücum edib axtarış apardıqdan sonra, milli fəalın şəxsi əşyaları müsadirə etmişdilər. Təhlükəsizlik qüvvələri həmçinin iyulun 25-də Rəhim və Sədullah Sasaninin evlərinə gedərək axtarış aparıb, onlara məxsus şəxsi əşyalar, o cümlədən bir neçə kitabı özləri ilə götürüblər.Azərbaycan Respublikasına dəstək məqsədilə Tehranda Ermənistan səfirliyi qarşısında keçirilən aksiyada saxlanılan Həmid Cabbarlının vəziyyətindən də məlumat yoxdur. Vaşinqtondan Güney Azərbaycandakı  soydaşlarımıza ədalət istəyən həmvətənlərimiz maraqlı nüanslara da diqqət çəkirdi. İran rejimi, ölkədə yaşayan ermənilərin hər il qondarma soyqrım iddiaları üçün Türkiyə səfirliyi qarşısında etiraz etməsinə mane olmu, əksinə şərait yaradır. Amma 35 milyondan çox Azərbaycanlının Qarabaga dəstək aksiyasının qarşısını almaq üçün kütləvi həbslər edir. Amerikadakı aksiyada  Güney Azərbaycanlı fəal Abbas Lisaniyə də ədalət istənildi.İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan 12 təşkilat birgə bəyanat yayaraq tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edtsə də İran rejimi əksini edir. İran rejimi Abbas Lisani barəsində  ədalətsiz olaraq 15 il  hökm istəyib.Aksiya iştirakçıları  İran rejiminin bu hərəkətini  pisləyərək azərbaycanlı türk fəallara göstərilən təzyiqləri qınadılar. Aksiya iştirakçıları fikir və ifadə azadlığına hörmət göstərilməsinin zərurəti vurğulanaraq İranda dinc yollarla Azərbaycan Türklərinin və digər etnik qrupların hüquqları uğrunda çalışan vicdan məhbuslarının qeyd-şərtsiz azadlığa buraxılmaları istədilər. Aksiyada Sepah-ın həbs edilən azərbaycanlılara qarşı amansız davranışları da pisləndi. Onu da deyək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu olan Sepah, Amerika Birləşmiş Ştatları  və bir neçə ölkə tərəfindən terror təşkilatı olaraq tanınır. Sepahın  bu hadisələrlə bağlı həbs etdiyi Azərbaycanlıların sayı isə  30-dan çoxdur. Onların bir çoxunun taleyi   hələ də naməlumdur.Bu da bir daha onu göstərir ki, rəsmi Tehran Azərbaycanı deyil, Ermənistanı dəstəkləyir. İslam dövləti  Azərbaycan Respublikasına həm daxildən həm də xaricdən zərbə vurnmaqda davam edir.

 

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15