GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06 18:53

Əli Mütəhərinin İran rejiminin Çin-in müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

Gunaz.tv Quote | Gunaz article

Əli Mütəhərinin İran rejiminin Çin-in müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

 

Son günlərdə İran məclisinin keçmiş üzvü deputat Əli Mütəhəri Çin rejiminin Uyğur müsəlmanlarına uyğuladığı basğılarına qarşı İranın mövqeyinə etiraz olaraq iki tvit yazıb və o yazılarda İran rejiminin Çin-i dəstəkləməsinə və müsəlmanlara qarşı ikili standartlar uyğuladığına toxunub. Onun iki tviter mesajı İranın Pan-Fars və anti-Türk rəsmiləri arasında geniş etirazıara səbəb olub.

 

Əli Mütəhəri, həmçinin daha öncə İran rejiminin Qarabağda və Azərbaycan Respublikasının işğal olunmuş digər ərazilərində Ermənistanı dəstəklədiyi ikiüzlü mövqeyini tənqid etmişdi.

 

Əli Mütəhəri Tvitter mesajında İran hökumətinin "iqtisadi ehtiyaclar" səbəbiylə Çində müsəlmanların vəziyyəti ilə bağlı səssiz qaldığını yazıb. Mütəhəri, İran rejiminin Şərqi Türküstandakı müsəlmanların qırğını qarşısında susmasını "İslam Respublikası üçün utanc verici" tanımlayaraq Çini işğal altında olan Türküstan bölgəsində "İslamı silmək" lə ittiham etmişdi.

 

Əsr-e İran saytına verdiyi müsahibədə cənab Mütəhəri Çin hökumətinin müsəlmanlara etdiyi rəftarına qarşı İran hökumətinin "laqeydliyini" belə bəhs edir: "Bu yaxınlarda mən Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli bir məmurdan İranın susmasının səbəbini soruşdum. O da mənə "İqtisadi ehtiyac üzündən susmalıyıq" dedi. Məndə ona belə dedim:"məcbur deyildik dünyanın başqa ölkələri ilə münasibətləri bura gətirib çatdırasız ki Çinin dutsağına düşək."

 

Əli Mütəhərinin İran rejiminin susması və Çində uyğur müsəlmanlarının qətliamına laqeyd yanaşması ilə bağlı sözləri, İranda pan-fars və anti-türk yetkili şəxslər və media fəallarının geniş reaksiyası və etirazı ilə qarşılandı.

 

11-ci parlamentin üzvü deputat Mahmud Əhmədi Biqəş, Çin kommunist rejiminin Şərqi Türküstanda uyğur müsəlmanlarını həbs və qətlə yetirmək hərəkətlərini müdafiə edərək, Ali Mütəhəri'nin "xəstə ağıl"a sahib olduğunu və "faydasız və həmişə tələbkar" olduğunu söyləyərək Çin hökumətinin ölkə müsəlmanları ilə hər hansı bir sorun və probləmi olmadığını iddia etdi.

 

"Xorasan" qəzetinin iqtisadiyyat bölməsinin katibi Mehdi Həsənzadə də Mütəhəri-yə xətab Çin hökumətinin əsas problemi "vəhhabiliyə" cəzb olan "Takfiri ekstremistlər" olduğunu və Çin hökumətinin müsəlmanlarla heç bir "probleminin" olmadığını yazdı.

 

O, elə halda bu iddiaları dilə gətirir ki İnsan haqlarını müdafiə edən təşkilatlara görə Çin rejimi milyonlarla Uyğur Türkünü konsentrasiya düşərgələrində saxlayır, onları donuz əti ilə bəsləyir, beyinlərini yuyur, ailələrini parçalayır və müsəlman qadınları Çinli kişilərlə cinsi əlaqədə olmağa və ya sonsuzluq və vasektomiya etməyə məcbur edir və Şərqi Türküstandakı yerli Türk Uyğur əhalisini məhv etməyə və onları Çin əhalisi ilə əvəz etməyə çalışır.

 

Dünyada terrorizmin ən böyük dövlət sponsoru olan İran rejimi çox gülünc bir şəkildə Çin hökumətinin müsəlmanlara edilən repressiya və məhv siyasətini Pekinin "terrorla mübarizə" proqramının bir hissəsi hesab edir.

 

Misal üçün, İran Sepah terror təşkilatına bağlı Təsnim Xəbər Agentliyi, 20 iyul tarixində dərc edilmiş detallı bir hesabatda Çində müsəlmanların hüquqlarının pozulmasını "qaralama", "yalan" və "dağıdıcı böhtan" olaraq xarakterizə etmişdi. Çin Kommunist Hökumətinin Beynəlxalq Radiosunun bir reportajına istinad edərək agentlik Pekinin "terrorizm və ekstremizmlə mübarizə" siyasətini müdafiə edərək Çin hökumətinin bu yanaşmasını "insan hüquqlarını müdafiə etmək üçün ən yaxşı siyasət" olduğunu yazmışdı.

 

İranın pan-fars və anti-Türk rejimi, mediası və ziyalıları elə bir vaxtda Çinin eyləmlərini dəstəkləyirlər ki, Pekinin bu eyləm və hərəkətləri insan hüquqları təşkilatları tərəfindən "insanlığa qarşı cinayət və ya soyqırım" olaraq xarakterizə edilib.

 

 

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran rəsmisindən Azərbaycan və Ermənistana xəbərdarlıq: “İran torpağına doğru heç bir güllə atılmamalıdır”

2020-09-28

gun az article

Qarabağ döyüşləri getdiyi bir vaxtda İrandan Ermənistana hərbi texnika daşınması daha da artıb

2020-09-28

gun az article

İranda daha 190 nəfər koronavirusdan ölüb, 3521 nəfər infeksiyaya yoluxub

2020-09-28

gun az article

İranın Buşehr əyalətində 4.2 bal gücündə zəlzələ baş verib

2020-09-28

gun az article

Rəsmi Tehranın sözçüsü: “Biz Ermənistanla Azərbaycan arasında dərhal atəşkəs elan olunmasının tərəfdarıyıq”

2020-09-28

gun az article

Azərbaycan MN Ermənistanın itkilərini açıqlayıb

2020-09-28

gun az article

Qarabağda açılan topların səsi Təbrizi nə qədər sevindirirsə, Tehranı bir o qədər narahat edir

2020-09-28

gun az article

İranın Qum şəhərində dini təhsil alanlar Ermənistan işğalına açıq-aşkar dəstək nümayiş etdiriblər- FOTO

2020-09-27

gun az article

İranlı rəsmi: "Qasım Süleymaniyə düzəldilmiş heykəllər utancvericidir"- FOTO

2020-09-26

gun az article

İranda daha 3204 nəfər koronavirusa yoluxub, 172 xəstə vəfat edib

2020-09-26

gun az article

Rəsmi Əbu-Dabi: "İranın aqressiv addımları ərəb ölkələrinin İsrailə yanaşmasının dəyişməsinin əsas səbəbidir"

2020-09-26

gun az article

İranda yeni rekord: 1 dolların məzənnəsi 30 min tümənə yaxınlaşıb

2020-09-26

gun az article

Nəsrin Sütudə səhhətinin həddən artıq pisləşməsinə görə aclıq aksiyasını dayandırıb

2020-09-26

gun az article

Tramp: "Seçkilərdən sonra İranla razılaşmanın şərtləri daha da ağır olacaq"

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

2020-09-25

gun az article

İsfahan əyalətində daha 25 nəfər koronavirusdan vəfat edib

2020-09-25

gun az article

“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb

2020-09-25

gun az article

İranda koronavirusdan daha 207 nəfər ölüb, 3563 nəfər xəstəliyə yoluxub

2020-09-25

gun az article

Məcid Təxt Rəvançi: "Bayden seçilsə, İrana kompensasiya ödəsə, nüvə öhdəliklərimizi icra edəcəyik"

2020-09-25

gun az article

İranda mülki təyyarə qəzaya uğrayıb. Pilot və köməkçisi yaralanıb

2020-09-25