GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08 18:38

“ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

Gunaz.tv Quote | Gunaz article

“ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

 Amerika Birləşmiş Ştatlarının kəşfiyyatı, ölkədəki seçkilərə Çin, Rusya və İranın müdaxalə etəcəyinə dair açıqlama edib. Bu ciddi xəbərdarlıq, Milli Müqavimət və  Təhlükəsizlik    mərkəzinin direktoru Vilyam Evaninadan gəldi. O deyib ki, Çin var qüvvəsi ilə çalışırki Tramp  seçkini qazanmasın. Rusya   Joe Baydeni  qaralayıb, İranın isə demokratik qurumların altını qazmağa çalışır. Vilyam  Evanina, Amerika kəşfiyyatının   bu üç ölkənin fəaliyyəti ilə bağlı fikirlərini də paylaşıb. “Bir  çox  xarici aktyorun  seçkini  kimin qazanacağına dair  fərqli manipulasiyaları var. Bəziləri bu maraqlarını açıq şəkildə,bəziləri isə  bağlı qapılar arxasında edir.Onların gizli yollarla təsir  etmək istədikləri  daha az görülür” Sitatın sonu.

    Kəşfiyyat rəsmisi, açıqlamasında yazır ki, Çin prezident Trampı “gözlənilməz” lider gördüyü üçün onun seçkini qazanmasına mane olmağa çalışır. Çin  seçkidən əvvəl, Amerika  siyasətini  formalaşdırmaq  və  Çinə qarşı   gördüyü bəzi siyasi prosseslərə  təzyiq  etmək məqsədi ilə  xüsusi fəaliyyət göstərir. “Çin hücuma dayanıqlı  bir hərəkətin  risk və faydalarını dəyərləndirməyi davam edir. Lakin  son aylar  Covid-19 virusu  və Çinin Houston konsullugunun bağlanması ilə bağlı Birləşmiş Ştatlar administrasiyasının addımlarını müzakirə edən yollardan istifadə edirlər.” Sitatın Sonu.

  Amerikanın kəşfiyyat məlumatlarına əsasən, Rusya isə Trampın seçkilərdə  Demokrat Partiyasından  rəqibi olan  Joe Baydenin  və onun  tərəfdarlarının Rusyaya  qarşı  olduğunu düşünərək  qaralama siyasəti aparır. Evanina, bu vəziyyətdə  Joe Baydenin  prezident köməkçisi olduğu  dönəmdə Ukrayna siyasətində  oynadığı rolunun və Rusiyada  Prezident Vladimir Putinə müxalif olan qüvvələrə   verdiyi dəstəyi dilə gətirərək, rəsmi  Moskovanın bunları unutmadığını dedi. Bəyanatın ən vacib hissələrindən biri də İran İslam Respublikasının rəsmi Vaşinqtona qarşı apardığı təxribatçı siyasəti barədədir. Amerika kəşfiyyatı açıq şəkildə deyirki, rəsmi Tehran Amerikanın demokratik qurumları ilə yanaşı, prezident  Trampın  da ayağının altını qazır.İran  seçkilərdən əvvəl  Amerika Birləşmiş Ştatlarını bölüməyə  çalışır.  “İranın bu yoldakı fəaliyyəti əsasən  sosyal medyada dezenformasyon yayaraq, Amerikanın içində qarşıqlıq yaratmağa istiqamətlənib. Teharın bunu etməsinin səbəblərindən biri  və ən vacibi odurki, prezident  Tramp   yenidən seçilərsə Amerika  İranda rejimin  dəyişməsi üçün Tehrana  təzyiq siyasətini davam etdirəcək.” Sitatın sonu. Prezident Tramp da  məsələyə detallı münasibət bildirdi.

“Ola bilər, ola bilər onlar bu müdaxilələri etməyə çalışırlar.Amma düşünürəm ki, Rusiya məni dəstəkləmək istəməz. Çünki heç kim Rusiyaya qarşı mənim qədər sərt cavab verməyib. Mənə kimlərinsə fikiri maraqlı deyil. Mən Rusiyaya qarşı həmişə mövqe qoymuşam. Baxın mənim Rusiyaya qarşı adıımlarıma.  NATO üçün 130 milyard pul toplamışam ki, onlar özlərini Rusiyadan qorusunlar. Çin sevinərki, Tramp  yuxulu Joe Baydenə uduzsun. Onlar bunu arzu edirlər. Bayden bu ölkənin prezidenti olarsa, Çin Amerikanın sahibi olacaq və  idarə edəcək. Bəyanatda İran da yer tutur. İran sevinərki mən prezident olmayım.Ona görə də bu açıqlamanı etmək istəyirəm. Əgər biz qazansaq İranla qısa zamanda razılaşmalar edəcəyik. Biz Şimali Koreya ilə də qısa zamanda razılaşma edəcəyik.”

Amerika Prezidenti dedi ki, o ilk dəfə prezident olanda da barəsində müharibələri başladacaqla bağlı informasiyalar yayılırdı. Tramp  bunun  əksini edərək, Şimali Koreya ilə münasibətlər qurdu. Tramp dedi ki, İran çox istəyir ki, Amerika ilə razılıq əldə etsin. Rəsmi Tehran istəyirki bu razılaşma zamanı Ağ Evdə Bayden otursun.Çin, Rusiya və İranın ən böyük arzusu mənim uduzmağımdır. Sitatın sonu. Bütün bu detallarla bağlı Ağ Evin rəsmi açıqlaması oldu. Amerikanın əsas evindən gələn məlumatda deyilir ki, rəsmi Vaşinqton başqa dövlətlərin onlara qarışmasına icazə verməyəcək.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 211 nəfər koronavirusdan vəfat edib, 3825 nəfər xəstəliyə yoluxub

2020-10-01

gun az article

Sistan və Bəlucistanda daha 1 İran sərhədçisi həlak olub

2020-10-01

gun az article

Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayıb

2020-10-01

gun az article

Ermənilər yenidən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur

2020-10-01

gun az article

İranda dolların məzənnəsi 30 min tüməni keçib

2020-10-01

gun az article

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərilib- SƏNƏDLƏR

2020-09-30

gun az article

Həsən Ruhani Nikol Paşinyana zəng edib: “Azərbaycanla Ermənistan arasında ixtilafların həlli üçün kostruktiv rol oynamağa hazırıq”

2020-09-30

gun az article

Ərəbistan dünya ictimaiyyətindən İrana qarşı ciddi tədbirlər görməsini istəyib

2020-09-30

gun az article

Mövlud Çavuşoğlu: Ermənistan hərbi hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur

2020-09-30

gun az article

İranlı deputat: “Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırıq”

2020-09-30

gun az article

İranda koronavirusdan ölənlərin sayı 26 000 nəfəri keçib

2020-09-30

gun az article

Sistan-Bəlucistanda baş verən silahlı hücumda 3 “Sepah”çı öldürülüb, 2-si yaralanıb

2020-09-30

gun az article

İranda daha 207 nəfər koronavirusdan ölüb, 3677 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-29

gun az article

Əli Rəbii: İran, Türkiyə və Rusiya iki qonşu ölkəyə öz ixtilaflarını BMT qətnamələri çərçivəsində həll etməyə yardım edə bilərlər”

2020-09-29

gun az article

İran rejiminin rəsmisi bu ölkə ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

2020-09-29

gun az article

İran Xarici İşlər Nazirliyi ölkə ərazisindən Ermənistana silah-sursat daşınmasını təkzib edib

2020-09-29

gun az article

İranda yeni Sənaye, Mədən və Ticarət naziri təyin edilib

2020-09-29

gun az article

Pakistan səfiri: “Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”

2020-09-29

gun az article

İranın İsfahan əyalətində 4.7 bal gücündə zəlzələ olub

2020-09-29

gun az article

İran rəsmisindən Azərbaycan və Ermənistana xəbərdarlıq: “İran torpağına doğru heç bir güllə atılmamalıdır”

2020-09-28