GünazTV Aug.09.2020: “Amerikada İşsizliyə görə verilən həftəlik müavinətlər 600 dollardan 400 dollara endirildi”.

2020-08-10 17:08

“Amerikada İşsizliyə görə verilən həftəlik müavinətlər 600 dollardan 400 dollara endirildi”.

Gunaz.tv Quote | Gunaz article

“Amerikada İşsizliyə görə  verilən həftəlik  müavinətlər 600 dollardan 400 dollara endirildi”.

Amerika Birləşmiş Ştatlarında, Coronavirusun  iqtisadiyyata vurduğu ziyanın təsirlərini zəiflətmək üçün müzakirəyə çıxarılan yeni  yardım paketi ilə bağlı danışıqlar  nəticə vermədi. Prezident Donald Tramp, işsizlik yardımının müddətinin uzadılması da  daxil olmaq üzrə  yardım paketi ilə bağlı bir qərarnamə imzaladı. 

 Ağ evlə  Konqres arasında yeni yardım paketi ilə bağlı  fikir  ayrılığı yaradan ən  vacib mövzulardan biri məhz  pandemiya  dönəmində  işsiz qalanlara həftəlik  verikən 600 dollar həcmindəki, federal yardımla bağlı oldu. Bu yardımın verilməsi  nə qədər davam edəcəyi önəmli suallardan biridir. Prezident Donald Trampın New Jerseydəki golf klubunda imzaladığı və  açıqladığı  qərarnaməyə görə, işsizlik yardımı davam edəcək. Ancaq miqdarı  600 dollardan 400 dollara endirilir.

 Prezident  Trump, Ehtiyac duyduqları pul budur. İstədikləri miqdarda  budur. Bu rəqəmlər  insanları işə dönməyə təşvik edəcək" deyib. Donald Trampın  golf kulubunda etdiyi açıqlama bütün mətbuatın baş xəbərinə çevrildi. Amerikalılar da elə ekran başına dikəlib bu xəbəri maraqla gözləyirdi.

“Əgər Demokratlar bu vacib yardım paketini girov tutmağa  davam edərlərsə, prezident  olaraq səlahiyyətimdən  istifadə edib Amerikalılara ehtiyac duyduqları  yardımı almaları  üçün  addımlar atacam və onlara kömək edəcəm. Mən çalışacam bu dəstək paketini ilin sonuna kimi davam edək. Ümid edirəm ilin sonunadək mən Ağ Evdə qalacam. Onu da deyim heç kim bu işi bizim kimi görə bilməzdi.”

 Demokratlar yardım paketinin miqdarı mövzusunda 3,4 trilyon dolarlıq tələblərini 2 trilyon dollara endirəcəklərini deyib.Lakin Ağ Evində yardım paketinin miqdarını artırmalı olduğunu bildirmişdi. Respublikaçılar  yeni yardım paketinin miqdarının 1 trilyon dollarla sərhədli tutulmasını isdəmişdi.Ağ Evin Baş Katibi  Mark Meadows, ”Qusursuz bir həll deyil. Bunu ilk dilə gətirən də bizik. Ancaq bu mərhələdə  bizim və səlahiyyətləri daxilində prezidentin də əlindən gələn budur” ifadələrini istifadə  edib. Digər tərəfdən də Amerikada  Coronavirusa yoluxanların sayının 5 milyonu geçməsi narahatlıq yaradıb. Mütəxəsislər yoluxma sayının real  rəqəmlərdə  50 milyona yaxın olduğunu düşünür.Bunun səbəbi isə yoluxmaların 40 faizində xəstəliyin əlamətlərinin bəlli olmaması göstərilir.Amerikadakı ölümlərin 162 mini keçməsi, masqa  taxmanın siyasi bir məsələ halına gəlməsi və yoluxma  saylarının davamlı  artması ölkədə başqa bir məcburiyyəti də qüvvəyə mindirib. Bundan sonra virusla bağlı risk daşıyan ölkələrdən Amerikaya gələnlərə məcburi coronovirus testi ediləcək.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17