GünazTV Aug.10.2020: “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

2020-08-11 17:26

 “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

Gunaz.tv Quote | Gunaz article

“BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, bu həftə Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq edilməsini tələb etdiyi sialh embarqosu qətnaməsini müzakirəyə çıxaracaq. Xatırladaq ki, oktyabrda  rəsmi Tehrana qarşı mövcud embaqro bitəcək. Rəsmi Vaşinqton isə iddia edir ki, terrorçuluğu dəstəkləyən və maliyyələşdirən İran İslam dövlətinə  belə bir imkanı yaratmaq dünyanın təhlükəsizliyinə hədədir. Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeyo isə  əmin edir ki,  İrana istiqamətlənən silah embarqosunun müddətinin uzadılmasına nail olacaqldt.  Dövlət Departamentinin  Təhlükəsizlik Şurasına  təqdim etdiyi xüsusi layihə  artıq ünvanına çatıb.

“ Yəməndəki münaqişə İranın da diqqətini özünə cəlb edib. Yəni, İslam rejimi hutilərə qanunsuz olaraq  silah daşıyır. Bizim, BMT-yə  təqdim etdiyimiz  təklif son dərəcə məntiqlidir.BMT-nin missiyası, dünya ətrafında sülhü dəstəkləməkdir. Əgər Təhlükəsizlik Şurası  dünyada  terroru dəstəkləyən dövlətə silah almağa  icazə verərsə, onda onlar öz missiyalarını heçə saymış olacaqlar. Amerika uzun illərdir bu məsələni diplomatik yollarla həll etməyə çalışırdı.”

Tehranla 2015 ildə  imzalanan, lakin Tramp administrasiyasının geri çəkildiyi  nüvə razılaşması  ilə,  İrana tətbiq  edilən   silah embarqosunun müddəti oktyabrın 18-də bitir. Amerikanın  hazırladığı layihənin 15 üzvü olan Təhlükəsizlik Şurasında qəbul edilməsi üçün ən azı  doqquz səsə ehtiyac var.Şuranın üzvüləri olan  Çin və Rusya veto qoyacağını bildirib. Birləşmiş Ştatlar  silah embarqosunun uzadılmaması durumunda, İrana istiqamətlənən digər məhdudiyyətlərin  də  qüvvəyə minəcəyini xəbərdar edib. Diplomatlar, Amerikanın embarqonun tətbiqi üçün çətin bir mərhələdən keçdiklərini bildirir. BMT-dən gələn xəbərlərdə deyilirki, Böyük Britaniya, Almaniya və Fransa birlikdə Çin və Rusiya ilə danışıq apararaq, İrana qarşı silah embarqosunun uzadılmasında onların yanında olmaqlarını istəyiblər.Lakin, bu danışıqlar uğursuz başa çatıb. Gizliliyini qoruyan bir Çinli diplomat Təhlükəsizlik Şurasının bu qərarı uzada bilməyəcəyini iddia edib. Onun sözlərinə görə, bu baş verərsə İranın nüvə proqramı ilə dünya arasında dərin uçrum yarana bilər. Amerikanın BMT-dəki səfiri Kelly Graft isə deyib ki, Rusiya və Çin İranı qorumaq üçün Amerika ilə üz-üzə dayanıblar. Diplomat iddia edir ki, bu iki ölkə silah satışından ən çox fayda alacaqlar. Məhz nuna görə, Rusiya və Çin səbirsizliklə İrana silah satacaqları günü gözləyirlər. Dövlət departamenti isə bəyan edir ki, nə olursa olsun, İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına nail olacaqlar.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18