GünazTV Aug.14.2020: “Amerika İrana məxsus 4 tankeri saxladı”

2020-08-14 18:22

“Amerika İrana məxsus 4 tankeri saxladı”      

Gunaz.tv Quote | Gunaz article

“Amerika İrana məxsus 4 tankeri saxladı”      

İran İslam Respubliksaına məxsus hərbi donanmanın əskərləri Hörmüz Boğazı yaxınlığında   Liviya bayrağı altında üzən neft tankerinə hücum edib. Amerika  ordusunun Mərkəzi  Qüvvələr Komandanlığının  yaydığı  ağ-qara  videoda, “Wila” adlı Liviya tankerinə İran ordusunun basqını açıq görünür.Yayılan kadrlardan o da  görünür ki, İrana məxsus Sikoriski SH-3 Sea King hərbi helikopteri, Liviya gəmisinin üzərini alır. Hərbi helikopterdən gəmiyə enənə 5 İran xüsusi təyinatlısı neft tankerini 5 saaat girov saxlayıb. Associated Press xəbər agentliyinə danışan Amerika Birləşmiş Ştatları ordusunun rəsmisi İranın müdaxiləsi zamanı  Wiladan hər hansı bir çağrış  gəlmədiyini bildirib.Videonu təhlil edənlər deyirki, bu helikopterdən sadəcə İran donanması istifadə edir. Amerika Birləşmiş Ştatlarının Mərkəzi  Quvvələr Komandanlığı, iddia edir ki, İran Hörmüz Boğazının cənubunda araşdırma aparan daha  iki gəmiyə də müdaxilə ediblər. İran bu zaman müdaxilələrdə də iki hərbi gəmisindən istifadə edib. Amerikalı rəsmilər   İranın tankeri girov götürmə  səbəbini açıqlamadığı kimi, İranlı rəsmilər də susur. Wila tankerinin sahibi, Yunan firması da  suallara cavab verməyi rədd edib. Tankerin  yükünün detalları da  bəlli deyil. Özəl dəniz kəşfiyyatı firması Dryad Global isə İran İnqilabı Keşikçiləri   tərəfindən Bəsrə Körfəzində keçən həftə  daha iki gəmiyə  müdaxilə  edildiyini iddia etdi. İran ilə Amerika arasındaki gərginliklər, rəsmi Vaşinqtonun  İranın nüvə programıyla bağlı beynəlxalq razılaşmadan çəkilməsindən bəri  artmağa  başlayıb.Bununla yanaşı Körfəzdəki mübahisələr də  keçən ildən bəri yüksəlməkdə davam edir.Keçən ay Amerikanın embaqro siyahısında olan   bir neft tankeri, İrandan xam neft  qaçırdığı üçün  Birləşmiş  Ərəb Əmirlikləri sahilindən qaçırılmışdı. Gəminin daha sonra İranın  sularında tapılması, qaçıranın da İran olduğu ehtimallarını təstiqləmiş oldu. Rəsmi Tehranın bu davranışına cavab olaraq, Amerika hərbçiləri də İrana məxsus, Venesuellaya doğru hərəkət edən  4  neft tankerini saxlayıb. Tankerlər Hyuston limanına gətirilir. Amerika rəsmiləri deyir ki, Berinq, Bella, Luna və Pande tankerlərini nəzarətə alıblar. Amerika bu gəmiləri İran hərbçilərindən fərqli olaraq  hədə ilə deyil, normal qaydada nəzarətə götürüb. Amerika mənbələri idda edir ki, bu gəmilər  İran İnqilabı Keşikçiləri  Komandanlığına tabe olan Qüds Ordusuna məxsusdur. Hansı ki, Qüds ordusu Amerikanın terrorçular siyahısındadır. İranla Amerika arasındakı gərginlik bütün müstəvilərdə davam edir.  Qüds Ordusunun komandanı Qasim Suleymaninin ölümündən sonra daha da gərginləşən münasibətlərə bu həftə  BMT-nin Təhlükəsizlik Şurasındakı dinləmələr də daxil edilib. Amerika dövləti idda edir ki, rəsmi Vaşinqton dünyada terrorçuluğu təbliğ edən İslam dövlətinə silah embarqosunu tətbiq etməyə nail olacaq.

Qənirə Ataş,Günaztv, Vaşinqton. 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərilib- SƏNƏDLƏR

2020-09-30

gun az article

Həsən Ruhani Nikol Paşinyana zəng edib: “Azərbaycanla Ermənistan arasında ixtilafların həlli üçün kostruktiv rol oynamağa hazırıq”

2020-09-30

gun az article

Ərəbistan dünya ictimaiyyətindən İrana qarşı ciddi tədbirlər görməsini istəyib

2020-09-30

gun az article

Mövlud Çavuşoğlu: Ermənistan hərbi hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur

2020-09-30

gun az article

İranlı deputat: “Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırıq”

2020-09-30

gun az article

İranda koronavirusdan ölənlərin sayı 26 000 nəfəri keçib

2020-09-30

gun az article

Sistan-Bəlucistanda baş verən silahlı hücumda 3 “Sepah”çı öldürülüb, 2-si yaralanıb

2020-09-30

gun az article

İranda daha 207 nəfər koronavirusdan ölüb, 3677 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-29

gun az article

Əli Rəbii: İran, Türkiyə və Rusiya iki qonşu ölkəyə öz ixtilaflarını BMT qətnamələri çərçivəsində həll etməyə yardım edə bilərlər”

2020-09-29

gun az article

İran rejiminin rəsmisi bu ölkə ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

2020-09-29

gun az article

İran Xarici İşlər Nazirliyi ölkə ərazisindən Ermənistana silah-sursat daşınmasını təkzib edib

2020-09-29

gun az article

İranda yeni Sənaye, Mədən və Ticarət naziri təyin edilib

2020-09-29

gun az article

Pakistan səfiri: “Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”

2020-09-29

gun az article

İranın İsfahan əyalətində 4.7 bal gücündə zəlzələ olub

2020-09-29

gun az article

İran rəsmisindən Azərbaycan və Ermənistana xəbərdarlıq: “İran torpağına doğru heç bir güllə atılmamalıdır”

2020-09-28

gun az article

Qarabağ döyüşləri getdiyi bir vaxtda İrandan Ermənistana hərbi texnika daşınması daha da artıb

2020-09-28

gun az article

İranda daha 190 nəfər koronavirusdan ölüb, 3521 nəfər infeksiyaya yoluxub

2020-09-28

gun az article

İranın Buşehr əyalətində 4.2 bal gücündə zəlzələ baş verib

2020-09-28

gun az article

Rəsmi Tehranın sözçüsü: “Biz Ermənistanla Azərbaycan arasında dərhal atəşkəs elan olunmasının tərəfdarıyıq”

2020-09-28

gun az article

Azərbaycan MN Ermənistanın itkilərini açıqlayıb

2020-09-28