“Laçın erməni işğalından azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi”
Gunaz.tv
“Laçın erməni işğalından azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi”
Azərbaycan ordusu 28 ildir işğal altında olan Laçını azad etdi. Vətən Müharibəsindən qalib çıxan müzəffər Azərbaycan ordusu dekabrın 1-də gecə saatlarından etibarən Laçına daxil oldu. Azərbaycanın Müdafiə Nazirliyinin ordumuzun Laçına girməsi ilə bağlı yayımladığı ilk kadrlar bunlar idi.
Ordumuz Ermənistanın işğal etdiyi bölgəni boşaltmaq üçün ayrılan vaxt bitən kimi, vətən torpağında oldu. Azərbaycanın Müdafiə Nazirliyi, daha bir erməni işğalının bitdiyini elan etdi. Nazirlik açıqlamasında onu da əlavə etdi ki, Azərbaycan ilə Ermənistan arasında Rusyanın vasitəçiliyi ilə imzalanan atəşkəs razılaşmasının gərəyi olaraq, Azərbaycan ordusunun qüvvələri Laçına daxil olub. Rayona girmədən əvvəl ordomuzun qüvvələri dağlıq yoldakı minaları təmizləyiblər. Ermənilər digər rayonlarda olduğu kimi Laçından da çıxmazdan əvvəl evlərər od vurub, meşələri qırıb, yaşıl təbiətə zərər vurublar. Hətta çıxmadan əvvəl rayondakı heyvanları da güllələyiblər. Bu azmış kimi, rayonda bir çox yerlətə mina basdırıblar.Laçının azad edilməsi ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev Azərbaycanlıları təbrik etdi. Vətən Müharibəsinin qəhrəmanlarını şərəflə yad edən Ali Baş Komandan Laçın xəbərini belə elan etdi.
"Azərbaycan Prezidenti İlham Əliyev: Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik.Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi"
Erməni vandalizmindən danışan Azərbaycan prezidenti dediki, düşmən etdiyi hər bir hərəkətə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcək. Tarixi dədə baba torpaqlarımıza qayıdışımız o bölgələrə nəfəs verəcək. Prezident dedi ki, qısa bir zamanda işğaldan azad edilən digər bölgələrimiz kimi Laçın da yenidən qurulacaq. Xatırladaqki, Azərbaycanın qərbində Ermənistanla sərhəddə yerləşən Laçın 1992-ci ildə Ermənistan tərəfindən işgal edilmişdi. Rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcuddur. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər şərqdən Xocalı, Şuşa və Xocəvənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. 2020-ci il noyabrın 10-u olan sülh müqaviləsinə əsasən 1 dekabr Ermənistan Silahlı Qüvvələri Laçını boşaldıb Azərbaycan Respublikasına təhvil verdi.Beləliklə LAÇIN AZƏRBAYCANDIR! Günaztv adından Laçınlıları və dünya Azərbaycanlılarını təbrik edirik.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.