Coronovirus dünyanı yenidən silkələyir.
Gunaz.tv
Coronovirus dünyanı yenidən silkələyir.Şərqdən qərbədək dünyanın fərqli nöqtələrində virusa yoluxanların sayında artım var. Amerikanın Xəstəliklərə Nəzarət və qarşısını alma mərkəzi olan CDC virus daşıyan insanla təmasda olmuşlarla bağlı qarantin müddətini qısaldıb. Bundan sonar virusa yoluxmuş insanla təması olanlar, test nəticələrinin neqativ çıxması durumunda 7 və ya 10 gün sonra normal fəaliyyətə başlayacaqlar. Əvvəllər bu müddət 14 gün idi. Johns Hopkins Universitetinin açıqlamasına görə, Amerika Birləşmiş Ştatları miqyasında Coronavirusa bağlı olan ölümlər 270 mini keçib.Vaka sayının 13 milyonu keçdiyi 1 dekabr tarixində 2 min 597 insanın həyatını itirməsiylə toplam can itkisidə 270 min 369 elan edildi. Hadisələrin əvvəlindən daha çox insan itirən Nyu York hələdə birinci sıradadır.İtkilərə görə ikinci yerdə Texas,sonar isə California, Florida və New Jersey əyalətləri gəlir. Illinois, Massachusetts və Pennsylvania isə 10 mindən çox insanın həyatını itirdiyi ştatlar arasındadır. Amerika hələdə coronovirusa görə ən çox zərər görən ölkədir. Qlobal sayda ölümlərin yüzdə 18-dən çoxu Amerikada yaşandı. Amerikada xəstəxanalara müraciət edənlərin sayında da oktyabrdan etibarən yüksəliş var. COVID izləmə layihəsi Twitter hesabından açıqlayıbki, qarşıdakı bir neçə gündə virusla bağlı xəstəxanaya müraciət edənlərin sayı 100 minə çatacaq. Mütəxəsislər hətta dekabr ayında Coronavirusa bağlı olan ölümlərin sayının daha yüksək rəqəmlərə çatacağını proqnoz edirlər. Amerikada Moderna şirkətinin hazırladığı vaksin isə 97 faiz virusa qarşı dayanıqlı göstərilsədə hələlik tətbiqinə başlanılmayıb. Böyük Britaniya isə covidə qarşı peyvəndini təstiqlədi və qısa zamanda əhaliyə dağıdılacaq. Fransa peyvəndləmə prossesinə apreldən başlamağı düşünür. Türkiyə isə koronavirus infeksiyasına qarşı peyvəndin tətbiqinə dekabrın 11-də start veriri. Çin istehsalı olan vaksin ilk növbədə tibb işçiləri və 65 yaşdan yuxarı ölkə vətəndaşara vurulacaq. Azərbaycanın şimal qonşusu olan Rusya isə əlində olan peyvəndi elə bu ay əhaliyə çatdırmağı düşünür. Azərbaycanda da COVİD-ə yoluxan xəstələrin sayı sürətlə artır. Ehtimal olunurki, Vətən Mübaribəsindən sonra qələbə sevinci yaşayan xalq, küçələrdə kütləvi toplantılar təşkil etdiyi üçün virusa yoluxmada artım var. 4170 yeni yoluxma faktından 1985 nəfəri müalicə olunaraq sağalıb.Lakin ölüm də var. Son sutkada 38 nəfər "COVID-19"dən vəfat edib.Hökimət vəziyyəti nəzarətdə saxlamaq üçün məhdudiyyətlər tətbiq edir.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.