GünazTV Feb.20.2021 : “Amerika Birləşmiş Ştatları İranla görüşmədən sanksiyaları yüngülləşdirməyəcək”

2021-02-20 19:38

“Amerika Birləşmiş Ştatları İranla görüşmədən sanksiyaları yüngülləşdirməyəcək”

Gunaz.tv Quote | Gunaz article

“Amerika Birləşmiş Ştatları İranla görüşmədən sanksiyaları yüngülləşdirməyəcək”

Vaşinqtonla Tehran arasındakı nüvə anlaşması ətrafındakı fikir mübadilələri hər gün fərqli müstəvidə olur. Son iki gündə hər iki tərəf gah münasibətləri diplomatik məcraya gətirən, gah da münasibətləri gərginləşdirən açıqlamalarla gündəm oldular. Bu gün isə Ağ evin sözcüsü Cen Psaki dedi ki, Amerika Birləşmiş Ştatlarının  İran və beynəlxalq  güçlərlə planlaşdırılan görüşlərdən əvvəl, Tehrana tətbiq edilən embarqoları yüngülləşdirmə  kimi planları yoxdur. Eyni zamanda bu danışıqlar baş tutmadan Amerika Prezidnetinin 2015-ci il tarixli nüvə  anlaşmasına geri dönmək üçün qərarnamə  yayması da gözlənilmir.  Prezident Coe Bayden ilə birlikdə Michiqana gedərkən prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Psaki, “diplomatik diyaloq”dan əvvəl İran mövzusunda “əlavə addımlar atma istiqamətində heç bir planın olmadığını” bildirdi. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları son açıqlamasında Tehranın  nüvə  silahı hazırlamasının qarşısını almaq üçün beynəlxalq nüvə razılaşmasına geri dönmək mövzusunda İranla görüşə hazır olduğunu açıqlamışdı. Sabiq Prezident  Donald Tramp üç il əvvəl Birləşmiş Ştatları razılaşmadan geri çəkmişdi. Razılaşmaya görə İran, beynəlxalq sanksiyaların qaldırılması qarşılığında nüvə proqramında kəsintiyə getməyi qəbul etmişdi. Lakin Tramp hakimiyyəti  razılaşmadan çəkildikdən sonra Vaşinqton embarqoları geri gətirmiş və İran da razılaşmanı mərhələli olaraq pozmağa başlamışdı. İran indi isə nüvə proqramıyla bağlı atdıığı addımları geri gətirmək üçün Birləşmiş Ştatlar qarşısında şərt qoyur.  Tehran Vaşinqtondan  embarqoları qaldırmağı tələb edir. Bayden hakimiyyətinin razılaşmanı yenidən canlandırmaq üçün  hər hansı bir qərarnamə yayayacağı ilə bağlı sualı cavablandırarkən Psaki belə deyib. “Avropalılar bizi dəvət etdi. Bu diplomatik bir dialoq üçün dəvətdir.Bu dialoqa qatılmaq üçün hakimiyyət olaraq əlavə addımlar atmağımıza ehtiyac yoxdur” Sitatın sonu. Amerika Dövlət Departamentinin sözcüsü Ned Price da Amerika İran münasibətlərinə reaksiya verdi. Jurnalistlər ondan Amerikanın BMT-nin Təhlükəsizlik Şurasına Tramp hakimiyyəti tərəfindən edilən, İrana istiqamətlənən  BMT  embarqolarının yenidən qüvvəyə minməsi gərəktiyi iddiasını geri çəkəcəkmi soruşdular? Price, bu qərarın Amerika Birləşmiş Ştatlarının İran mövzusunda  BMT-nin Təhlükəsizlik Şurası ilə təmas qabiliyyətini güçləndirdiyini dedi. Price əlavə etdi ki, Amerika Birləşmiş Ştatları həm də digər ölkələri İrana silah satmaqdan çəkindirməyə davam edəcək.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04

gun az article

Azərbaycanla Türkiyə yenidən birgə hərbi təlimlər KEÇİRƏCƏK - FOTOLAR

2021-03-04

gun az article

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04

gun az article

İranın Hormozqan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb

2021-03-04

gun az article

Səid Xətibzadə İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb

2021-03-04

gun az article

İranda koronavirusdan daha 78 nəfər ölüb, 8 404 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-04

gun az article

Vandi Şerman: “Regionun geosiyasi durumu dəyişib. Amerika nüvə sazişindən daha möhkəm bir razılaşmanın tərəfdarıdır”

2021-03-04

gun az article

Ağ Evin sözçüsü: “Eynül-Əsəd hərbi bazasına edilən hücuma tələsik reaksiya verməyəcəyik”

2021-03-04

gun az article

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

2021-03-04

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı son AÇIQLAMA

2021-03-04

gun az article

Ermənistanda vətəndaş müharibəsi BAŞLAYA BİLƏR - VİDEO

2021-03-04

gun az article

Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı

2021-03-04

gun az article

Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

2021-03-04

gun az article

Türkiyə ilə İran arasında gərginlik artmaqdadır

2021-03-04

gun az article

Azərbaycan Prezidenti: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”

2021-03-04

gun az article

İraqda raket hücumunda ABŞ mülki kontraktoru öldürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03

gun az article

GünazTV March.03.2021 : “Amerika düşünür ki, İran Yəmən konfiliktinə alov vurur”

2021-03-03

gun az article

Yoluxma azaldı, ölüm sayı artdı

2021-03-03

gun az article

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər - Fotolar + VİDEO

2021-03-03