GünazTV Feb.22.2021 : “ İranda saxlanılan Ameriaka vətəndaşları ilə bağlı Tehranla Vaşinqton arasında əlaqə yaranıb”

2021-02-22 19:08

“ İranda saxlanılan Ameriaka vətəndaşları ilə bağlı Tehranla Vaşinqton arasında əlaqə yaranıb”

Gunaz.tv Quote | Gunaz article

“ İranda saxlanılan Ameriaka vətəndaşları ilə bağlı Tehranla Vaşinqton arasında əlaqə yaranıb”

Amerika Birləşmiş Ştatlarının yeni hakimiyyətinin İranla bağlı başlatdığı diplomatik əlaqələrdə hər iki tərəf tələblərini ortaya atır. Rəsmi Tehranda düşünürlər ki, 2015 tarixli nüvə razılaşmasının bərpası ilə bağı görüşlərə başlamaq üçün Amerika əvvəlki embarqoları  qaldırmalıdır. İranın Xarici İşlər Naziri Cavad Zərif düşünürki, Amerika  sanksiyaları qaldırmadan nüvə razılaşmasına təkrar qatılamayacaqlar. Zərif, “görüşlər hər kəs öhdəliyini yerinə yetirdiyində başlayacaq” deyib. Baydenin “Trampın maksimum təzyiq siyasəti uğursuzluqdir’ fikirlərini xatırladaraq indiki siyasəti də onun davamı kimi gördüklərini deyib. Xatırladaq ki, onsuz da zəyif olan İran iqtisadiyyatı embarqolar və virusdan dolayı çox zəyifləyib. Rəsmi Vaşinqton isə hələlik  diplomatik imkanlardan istfadə edir. Ağ Evin  Beynəlxalq Təhlükəsizlik sözcüsü Jake Sullivan Amerikanın İranla saxlanılan Amerika  vətəndaşları mövzusunda əlaqəyə başladığını açıqladı. Dövlət Katibi Antony Blinken fevralın ilk günlərində Amerikanın ölkə xaricində girov saxlanılan ya da yanlış şəkildə saxlanılan vətəndaşlarının sərbəst buraxılması üçün çaba göstərdiklərini demişdi. Lakin İranın adını çəkməmişdi. Sullivan, uzun dönəmli bir təklifi qəbul etməyəcəklərini bildirdi. Tehrandan gələn açıqlamalara görə iki ölkə arasında mövzu ilə bağlı əlaqə İsveçrə Səfirliyi vasitəçiliyi ilə aparılır. İsveçrə Səfirliyi Amerikanın İrandakı maraqlarını qoruyur. İranın nüvə proqramına toxunarkən Sullivan dedi ki, Prezidnet Joe Bayden Tehranın nüvə silahı əldə etməsinə mane olmaqda qərarlıdır lakin bu yolda da yalnız diplomatiya aparacaqlar. Sabiq Amerika Prezidenti Donald Tramp İranla Amerikanın da daxil olduğu qərb ölkələri arasında imzalanan nüvə razılaşmasından 2018-ci ildə geri çəkilib. Daha sonra isə  İrana istiqamətlənən embarqolar qüvvəyə minib. İran da öz növbəsində razılaşmanın şərtlərini pozmaqda davam etmişdi. İran eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarını dayandırıb. Bu da durumu daha qarışıq hala gətirib.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04

gun az article

Azərbaycanla Türkiyə yenidən birgə hərbi təlimlər KEÇİRƏCƏK - FOTOLAR

2021-03-04

gun az article

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04

gun az article

İranın Hormozqan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb

2021-03-04

gun az article

Səid Xətibzadə İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb

2021-03-04

gun az article

İranda koronavirusdan daha 78 nəfər ölüb, 8 404 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-04

gun az article

Vandi Şerman: “Regionun geosiyasi durumu dəyişib. Amerika nüvə sazişindən daha möhkəm bir razılaşmanın tərəfdarıdır”

2021-03-04

gun az article

Ağ Evin sözçüsü: “Eynül-Əsəd hərbi bazasına edilən hücuma tələsik reaksiya verməyəcəyik”

2021-03-04

gun az article

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

2021-03-04

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı son AÇIQLAMA

2021-03-04

gun az article

Ermənistanda vətəndaş müharibəsi BAŞLAYA BİLƏR - VİDEO

2021-03-04

gun az article

Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı

2021-03-04

gun az article

Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

2021-03-04

gun az article

Türkiyə ilə İran arasında gərginlik artmaqdadır

2021-03-04

gun az article

Azərbaycan Prezidenti: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”

2021-03-04

gun az article

İraqda raket hücumunda ABŞ mülki kontraktoru öldürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03

gun az article

GünazTV March.03.2021 : “Amerika düşünür ki, İran Yəmən konfiliktinə alov vurur”

2021-03-03

gun az article

Yoluxma azaldı, ölüm sayı artdı

2021-03-03

gun az article

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər - Fotolar + VİDEO

2021-03-03