“İranın dini lideri Ayətullah Ali Hamaneyinin açıqlamaları Vaşinqtonda təhdid kimi dəyərləndirildi”
Gunaz.tv
“İranın dini lideri Ayətullah Ali Hamaneyinin açıqlamaları Vaşinqtonda təhdid kimi dəyərləndirildi”
Amerika Birləşmiş Ştatları İranın nüvə proqramını nəzarət altına almaq üçün, dünya güçləri və İran arasında əldə edilən razılaşmanı güçləndirmə və genişləndirmək üçün yollar axtaracaq. Bunu Amerikanın Dövlət Katibi Antony Blinken dedi. BMT-nin Beynəlxalq Atom Enerjisi Dairəsidən gələn açıqlamada deyilir ki, Tehran hökuməti bu həftədən etibarən xəbərdarlıqsız yoxlamalara son vermək kimi razılaşmanın bəzi hökümlərinə əməl etmək üçün İranla razılaşıb. Cenevrədə keçirilən Silahsızlanma Konfransındakı çıxışında Blinken deyib ki, "Amerika, İranın əsla nüvə silahına sahib olmaması üçün zamindir. Demokratiya bu məqsədə çatmağın ən yaxşı yoludur" Sitatın Sonu. Dövlət Katibi, Prezident Joe Baydenin İranın 2015-ci il razılaşmasının şərtlərinə "bağlı qalmağı qəbul etməsi" durumunda Bayden hakimiyyətinin də eyni yöndə addım atacağını xatırlatdı. Blinken,"müttəfiqlərimiz və ortaqlarımızla çalışaraq Ortaq Əhatəli Planın uzatma və güçləndirmə yollarını axtaracağıq, İranın bölgədə təhdid yaradan addımları, ballistik raket inkişaf etdirmə və yayma yolunda attığı addımlar daxil, narahatlıq yaradan diğər məsələlərə fokuslanacağıq"dedi. Blinken, "İran MAQATE ilə əldə edilən qoruyucu razılaşmalara əməl etməli və beynəlxalq öhdəliklərini yerinə yetirməlidir " dedi. Bunun ardınca Tehrandan başqa bir xəbər gəldi. İranın dini lideri Ayətullah Ali Hamaneyi ehtiyac olarsa yüzdə 60 saflıqda uranı zənginləşdirə biləcəklərini açıqladı. Dövlət Departamentinin mətbuat katibi Ned Price, Hamaneyin təhdid kimi görünən açıqlamalarına reaksiya verməyəcəyik dedi. Price, Amerikanın 2015 nüvə anlaşmasına geri dönmə mövzusunda İranla görüşməkdə maraqlı olduqlarını vurğuladı. Bayden hakimiyyəti sabiq Prezident Donald Trampın Amerikanı geri çəkdiyi razılaşmaya iki ölkənin də dönməsi üçün görüşə hazır olduğu mesajını vermişdi. Tehran da keçən həftə anlaşmanın mövcud tərəfləri ilə Amerika arasında qeyri rəsmi toplantı üçün Avrupa Birliyindən gələn təklifi araşdırdığını, ancaq hələlik buna cavab verilmədiyini bildirmişdi. Bu arada, İran əsilli Amerika vətəndaşı, Bayden hakimiyyətindən İranla əldə ediləcək razılaşma çərçivəsində 84 yaşındaki atası ilə qardaşının sərbəst buraxılmasını tələb etdi. Oğul Babək Namazinin keçirdiyi online mətbuat konfransında, atasının səhətinin ağır olduğunu və müalicə üçün İrandan çıxmalı olduğunu söylədi. Ağ evdən dünən edilən açıqlamada məhz Vaşinqtonun həbsdə olan Amerika vətəndaşları mövzusunda Tehranla əlaqə qurduqlarını söyləmişdi.
Qənirə Ataş, GÜNAZTV,Vaşinqton.