“Azərbaycanlılar Vaşinqtonda Ermənistan səfirliyinə etiraz etdilər”
Gunaz.tv
“Azərbaycanlılar Vaşinqtonda Ermənistan səfirliyinə etiraz etdilər”
Xocalı Soyqımı qurbanlarının xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anıldı. Vaşinqton ətrafında yaşayan bir qrup Azərbaycanlı Ermənistanın bu ölkədəki səfirliyi qarşısında toplaşaraq rəsmi İrəvanı işğalcı siyasətdən çəkilməyə, qonşuları ilə sülh şəraitində yaşamağa çağırdılar. İcma üzvüləri dedilər ki, ermənilər 29 il əvvəl Azərbaycanın Xocalı şəhərində soyqırım edərək Azərbaycanlıların gözünü qorxutmaqla daha çox torpağa sahib olmaq siyasəti apararaq 30 il ərazilərimizi işğalda saxlayıblar. Bu illər ərzində bir milyondan çox Azərbaycanlı torpaqlarından didərgin düşüb. Azərbaycanlıların məcburi qovulduqları yurd-yuvaları isə bu illər ərzində cəhənnəmə çevirilib. Şərəfli Azərbaycan ordusunun apardığı 44 günlük müharibəyə istinad edən və ondan ilham alan soydaşlarımız dedilər ki, indi onların qarşısında ayıblarına bürünmüş və məğlum olmuş işğalçı Ermənistan var. Vaşinqtondakı diasporamızın fəal üzvü Zaur Bayramlı həm etiraz aksiyasındakı çıxışında həm də jurnalistlərə müsahibəsində vurğuladı ki, biz bu il Ermənistan səfirliyinin qarşısına fərqli ruhda gəlmişik. O, Azərbaycana qalibiyyət yaşadan şəhidlərə və qazilərə sevgi bildirərək, xaricdəki soydaşlarımızın bundan sonra daha aktiv olmalarını söylədi. Zaur Bayramlı hesab edir ki, Amerikada 5 nəsil yaşayıb, sözdə soyqırım üçün çalışan ermənilərin siyasətinin qarşısında azərbaycanlılar bundan sonra da daha əsaslı orqumentlər qoymalıdır. Onun fikirləri ilə razılaşan Türkiyə icmasının rəhbəri Günay Evinc isə dedi ki, amerika türkləri də azərbaycanlıların “Xocalıya ədalət” kompaniyasında aktiv yer alacaqlar. Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Erməni Silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Ermənistan ordusu həmən gecə 76-sı uşaq olmaqla, 487 nəfəri yaralayıb. 1275 nəfəri əsir götürüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının işıqlandırması və dünya mətbuatına çatdırılması birbaşa Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır. Məhz Çingiz, karyerasında ən vacib xidməti göstərərək Xocalıda törədilən vəhşilikləri lentə alıb. Bu gün də Azərbaycanın əlində yeganə sübut məhz Çingiz Mustafayevin çəkdikləridir. Əgər o kadırlar olmasaydı, Ermənistan Xocalıda soyqırım həyata keçirdiyini həyasızcasına inkar edərdi. Lakin Çingizin çəkdirkləri onların bu həyasızlığının qarşısını almaqda Azərbayçana kömək olur.
Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.