SON XƏBƏRLƏR

GünazTV February.24.2020: Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.

2021.10.20, 07:36
GünazTV February.24.2020: Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.

Gunaz.tv

Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.Əgər  kimdir Ramin Məmmədov sualına cavab axtarsaq o, Bakı şəhərində  doğulub böyümüş, gənc  yaşlarında Amerika Birləşmiş Ştatlarına imiqrasiya etmiş sadə insandır. Bütün miqrantlar  kimi, o da çətin başlayan  yolunu  ağılı  və  bilikləri ilə uğura aparıb.

“Miçiqan Dövlət  Universitetini bitirmişəm. Mən bu seçkilərdə namizədəm. Mən arzu edərdim mənim uğurum bizim imiqratntların gələcəkləri üçün bir  uğur yolu olsu. Onlar bilsinlər ki, əgər onlar işlərinə, təhsillərinə istiqamətlənsələr  və qəlblərini təmiz saxlasalar bu ölkədə uğur qazana bilərlər”

Ramin Məmmədovun namizədliyi Cənubi Karolina  ştatının 5-çi dairəsindən irəli sürülüb. Əgər o bu çətin və məsuliyyətli yolu uğurla başa vurarsa, Konqresin nümayəndələr  palatasında təmsil olunaçaq.Ramini bu siyasi  yola gətirən  isə, təbii ki, onun aldığı  təhsil, yaşadığı ştatın ictimai-siyasi həyatındakı fəallığı səbəb olub. Özü isə bunu həm də, ştatın problemlərinin həll edilməsində rol alaraq, insanlara xidmət etmək niyyəti ilə əsaslandırır.

“Bizim ştatın iqtisadi, sosial, və təhsil problemləri var. İcmalarla görüşdə mən bunu daha dərindən öyrəndim.Mən bütün etnik qrupların, icmaların səsi olacam.O icmalarlaki mən tez- tez  görüşürəm, onlar mənə nə qədər problemlərin olduğunu deyirdi. Bir neçə  insan mənədən bu yola çıxmağı xahiş  etdi. Onlarla söhbətdən sonra qərara gəldim ki, təhsilimi və təcrübəmi Cənubi Karolina Ştatı üçün işlədə bilərəm ”

İki oğul atası olan Ramin Məmmədova bu yolda ən yaxın dəstəkçisi də elə həyat yoldaşıdır. Cənubi Karolina Ştatının “The Herld” qəzeti Ramin  haqqında məqalə  dərc  edib. Qəzet  onun növbəti seçkilər üçün Respublikaçı  konqresmen Ralf Normana qarşı mübarızə  aparacağını yazır. 5 milyon əhalisi olan Cənubi Koralina Ştatının 5-ci dairəsinin namizədi olan Ramin Məmmədov bu dairədə yaşayan fərqli etnik qrupların səsini almağı  düşnür.

“Bütün Amerikada yaşayan etnik icmalarla tez-tez  görüşürəm. İspan, afroamerikalı, türk, gürcü,azərbaycanlı icmalarla görüşürəm. Onların həyatı barədə danışırıq. Mən istəyirəm bütün etnik icmaların nümayəndələri bilsin ki, konqresdə onların bir  nümayəndəsi var. Mən hər kəsə kömək olmağa çalışacam”

Onun platformasında da aydın yazılıb ki, bu yol asan olmayacaq. Bizim ölkəmizin problemləri kreativ və düşünülmüş yollarla həll olunmalıdır. Amerikanın gənc imiqranta kömək etdiyini deyən müsahibim, düşünür ki, indi onun ölkəsi və amerikalılar qarşısında xidmət edərək borçunu qaytarmağının vaxtıdır. Artıq Amerikalılar Ramin Məmmədovun secki marafonunda rol alamaq üçün ianələr etməyə başlayıb. İanə  edənlər arasında Azərbaycan və türk icmasının nümayəndələri də  var. Təkcə Cənubi Karolina deyil, digər ştatlarda olan  insanlar da bu kompaniyaya qoşulur. Çünki miqrantlar gözəl başa düşürlər ki, onların səsini, problemini yalnız onların yolunu keçmiş  insan dərindən anlaya bilər. Odurki, Ramin Məmmədova dəstək olmaq istəyənlər onun kompaniyasında kiçik də olsa rolunu ala bilər. https://www.raminforcongress.com

 

Qənirə Ataş, GünazTV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar