“Amerikada Konqres Prezident Trampı impiçment elan etmək üçün toplandı”
Gunaz.tv
“Amerikada Konqres Prezident Trampı impiçment elan etmək üçün toplandı”
Amerika Konqresi Prezident Trampın səlahiyyətlərinin bitməsinə 8 gün qalmasına baxmayaraq, onun impicmentinii müzakirə edir. Demokratlar başda Konqresin Nümayəndələr Palatasınını sədri Nensi Pelosi olamqla Trampı qovacaqlarına inanırlar. Prezident Tramp isə ona qarşı dayananlara cavab verib. Texasda inşa edilməkdə olan sərhəd divarı qarşısındakı açıqlamasında vəzifədən alınması üçün Konstitusiyanın 25-ci maddəsinin qüvvəyə minməsindən narahat olmadığını deyib.
“25-ci maddə mənim üçün heç bir risk daşımır. O maddə geri dönərək Joe Bayden və onun hakimiyyətini tapacaq. Bir söz vardı, nə istədiyinizə diqqət edin. İmpicment oyunu ölkə tarixindəki ən böyük hiylənin davamı və Amerika üçün çox təhlükəlidir. Bu xüsusilə həssas dönəmdə sanıldığından çox hirs, bölünmə və acılara səbəb olur”
Təmsilçilər Məclisi Vitse Prezident Mike Pencdən Konsitusiyanın 25-ci maddəsi əhatəsində səlahiyyətlərini istifadə edərək prezidentlik vəzifəsini Trampdan geri almasını istəmək üçün bir layihəni müzakirə etdi. Layihə Demokratların çoxluq olduğu Təmsilçilər Məclisində səsverməyə çıxarılıb. Bu gün isə Konqresdəki səsvermə ilə prezidentin impiçmenti müzakirə ediləcək. Xatırladaq ki, yanvarın 6-da Amerika paytaxtı Vaşinqtonda Prezident Tramp üçün keçirilən dəstək mitinqində etirazçılar polisləri və dəmir baryerləri aşaraq zorla Konqres binasına girmiş və 3 Noyabr seçkilərinin qalibi olan Demokrat Joe Baydenin uğurunu təsdiqləmək üçün keçirilən toplantıya mane olmuşdular. Bu hadisələrdə biri polis olmaqla 4 nəfər həyatını itirdi.
Prezident Tramp Ağ Ev yaxınlığında etdiyi açıqlamada isə tərəfdarlarından seçkinin oğurlanmasına male olmaq üçün mübarizə aparmalarını istəmişdi. Bunun ardınca böyüyən hadisələr Konqres binasına girməklə nəticələndi. Məhz buna görə Prezident Tramp barəsində ittihamlara yol açıldı. Düzdü Tramp vəzifəsini yanvarın 20-də normal qaydada təhvil verəcəyini açıqladı. Amma başda Təmsilçilər məclisindən Nensi Pelosi olmaqla Demokratların böyük bir hissəsi Prezidentin vəzifədən ayrılanadək təhlükəli qərarlar almasından narahatdırlar. Elə bu səbəblədə onlar impiçment qərarında qəti görünürlər.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.