“Təmsilçilər Məclisi Tramp üçün impiçment qərarını təsdiqlədi.”
Gunaz.tv
“Təmsilçilər Məclisi Tramp üçün impiçment qərarını təsdiqlədi.”
Amerikanın Təmsilşilər məclisi Prezident Donald Trampın “Qızışdırmaya təşviq” səbəbiylə impiçmentinə dair səsvermə keçirib layihəni qəbul etdi. Tramp, Amerika tarixində Təmsilçilər Məclisi tərəfindən impiçmenti yolunda ikinci dəfə barəsində qərar verilən ilk prezident oldu. Konqres binasının Tramp tərəfdarları tərəfindən işgal edilməsindən bir həftə sonra ali qurumun alt qanadı olan Təmsilçilər Məclisindəki səsvermədə üzvülərin çoxu Trampın işdən qovulmasını dəstəklədi. Səsvermədən əvvəl yeddi Respublikaçı konqresmen Tramp əleyhinə səs verəcəklərini açıqlamışdı, amma səs verənlərin sayı 10 nəfər oldu. Tramp barəsində 2019 ildə də eyni qərar verilmişdi. O zaman heç bir Respublikaçı ona qarşı dayanmamışdı. Trampı qoruyanlar da Respublikaçıların çoxluq təşkil etdiyi Senat olmuşdu. Trampın siyasi düşməni sayılan Təmsilçilər Məçlisinin rəhbəri Nensi Pelosi “Tramp getməlidir. Prezident hamımızın sevdiyi xalqa istiqamətlənən açıq bir təhdid” ifadələrini istifadə edib. Ümumiyyətlə Demokratlar Prezident haqqında çox sərt danışıblar. Bəzi Respublikaçılar isə impiçment məsələsinin sürətlə aparılmasına etiraz etdilər. Dinləmələr gedən zaman milli qvardiyanın əsgərləri də konqresin dəhlizlərində növbə çəkirdi.Konqresin içindən yayımlanan bu görüntü hələ uzun müdddət müzakirə olunacaq. Senatdakı Respublikaçıların lideri Mitch McConnell açıqlamasında bunları dedi.
“Senat bu günə qədər üç impiçment mühakiməsi edib. Bunlar sırayla 83, 37 və 21 gün sürüb. Senat hətta bu həftə başlasa və sürətli irəlləsə belə Prezident Tramp vəzifədən ayrılanadək yekun qərar olmayacaq. Bu mənim aldığım qərar deyil.Real olandır. İndi düşünürəm Bayden iqtidarı qarşıdakı yeddi gündə təhlükəsiz bir təhvil təslim prosseinə fokuslanmalıdır”
Bəs bundan sonra nə baş verəcək.Prossesə görə impiçment layihəsi Senata göndəriləcək. Təmsilçilər Məclisi rəhbəri Nensi Pelosi, sənədə baxılması üçün tarix barədə qərar verəcək. Senat isə 19 Yanvarda yəni Baydenin Prezidentlik inaqurasiyasının keçiriləcəyi 20 yanvardan bir gün əvvələ qədər toplanmayacaq. Bu o deməkdir ki, Tramp öz Prezidentlik müddətini normal başa çatdıracaq. Başqa bir xəbərdə də deyilir ki, Trampın gələcəkdə Prezident seçkilərində iştirakına əngəl olmaq üçün Konqres daha bir layihəni müzakirəyə çıxardacaq. Prezident Tramp isə bu gün tərəfdarlarına müraciət edərək şiddət addımlarından uzaq durmağa çağırdı. Trapm tərəfdarlarının 3 noyabr seçkilərinin qalibi Joe Baydeni inaqurasiyası zamanı etiraz aksiyası keçirməyi planlaşdırdığı deyilir. ‘‘Şiddət, qanunları tapdamaq və ya vandallığın heç bir formasının yaşanmasını istəmirəm. Bu mənim ya da Amerikalıların dəstəklədiyi bir şey deyil. Bütün Amerikalılara müraciət edərək gərginliyi azaltmağa çağırıram”. Sitatın sonu. Xatırladaq ki, yanvarın 6-da Amerika paytaxtı Vaşinqtonda Prezident Tramp üçün keçirilən dəstək mitinqində etirazçılar polisləri və dəmir baryerləri aşaraq zorla Konqres binasına girmiş və 3 Noyabr seçkilərinin qalibi olan Demokrat Joe Baydenin uğurunu təsdiqləmək üçün keçirilən toplantıya mane olmuşdular. Bu hadisələrdə biri polis olmaqla 5 nəfər həyatını itirdi.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.