“Donald Tramp sabah Ağ Evdən ayrılır”
Gunaz.tv
“Donald Tramp sabah Ağ Evdən ayrılır”
Sabah Amerkanın 46-cı Prezidenti Coe Bayden and içərək vəzifəsinə başlayacaq. Bütün dünyanın gözü məhz Amerika Birləşmiş Ştatlarının Paytaxtı Vaşinqtona yönəlib. Çünki Respublikaçı Donald Tramp Amerikanın Prezidenti postundan qalmaqala ayrılır. Ümumiyyətlə Trampın vəzifədə olduğu son dörd il Amerika üçün heç də asan olmadı. İqtisadi yüksəlişin olduğu hiss olunsa da sonda yer üzünə pandemiyanın gəlişi Amerikada da durumları kölgələdi. Trampın siyasi, xüsusəndə tvitter siyasəti isə həm bir yenilik oldu, həm də gözlənilməz. Amma sonda onun tvitter siyasəti də elə bu platformanın qurucuları tərəfindən qadağalandı. Tramp sabah saat 12 radələrində Ağ Evdən ayrılacaq. Onun ayrıan zaman qırmızı xalının üzərindən keçib getmək kimi niyyəti də var. Lakin demokratlar Trampın bu addımının da qarşısını almaq üçün fəaliyyətdədir. Aralarında Demokrat Partiyaslının Təmsilçilər Məclisi üzvülərinin də olduğu bir grup, Müdafiə Nazirinə və Baş Qərərgah rəhbərinə məktub göndərərək "vəzifədən ayrılan Prezidentin bu addımının təhlükəli olduğunu" yazıblar. Demokrat Partiyasının Təmsilçilər Məclisinin üzvüləri məktubda "planlanan vəda tədbiri məntıqsız, adətlərə tərs və ən vacibi mili təhlükəsizliyi gərəksiz yerə təhlükəyə ata biləcəyini" deyiblər. Demokratlar həmçinin Tramp barəsindəki araşdırmaların edərkən Prezidentin, tərəfdarlarının Konqres binasına hücumu zamanı heç bir addım atmağını sübut etməyə çalışırlar. Hətta bildirilir ki, Donald Tramp basqını TV-dən canlı izləyən zaman susuqun qalıb. Trampın davranışlarını Amerikaya qarşı işlənmiş cinayət adlandıran demokratlar üsyançıların Nancy Pelosini öldürmək üçün axtardıqlarını düşünürlər. Həmin basqında biri polis olmaqla beş nəfər həyatını itirmişdi. Üsyançılar Pelosinin otağını alt üst etmişdi. Xatırladaq ki, Amerikanın Təmsilcilər Məclisi, keçən həftə "üsyana qızışdırma" ittihamı ilə Tramp haqqında ikinci dəfə vəzifədən kənarlaşdırmağa qərar vermişdi. Trampın impiçment davası, Baydenın vəzifəyə başlamasından qısa müddət sonra senata göndəriləcək. Əgər Tramp senat tərəfindən də günahkar elan edilərsə o həyatı boyunca bir daha seçilmək yolu ilə vəzifəyə gələ bilməyəcək. Amerikada müzakirə olunan başqa bir xəbər isə, barələrində cəza verilmiş bəzi tərəfdarları üçün Ağ Evdən ayrılmadan əvvəl prezidentin əfv qərarı çıxarma ehtimalıdır. Bu məqsədlə 100-dən artıq insanı əhatə edən bir siyahı formalaşıb. Trampı seçkilərdə məğlub etmiş Coe Bayden isə and içməsindəki çıxışında ölkə üçün ”birləşdirici və xeyirli” bir vizyon ortaya qoyacağını açıqlayıb. Beləliklə Bayden Amerikanı Trampdan çox dərin bir böhran içində təhvil alır. Siyasət və pandemiya böhranlarından Amerikanın tez bir zamanda xilas ediləcəyini isə yeni administarsiya vəd verir. Amerikanın tarixinə baxanda da başa düşülürki bu problemləri həll etmək dünyanın super gücü üçün çətin olmayacaq.
Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.