“Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”
Gunaz.tv
“Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”
Amerika Birləşmiş Ştatları 235 illik adətinə sadiq qalaraq ölkənin Prezidentinin inaqurasiyasını keçirdi. Az sonra bu tarixi proses haqqında təfərrüatları deyəcəm. Əvvəlcə 20 yanvar inaqurasiyasının tarixinə kiçik nəzər salaq. 1937-ci ildək Amerikada Prezidentin and içmə mərasimi martın 4-də baş tuturdu. Səbəb isə köhnə administrasiyanın Ağ Evi tərk etməsi, yeni rəhbərliyin yerləşməsinin uzun çəkməsi idi. Ruzveltin hakimiyyəti dönəmində Konqresə bu bürokratik əngəli aradan qaldırmaq üçün müraciət olundu və Konqres qərarı ilə 1937-ci ildən and içmə mərasimi yanvarın 20-də keçirilir. Məhz 2021-ci ilədək hakimiyyətdə olan prezident, yeni prezidentin inaqurasiyasına qatılırdı. Bu il, Amerika Prezidenti Donald Tramp adəti pozaraq, mərasimə gəlmədi.O, seçilmiş Prezident Coe Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Ağ Evlə vidalaşdı. Ağ Evin həyətindən helikopterlə Tramp ailəsi Floridaya köçmək üçün hava limanına yollandı. Donald Trump Amerika Prezidenti kimi xalqa son səslənişində “bir şəkildə geri dönəceyik” dedi.
Amerikanın 46-cı Prezidenti Coe Baydenin inaqurasiyası isə qarışıq durumlardan və pandemiya səbəbindən çox məhdud insanın iştirakı ilə baş tutdu. Konqresin binası milli qvardiya tərəfindən qala kimi qorunurdu. Düz 10 gün əvvəl basqına məruz qalmış Amerika Konqresinin qabağı bu dəfə yeni prezidenti qəbul edirdi. Keçmiş Prezidentlərdən Klinton cütlüyü, Obama və Buş ailəsi də and içmə mərasimində idi. Tramp iqtidarından isə yalnız vitse Prezident Maykl Pens var idi. Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş və Amerikanın ilk qadın vitse-prezident Kamala Harrisdə dayanmışdı. Prezident üçün adətlərə uyğun olan duanı Georgetown Üniversitesinin sabiq rəhbəri Rahip Leo O'Donovan oxudu. Amerikanın himni isə Ledi Qaqa ifa etdi.
Onun ardınca səhnədə Jennifer Lopez yer aldı. Daha sonra isə Coe Bayden 100 illik ailə İncilinə əl basaraq Prezident andını içdi.
Vəd etdiyi kimi Coe Bayden xalqa müraciət edərkən birlik mesajları verdi.78 yaşlı Coe Bayden Amerika tarixinin ən yaşlı prezidentidir. Trampdan fərqli olaraq Coe Bayden təcrübəli siyasətçidir.Obama dönəmində vitse-prezident olan Bayden 50 il seçiki ilə Senatda vəzifə daşıyıb. Bayden anevrizma səbəbiylə iki beyin əməliyyat olunub. 2015 ildə vitse prezident olarkən böyük oğlu beyin xərcəngindən həyatını itirib. Baydenin müəllim olan ikinci arvadı Jill indi evdar xanımdır. Onun köməkçisi Kamala Harrisin atası Jamaykalı, annası isə Hindistan kökənlidir. Harris, bu vəzifəyə gələn ilk kadın, ilk qara və ilk Asya kökənli Amerikalıdır. Ağ evə çatan kimi Bayden artıq 15 sənədə imza atdı. Bundan sonra federal binalarda masqa taxmaq məcburiyyətdir. Dünya Sağlıq Təşkilatına geri dönüldü. Corona virusu səbəiylə iqtisadi böhranda yaşanan məhkəmələr təxirə salınır, Paris İqlim razılaşmasına geri dönüldü, Amerikaya qanunsuz yolla gələn və burda doğulan uşaqları qoruyan DACA programı davam edəcək, müsəlman ölkələrə qoyulan səyahət qadağası ləğv olundu, ölkənin cənubunda tikilən sərhəd durduruldu, miqrantların vətəndaş olmalarında yollarını açmağa istiqamətlənən layihəni müzakirə üçün Konqresə göndərdi. Prezidentliyinin ilk 100 günündə isə Corona virusu vaksininin dağıtımını yüksəldərək 100 milyon Amerikalının vaksinlənəcəyini dedi. Bundan başqa əhali üçün 1 trilyon 900 milyard dollarlıq Corona virusu yardım paketi layihəsini Konqresə göndərir. Onu da deyək ki, Bayden Ağ Evə gələnədək binada 510 min dollarlıq təmizləmə işi aparıldı. Oval ofisə Prezidentin masası xaric pərdə, xalça və mebellər dəyişmişdi. Amerika və dünya üçün xeyirli olsun.
Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.