GünazTV Jan.25.2021 : “Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

2021-01-25 20:11

“Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

Gunaz.tv Quote | Gunaz article

“Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”  

Bura Hindistanın cənubunda kiçik bir qəsəbədi. Amerikanın 46-cı Prezidenti Coe Baydenin komandasından Vitse-Prezident seçilən Kamalla Harrisin anasının doğulduğu qəsəbədir. İndi orda yerli əhali Hindistan kökənli bir qadının dünyanın super gücü olan Amerika Birləşmiş Ştatlarında Vtse Prezident seçilməsini bayram edir. Bəs Kamalanın ailəsi Amerikaya necə gəldi. Harrisin anası 19 yaşında olarkən Amerikaya köç edib. Dehi Universitetindən məzun olduqdan sonra qida və endokrinoloji sahəsindəki tibbi doktorluğunu Californiada Berkeleydə oxuyub. Öz sahəsinin sayılıb seçilən alimlərindən olub və döş xərcənginin qarşısını almaq üçün ixtisaslaşıb. Eyni zamanda ictimai və siyasi məsələlərdə də aktiv olan qadın iki qızını da aktivist olaraq böyüdüb. 

 Hindli bir ana ilə Jamykalı atanın qızı olan Harris,  Califronianın San Fransisco şəhərində  Oakland bölgəsində böyüyüb. Harris, məktəblərdəki irqi ayrıseçkiliyə son qoymaq üçün başladılan layihə çərçivəsində ağların getdiyi məktəbə avtobuslarla aparılan qara dərili uşaqlardan biri idi. Onun getdiyi məktəbin divarları indi Harrisin şəkillərini bəzəyir. O ali təhsilini də paytaxt Vaşinqtonda daha çox qara dəriililərin getdiyi Howard Universitetində alıb. Harris 2004-cü ildə San Francisco bölgə prokuroru, 2010 ildə isə California Ştatında Baş Prokuror olub.  Amerikadakı mütəxəsislər durumu şərh edərkən deyirlər ki,  Harris qadınların qabağını kəsən  bir çox sərt divarı aşıb.  Çünki Amerika tarixinə baxanda bu günədək Ali məhkəmələrdə yüksək vəzifə daşıyan qadın hakimlər olub. Hətta Amerika Konqresinin Təmsilçilər Məclisinin rəhbəri dəmir kimi qadın olan Nensi Pelosidir. Ölkənin Dövlət Katibi Hillari Klinton olub. Amma Prezidentlik məqaməna yüksələn qadın olmamışdı. Digər tərəfdən Harris ağ dərili deyil və onun ailəsi bu ölkəyə daha yaxşı həyat yaşamaq üçün gəlib. Bunun özü də vacib nüanslardandır. Joe Baydenlə birlikdə apardığı seçki mübarizəsində qalibiyyət qazanan Kamalla Harris,  tarixə Amerikanın ilk qadın Vitse Prezidenti olaraq düşdü. Köçmən bir ailənin qızı olan Harris eyni zamanda Amerikanın ilk Asya və  qara dərili Vitse Prezident olaraq da  ilkə imza atdı. 56 yaşında olan  Harris, birlikdə seçkilərə qatıldığı Joe Baydenə və özünə səs verənlərə, ilk dəfə qara dərili və Hind kökənli bir Amerikalı qadını Amerika Birləşmiş Ştatlarında vitse prezident olaraq seçdikləri üçün təşəkkür etdi. Xala olduğuna vurğu edən, ögey  ana olduğunu tez-tez dilə gətirən Harris, vəkil Doug Emhoff ile evlidir. Amerikadakı mütəxəsislər düşünürlər ki, Amerikanı dünyada təmsil edən bir dövlət qadını olacaq. Kamala Harrisin siyasi liderlikdəki yüksəlişi  nəyinki Amerikada hətta dünyada da qadınların yolunu açacaq. Böyük ehtimalla yaxın 4 ildə biz dünyanın fəqrli yerlərində qadənların siyasətdəki rolunu daha yeni bir müstəvidə görmüş olacağıq.

Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yoluxma 400-ü keçdi - 3 nəfər öldü

2021-03-07

gun az article

İranda koronavirusdan daha 93 nəfər vəfat edib, 8010 yeni növ “Covid-a9”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-07

gun az article

İranın xarici işlər naziri erməni həmkarı ilə telefonla danışıb

2021-03-07

gun az article

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

2021-03-07

gun az article

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq - FOTO

2021-03-07

gun az article

Füzuli rayonunun Qarakollu kəndi - VİDEO

2021-03-07

gun az article

Sülhməramlılar erməni qadınlara çiçək bağışladı – FOTOLAR

2021-03-07

gun az article

Azərbaycanda daha 353 nəfər yoluxdu - 3 nəfər öldü

2021-03-07

gun az article

GünazTV March.06.2021 : “Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

2021-03-06

gun az article

Cəbrayılın Papı kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

İranda Novruz bayramında xəstəliklə bağlı qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub

2021-03-06

gun az article

İranda koronavirusdan daha 82 nəfər ölüb, 8 212 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-06

gun az article

Zərif: “İran nüvə sazişi ilə bağlı danışıqlara başlanılması üçün öz konstruktiv planını təqdim edəcək”

2021-03-06

gun az article

İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edib

2021-03-06

gun az article

Zəngilanın Qaradərə kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq

2021-03-06

gun az article

Bu gündən martın 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-03-06

gun az article

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb

2021-03-06

gun az article

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

2021-03-06

gun az article

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2021-03-06