GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26 20:27

"Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

Gunaz.tv Quote | Gunaz article

"Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"
 
 Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən dünyanın aparıcı beyin mərkəzi "Atlantic Council"in qonağı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev idi. Virtual görüşdə Azərbaycanın nüfuzlu siyasətçisi Birləşmiş Ştatların nüfuzlu analitik mərkəzinin Avrasiya bölümünün direktoru Con Herbstin sualları cavablandırdı. Təbii Amerikalı diplomatı ölkəsinin də üzv olduğu ATƏT-in Mink qrupunun bundan sonrakı fəaliyyəti maraqlandırırdı. Hikmət Hacıyevin cavabı net oldu. ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır.Təşkilatın 25 ildə  münaqişənin həllinə töhfə verə bilməməsi  isə onun nüfuzunu heç edib. Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını dedi.O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd etdi. Azərbaycanın Rusiya sülhməramlılarına münasibəti barədə sualı cavablandıran müşavir deyib ki, Bakı bölgəyə Rusiya sülhməramlıalrının yeridilməsindən narazı deyil, üstəlik bu  həm də 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən biri olub.

“Hikmət Hacıyev, Azərbaycan Prezidentini  köməkçisi: Azərbaycan tərəfi sülhməramlılara özünün kommunikasiya xətləri vasitəsilə dəstək verir, beləki onlara lazımi avadınlıq və yüklərin Laçın rayonu ərazisindən gətirilməsi texniki çətinliklər yarada bilərdi. Azərbaycan tərəfi bu yüklərin gətirilməsi üçün öz dəmir yollarından istifadə imkanı da yaradıb. Eyni imkanlar yerli erməni icması üçün gətirilən humanitar yüklər üçün də yaradılıb.”

Hikmət Hacıyev prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın yanvarın 11-də Moskvaya getməsini  10 noyabr bəyanatından sonra yaranan çətinliklərlə  heç bir əlaqəsi olmadığını dedi. Moskva görüşünün məqsədi 10 noyabr üçtərəfli bəyanatının praktik bəndərinin və onların konkret icrasının müzakirəsi idi.Yanvarın 11-də imzalanmış daha bir üçtərəfli bəyanatda söhbət regional kommunikasiyaların açılmasından gedirdi. Azərbaycan isə bunu dəstəkləyir. Halbuki münaqişədən əvvəl Ermənistan blokada vəziyyətində idi və kommunikasiyaların açılması Ermənistanın Rusiya bazarına birbaşa çıxışını təmin etməlidir. Sitatın sonu.

“Hikmət Hacıyev, Azərbaycan Prezidentini  köməkçisi: 11 yanvar bəyanatının icrası Ermənistanın regional inteqrasiyasına və onun regional əməkdaşlığa cəlb edilməsinə imkan yaradır.Burada söhbət həm də Ermənistanın regional təhlükəsizlik arxitekturasına cəlb olunmasından gedir. Azərbaycandan Naxçıvana dəhlizin açılması da öz növbəsində Azərbaycanın Türkiyə bazarına çıxış əldə etməsinə şərait yaradır.”

Amerikalı diplomatın verdiyi suallardan biri də münaqişənin yaranma səbəbi və Sumqayıt hadisələrinə fokuslanmaq oldu. Hikmət Hacıyev isə belə dedi. Münaqişənin dərin tarixi kökləri və konkret olaraq 1988-ci il Sumqayıt hadisələri ilə bağlı suala cavab verməzdən əvvəl keçmişdən daha çox gələcəyə baxmağa üstünlük verdirik. Sumqayıt hadisələri yaxşı təhqiq edilib və sənədləşdirilib:

“Hikmət Hacıyev, Azərbaycan Prezidentini  köməkçisi:Biz inkar etmirik ki, orada poqromlar olub. Amma o vaxt Sovet İttifaqının tərkibində olsa da Azərbaycan baş vermis cinayətləri araşdırıb və məsuliyyət daşıyanlar sərt şəkildə cəzalandırılıb. Bəs erməni tərəfi necə, azərbaycanlılara qarşı, insanlığa qarşı cinayət aktlarını nəvaxtsa araşdırıbmı? Sumqayıt hadisələrinin SSRİ DTK-sının təxribatı ilə törədildiyinə dair məlumatlar olub. Məlum olub ki, cinayətləri törədənlərin arasında erməni millətindən Qriqoryan adlı birisi də olub. Sumqayıt hadisəsinə əlahiddə bir epizod kimi baxıla bilməz. Sumqayıt hadisələri əslində Ermənistanda azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərin əks-sədası idi. “başlanğıc orda olub, etnik təmizləmə Ermənistanda azərbaycanlılara qarşı törədilib”.

Hikmət Hacıyev bildirib ki, sonrakı illərdə Azərbaycan öz ərazisində 1 milyon vətəndaşının etnik təmzilənməsi ilə üzləşib.Prezident müşavirinin sözlərinə görə son müharibədə belə Azərbaycan tərəfi mülki insanlara zərər dəyməməsinə maksimum səy göstərirdi:

“Hikmət Hacıyev, Azərbaycan Prezidentini  köməkçisi:Siz də görürsünüz ki, hərbi əməliyyatlara görə Qarabağın bəzi bölgələrindən gedən ermənilər hazırda qayıdırlar. Biz onları öz vətəndaşlarımız sayırıq, lakin onlar da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ehtiram göstərməlidirlər. 30 illik işğal ərzində “Azərbaycanın şəhər və kəndlərinə qarşı soyqırım” törədilib. Hər şeyə rəğmən indi ilk dəfə imkan yaranıb ki, regionda sülh bərqərar olsun. Əgər keçmişə baxsaq, orda Xocalı qətliamı da var”.

 Regionun bundan sonrakı mərhələdəki gözləntilərindən danışan Hikmət Hacıyev bildirib ki, regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasında habelə Cəbubi Qafqazın daha bir ölkəsi olan Gürcüstan, Azərbaycana dost Türkiyə, o cümlədən Rusiya və İran da fəal iştirak etməlidirlər.Müşavir bildirib ki, Qərb, ələlxüsus da Amerika bu bölgədə gedəcək etimadyaratma proseslərində iştirak edə bilər. Onun sözlərinə görə bu iki münaqişəni müqayisə etmək düzgün olmasa da, ABŞ Əfqanıstandakı missiyası ilə münaqişə sonrası yenidənqurma və bərpa sahəsində böyük təcrübə qazanıb.Regional sülh planı Ermənistana Türkiyə bazarına birbaşa çıxış verir. O bilidirib ki, Ermənistan faktiki olaraq blokadada olan ölkədən tranzit ölkəyə çevrilə bilər.  Prezident müşaviri qeyd edib ki, Ermənistanın Türkiyə ilə münasibətlərinə gəlincə isə bu, habelə 3+3 formulu – Azərbaycan-Ermənistan-Gürcüstan və Türkiyə-İran-Rusiya formatında da inkişaf edə bilər. Hikmət Havcıyev bəyan edib ki, bütün bu müsbət dəyişikliklərin baş verməsi üçün Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı iddialarından əl çəkməlidir. Azərbaycanın nüfuzlu siyasətçisi Azərbaycanın əsirləri hamını hamıya prinisipi ilə dəyişmək istəməməsini ehtiva edən suala cavab verərkən Hacıyev deyib ki, o yaranmış imkandan istifadə edərək Amerikanın erməni diasporasına müraciət etmək istəyir:

“Hikmət Hacıyev, Azərbaycan Prezidentini  köməkçisi:Çox təəssüf ki, siz çox vaxt problemin həlli yox, onun bir hissəsi olursunuz. Siz gərək Ermənistanın qonşuları ilə tarixi düşmənçiyinə son qoyulmasına çalışasınız, Ermənistanı sülhə tərəf yönləndirəsiniz. Revanşizmə çağırışlar nəinki faydasız, həm də əks-təsirlidir”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan 10 noyabr razılaşmasından dərhal sonra hamını hamıya dəyişib. O əlavə edib ki, “doğrudur burada itkin düşənlərin də məsələsi var”. Onun sözlərinə görə Azərbaycan hətta belə bir şəraitdə də humanizm prisiplərinə əsaslnaraq erməni tərəfinə Azərbaycanda saxlanan erməni hərbçilərə Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaçın nəzarəti altında çıxış verib. Erməni tərəfi Azərbaycan hərbçilərinin dəstəyi ilə Dağlıq Qarabağ ərazisində itkin düşənlərin və meyitlərin axtarışına şərait yaradıb. Hikmət Hacıyev daha sonra deyib:

“Hikmət Hacıyev, Azərbaycan Prezidentini  köməkçisi:62 əsir məsələsinə gəlincə, onlar Ermənistan vətəndaşlarıdır. Bunlar Ermənistanın Şirak vilayətindəki hərbi bazanın peşəkar hərçiləridir və Azərbaycanın ərazisinə 10 noyabr üçtərəfli bəyanatından sonra daxil olublar. Onlar bura hətta ağır hərbi texnika gətirmişdilər. Onlarla toqquşmada azərbaycanlı əsgərlər həlak olublar.Məhz buna görə də sözü gedən şəxslər nə beynəlxalq qanunlara, nə də Azərbaycanın Cinayət Məcəlləsinə görə sözün tam mənasında əsl hərbi əsir sayıla bilməzlər. Biz bu barədə Ermənistanla açıq dialoqa hazırıq, amma erməni tərəfindən də xoşməramlı addımgözləyirik. Birinci Qarabağ Müharibəsində 4000-dən çox azərbaycanlı itkin düşüb. Biz bilirik ki, onların əksəriyyəti artıq sağ deyil. Biz bilirik ki, kütləvi məzarlıqlar var. Erməni tərəfi bu məzarlıqların harada olmasına aydınlıq gətirməlidir”.

 Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin  Azərbaycana hücumuna cavab olaraq başladılan Vətən Müharibəsi 44 gün davam etdi.  10 noyabrda isə razılaşma ilə Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı. Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu müharibədə Azərbaycanın  2 min 855 hərbi qulluqçu həlak oldub.

Qənirə Ataş, GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02

gun az article

Həmədanda 41 maneken və fotoqraf saxlanılıb

2021-03-02

gun az article

Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur

2021-03-02

gun az article

Əhvazda dörd ərəb məhbus edam edilib

2021-03-02

gun az article

Ərdəbil ETTELAAT-ı milli-mədəni fəal hədələyib

2021-03-02

gun az article

GünazTV March.01.2021: PARLAQ GƏLƏCƏK: Korona virusu və rejimin sağlamlıq siyasəti, Güney Azərbaycana qarşı ayrı-seçkilik

2021-03-02

gun az article

GünazTV March.01.2021: Paylaşım programı, 40-cı Bölüm.

2021-03-01

gun az article

Təbriz Bələdiyyəsinin işçiləri yenidən etiraz aksiyası keçirirlər

2021-03-01

gun az article

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

2021-03-01

gun az article

Şəbistər-Şərəfxana yolunda qəzada 4 nəfər həyatını itirib

2021-03-01