GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09 18:21

"Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi "

Gunaz.tv Quote | Gunaz article

"Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi 

İran Ali Məhkəməsi ölkədəki tanınmış anti-aparteid fəal və "Güney Azərbaycanın Nelson Mandela"sı Abbas Lisaninin kasassiya şikayətini rədd edərək, Ərdəbil aşağı məhkəməsinin 15 illik həbs hökmünü qüvvədə saxlayıb. Ali Məhkəmənin qərarı fəalın vəkili Seyid Məhəmmədrza Fəqihiyə iyulun 4-də bildirilib. 

Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “ölkənin təhlükəsizliyini pozmaq” ittihamları ilə mühakimə edilib.

Abbas Lisani 2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılır. O, təqribən 15 il ərzində göstərdiyi anti-apartayd və ayri-seçkiliyə qarşı fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakimələrə məruz qalıb. Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb və sürgünə göndərilib. Güney Azərbaycanlı siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qalıb.

Cənubi Azərbaycanın Mandelası son üç onillikdə həyatını İrandakı dil apartaydının aradan qaldırılmasına, Güney Azərbaycanda türklərə qarşı institusional irqçilik və ayrıseçkiliyin ortadan qalxmasına və İranda türkdilli təhsilə qoyulan qadağanın götürülməsinə adayıb və vəqf edib.

Lisani, İranın apartaydçı toplumunun onun kimi anti-apartayd fiqurların hər zamankindən daha çox ehtiyacı olduğu bir vaxtda həbsdə tutulur. İranda Türklərə və digər fars olmayan millətlərə qarşı apartayd və ayrıseçkilikləri dayandırmadan, Güney Azərbaycan və İran üçün parlaq bir gələcək qurmaq təsəvvür bilə edilə bilməz və 1979-cu ildə görüldüyü kimi, bir diktaturanın çöküşü başqa bir apartaydçı diktaturasının ortaya çıxmasına səbəb olacaqdır.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07