GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09 18:24

“Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

Gunaz.tv Quote | Gunaz article

“Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

   Amerika Birlirləşmiş Ştatlarının Dövlət Katibi Mike Pompeo, Iraqlı təhlükəsizlik mütəxəsisi  Hişam el-Haşiminin silahlı hücumla öldürülməsində İrana bağlı olan qrupları məsuliyyətli tutdu. Dövlət Departamentində keçirdiyi mətbuat konfransında Mike Pompeyo Bağdad hakimiyyətini  ədalətli olmağa çağırıb.Mike Pompeyo  Iraqlı  Haşiminin iki gün əvvəl Bağdaddakı evinin qabağında  motoskletli silahlılar tərəfindən öldürülməsini şiddətlə qınadı.O dedi ki,Haşiminin İranın  dəstəklədiyi qruplardan dəfələrlə təhdid aldığı ortada idi.Amerikalı nazir,Iraq hökumətini cinayətkarları təcili tapmağa cağırdı. Iraqlı Siyasət və Təhlükəsizlik Mütəxəsisi  Hişam el-Haşiminin dost olduğu deyilən jurnalist Maan Habib, suiqəsdən Hizbullah Tugaylarını məsuliyyətli tutmuşdu.Amerikanın Dövlət Katibinin açıqlamalarında İranla bağlı siyasətləri xüsusi yer tuturdu.İrana qarşı silah embarqosunun uzadılmasını önə sürən Amerikalı  rəsmi  dedi ki,biz  İrana məxsus silah  gəmilərini saxlamış və məsələni beynəlxalq müstəvidə subut etsək də, rəsmi Tehran yalan danışmaqda davam edir.

“Iranın silah embarqosu 4 aydan sonra bitəcək.Buna baxmayaraq İran hələ də silah alır, satır və transfer edir.Bu hələ hamısı deyil.Biz iyun ayında Yəməndəki Hutilərə  doğru gedən bir gəmi saxlamışdıq.Biz əminik bu İran gəmisi idi.Bu gəmidə 200 ədəd  RPG,1700-dən çox AK silahları,21 ədəd yerdən göyə və əks istiqaməti hədəf ala bilən raket müsadirə etmişik.Bir neçə  tank əleyhinə silahlar və modern silahlar tutumuşuq.Əgər BMT o regionda konfiliktin azaldılmasını istəyirsə mütləq İrana qarşı müddətsiz silah embarqosu tətbiq edilməlidir.Ağılı başında olan heç bir ciddi şəxs, İranın bu silahlardan sülh məqsədi üçün istifadə etməsinə inanmaz.”

 Bu gün həm də Amerika Birləşmiş Ştatları Hizbullah terror təşkilatını maliyyələşdirməkdə ittiham etdiyi Lübnanlı iş adamı Kasım Taceddini azad edib.Onu aparan xüsusi təyyarə artıq ölkəsi Lübnandadır.3 ildir Amerikada həbsdə yatan iş adamı  tibbi problemləri yarandığı üçün buraxılıb.Onun həm də  koronavirusa tutulma riski də olub.Hizbullahı maliyyələşdirməkdə əli olan bu adam 2009-cu ildən Amerikanın terror  siyahısında idi.O,  2017-ci ildə  Morokkoda tutularaq Amerikaya  təhvil verilmişdi.Amerikanın Dövlət Katibi bu mövzuya da toxundu.

   “Biz Amerikaya qarşı təhlükə yaradan insanlara sanksiya tətbiq etməkdə davam edəcəyik. Düzdür bəzi dövlətlər Hizbullahı terror təşkilatı kimi tanımaq istəmirlər, amma biz bunu sübut edəcəyik.Biz sübut edəcəyik ki,Hizbullah region üçün təhlükə və risk yaradır.Mənə sual verildiki,Hizbullah generalı Amerikanın bu addımını təqdir edib.Bu barədə tam məlumatlı deyiləm.Amma mən görmüşəm onlar İran neftini almaq üçün yollar axtarır.Biz buna imkan verməyəcəyik.Çünki İranın xam nefti sanksiyalaşdırılmış məhsuldur.Biz İranın xam neftini satma bilməməsi üçün addımlarımızı atacağıq.Çünki biz dünyanın ən böyük teeror maliyyələşdirən rejimi olan İaranı dayandırmalıyıq.”

 Pompeyonun digər toxunduğu məsələ Çinlə bağlı oldu.Çin komunist partiyasının Covid-19-la bağlı informasiyaları yayan insanlara qarşı apardığı siyasəti pislədi.Çinin sözünə sahib olmadığını deyən, Amerikanın Dövlət Katibi hesab edir ki, etimadsızlıq artıq rəsmi Pekinin sifəti olub.Çinin virus barədə yanlış informasiya verdiyini xatırladaraq, dünyadakı mənzərəyə məhz rəsmi Pekinin məsuliyyət daşıdığını söylədi.

Qənirə Ataş,GünazTV.Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06