GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10 18:53

 “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

Gunaz.tv Quote | Gunaz article

Amerika Birləşmiş Ştatlarında coronovirusa tutulanların sayında hər gün yeni rekord gəlir.New York Timesın məlumatına görə ölkədə son bir gündə 65 min üzərində yeni yoluxma qeydə alınıb.Artım ölkənin cənub və cənub qərb ştatlarında daha çox görülür.Amerikanın Alergiya və Keçici xəstəliklər İnstitutunun Rəhbəri Anthony Fauci, ciddi problem yaşayan  ştatlar iqtisadi açılımı saxlamağı  düşünməlidir deyib. Fauci düşünürki, yoluxma sayının artığını gözardı etmək olmaz. O, rəqəmlərin günlük 20 mindən 60 minə çatmasını ciddi siqnal adlandırır. Doktor Fauci keçən həftə Kongresdəki  açıqlamasında yoluxma sayılarındakı artımın nəzarət altına alınmayacağı halında ölkədə günlük artımın 100 minə çatacağını demişdi.

   “Nəyin yolunda getmədiyinə baxaraq və bunu düzəltməyə çalışaraq deməliyəmki,ştatlar iqtisadiyyatlarını yenidən fəaliyyətə geçirmə müddətlərinə  bir müddətlik fasilə  verməlidir.Coronavirusun ən ağır zərbə vurduğu ştatlar barları bağlamalı və  böyük  insan sıxılığından  uzaq durmaq kimi addımlar atmalıdır”

  Çox sayda insanın bir araya  gəlməsinin qarşısını almaq, masqa taxmaq, iki metirlik məsafəni qorumaq və əl yumaq təməl prinsiplər olaraq qalır.Dr. Fauci, Amerikada günlük  artımı bir kəlmə ilə belə izah edir. Ən ağır zərbəni Amerika alıb! Prezident Tramp isə  Anthony Faucinin əksinə  yüksələn yoluxmanı  ciddiyə almamağı tövsiyyə edir. Trump, yoluxmadakı artımı  daha çox  test aparılması ilə əlaqələndirir. Bu iddianın doğru olub olmadığını araşdıran mütəxəsislər pozitif çıxan test nəticələrinin yüksəldiyi ştatlarda həmçinin  xəstəxanaya yerləşdirilənlər də çoxdur.Ağ evdə işləyən jurnalistlərdən birində coronovirus testinin müsbət çıxması da  ölkənin əsas evində işləyənlərin səhəti ilə bağlı suallar yaradıb. Amma o da deyilir ki, həmin jurnalist həmişə maska istifadə edib. Ağ evdən həmçinin Coronavirusa qarşı təsiri isbatlanmamış  olan hidroksiklolokinle bağlı yeni  açıqlama gəldi.Ağ evin  sözcüsü Kayleigh McEnany 

 “ Prezident   həmişə hidroksiklorokini  yaxşı bir dərman olaraq qiymətləndirib.İndi də ümid verici bir dərman  olaraq görür, ancaq doktorlar  yazmadıqça heç kim bu  dərmandan  istifadə etməməlidir.Prezident şəxsən özü bu dərmanı həkim göstərişi ilə bir neçə dəfə qəbul edib. Eyni zamanda demək istəyirəm bəzi xəbər agentlikləri bu dərmanı pisləyib, yanlış informasiyalar yayıblar.Amma biz görürük ki, jurnalist araşdırmaları səhv olub.Elmi araşdırmalar dərman barədə müsbət təsiri olduğunu yazır,amma CNN bu barədə indi susur.Bu dərman xəstəxanada müalicə alan covid-19 xəstələrinin sağalmasına kömək edir.”

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında coronovirusa tutulanların sayı 3.17 milyonu keçib.Ölənlərin sayı isə indi 135 mindir.

Qənirə Ataş, GünazTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06

gun az article

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

2020-08-06