GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10 18:54

İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

Gunaz.tv Quote | Gunaz article

İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

İran və Çin arasında bəzi İran torpaqlarının və limanların kommunist ölkəyə təhvil verilməsinə dair 25 illik razılaşma aşkarlandıqca, Azad Zonalar Ali Şurasının Katibliyi Kiş adasının Çinlilərə verilməsi barədə məlumatları təkzib etdi.

Azad Zonalar Ali Şurasının Katibliyi, "ölkənin cənub sahili və Kiş adasının bir hissəsinin Çinə verilməsi" xəbərlərinin yalan olduğunu söylədi. Azad Zonalar Şurası Çinlə 25 illik müqavilədə "heç bir gizli məsələni ehtiva etmədiyini və ərazinin və limanın təhvil verilməsi ilə bağlı razılığımız olmadığını" vurğuladı.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü də müqavilədə "İran adalarının təhvil verilməsindən və ya hərbçilərin mövcudluğundan bəhs edilmədiyini" yazıb.

Belə bir saziş ilk dəfə 23 yanvar 2016-cı il tarixində Çin Prezidenti Si Tszinpinin İrana səfəri ilə birlikdə müzakirə edildi.

Mediaya sızan "İran və Çin arasındakı 25 illik hərtərəfli əməkdaşlıq proqramı"nın bir hissəsində, İslam Respublikasının səlahiyyətliləri, İran xam neftinin alınması müqabilində, Çinin İranda bütün sahələrdə o cümlədən, sənaye, iqtisadiyyat, səhiyyə, rabitə, kənd təsərrüfatı, təhlükəsizlik, hərbi, maliyyə, kredit və ticarət, neft və enerji sahələrində iştirak etməsinə zəmin yaradır.

Sənədin bir hissəsi olaraq Çinin "Jask limanının inkişafı, sənaye şəhərinin yaradılmasında iştirak etməsi, neft-kimya sənayesinin inşasında iştirak etməsi, Oman dənizinin sahillərində yerləşən "Makran sahilində" polad və alüminium və turizm şəhərciklərinin inşası" İran və Çin arasında "25 illik hərtərəfli əməkdaşlıq proqramı"nın bir hissəsi olaraq qeyd olunur.

Sənəddə Çabahar və Kaspian limanlarının inkişafında da Çinin iştirak edə biləcəyi limanlar kimi göstərilib.   

Bundan əvvəl də "Petroleum Economist" saytı, adı açıqlanmayan bir İran mənbəyinə istinadən, Çinin layihələri qorumaq üçün İrana 5 min əsgər yerləşdirəcəyini söyləmişdi.

İran və Çin arasında 25 illik hərtərəfli əməkdaşlıq planın son layihəsi Nazirlər Kabinetinin 3 iyul iclasında nəzərdən keçirildi və təsdiq edildi.

"Xarici bir ölkə ilə yeni 25 illik müqavilə imzalamaq istəyirlər və bu barədə heç kimim xəbəri yoxdur" demişdi, sənədin qəbulundan dörd gün sonra İranın keçmiş prezidenti Mahmud Əhmədinejad.

Bu danışıqlar elə bir halda gəlir ki, "Şərqə bax" strategiyası olaraq bilinən İranın Çin və Rusiya ilə artan əməkdaşlığı, Mahmud Əhmədinejad hökuməti altında başladı və Əhmədinejad hökuməti 2008-ci ildə Çinlə İranın nəft satışından əldə etdiyi gəlirlərdən Akkreditiv dəstəkli Çin mallarının satın almasına imkan verən bir müqavilə imzalamışdı.

Son illərdə Çin balıqçılıq gəmilərinin aktiv fəaliyyət göstərmələri və İranın cənub sahillərində balıq tutmaları bəzi etirazlara səbəb olub. Bu gəmilərin fəaliyyəti ilə birlikdə balıq ehtiyatlarının həcmi kəskin azalıb və balıqların təbii yaşayış mühiti pisləşib.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01