GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11 18:43

“Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

Gunaz.tv Quote | Gunaz article

“Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

  Amerika Birləşm iş Ştatlarının Dövlət Departamenti, Türkiyə  hökümətinin Ayasofyanın statusunu dəyişdirmə qərarından  təəssüf  hissi keçirdiklərini açıqladı.Departamentin sözcüsü Morgan Ortagus yazılı açıqlamasında, ''Ayasofyanın statusunun dəyişdirilməsi qərarından xəyal qırığlına uğradıq.Bu yanaşma, zəngin mədəniyyət tarixi baxımından  UNESCO-nun  dünya mirası siyahısında olan  və İstanbulun tarixi  baxımından önəmli bir parçası olaraq haqsızlıqdır” deyib.Türkiyənin Ayasofyanın bütün  ziyarətçilər üçün əl çatan bir yer olmasını təmin edəcəyi ilə bağlı dediklərinə diqqət çəkən Ortagus,“Türkiyə hökümətinin kimsənin ziyarətinə mane olmadan Ayasofyanın idarə edilməsi istiqamətində atacağı addımları  səbirsizliklə gözləyirik'' yazıb.

Amerikanın dini azadlıqlar komissiyası da  Türkiyənin Ayasofya qərarını qınayıb. “Ayasofya kimi  memarlıq nümunəsinin siyasiləşdirilməsini qınayırıq. Türkiyə  hökumətinin öz dini azlıqlarının hisslərini yox sayaraq bu addımı atması üzücüdür. Həm xristiyanlar həm də müsəlmanlara insanlıq üçün dəyəri olan ayasofiya mədəni və ruhani bir önəm daşıyırdı”Sitatın Sonu.  

Açıqlamada, altıncı yüzildə inşa edilen Ayasofya İstanbulun Fatih Sultan Mehmet tərəfındən fəthindən əvvəl min il  boyunca Rum Ortodoks kilisəsi olaraq xidmət göstərdiyi,1935-ci ildən isə Türkiyə Cumhuriyətinin qurulmasının ardından müzey statusunu aldığı xatırlanır.

Amerikanın Dini Azadlıqlar  Komisiyasının  Uygur Müsəlmanların haqqlarını qoruyan komisar  Nury Turkel də  yazılı  etirazını bildirib.“Türk hökumətinin öz dini azlıq  toplumunun hisslərini yox sayaraq beylə bir addım atılmasını üzücü hesab edirəm. Qərar kilisələrə istiqamətlənən hücumlar, dini və etnik azlıqlara istiqamətlənən təhdidlər səbəbiylə qorxu və etimadsızlığın artdığı bir dönəmə təsadüf edir. Bunun acı nəticələri ola bilər ’’ ifadələrini istifadə etdi.  Amerika Birləşmiş Ştatlarının Konqresindən ilk reaksiya isə Demokrat Senator Bob Menendezdən gəldi. Qərarı qınayan Senatın Xarici Əlaqələr  Komisiyasının üzvü Menendez, “Ərdoğanı qərarı dəyişdirərək Ayasofyanın bütün inanç və mədəniyyətlərdən olan insanların   ziyarətinə açıq bir müzey olaraq sahib olduğu önəmli mirası yeniden qurmağa  çağrıram” mesajını paylaşdı.Onun yazılı açıqlamasına  komissiyanın rəhbəri Jim Risch  də qoşulub. Açıqlamada Ayasofyanın  fərqli  keçmişlərdən gələn insanlar baxımından ruhani önəmə sahib bir yer olduğu vurğulanır.  “Ərdoğanın Ayasofya barədə qərarını qınayırıq. Ərdoğanın bu addımı, Ayasofyanı parıldayan bir ışıq və dərin önəm baxımından  müqəddəs bir məbəd olaraq görən xristiyanlara qarşı böyük bir təhqirdir. Ayasofyanın statusunun dəyişdirilməsi islam və xristiyanlıq arasında köprü qurma cəhdlərinə ən çox ehtiyac duyduğumuz bir dönəmdə atılan bölücü bir addımdır. '' Sitatın sonu.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmənin Ayasofya muzeyinin məscidə çevrilməsi haqda qərarını təsdiqlədikdən sonra xalqa müraciət edib.O, Ayasofyanın ibadətə açılacağı tarixi açıqlayıb.

“Bu qərarın millətimizə, ümmətə və bütün bəşəriyyətə xeyrili olmasını diləyirəm Ayasofya məscidinə ödənişli giriş ləğv edilir. Bütün məscidlərimiz kimi Ayasofyanın da qapıları hər kəsə açıq olacaq.Bütün hazırlıqları tamamlayıb Ayasofyanı 24 iyul 2020-ci ildə Cümə namazı ilə birlikdə ibadətə açmağı planlaşdırırıq”.

Ərdoğanın  muzeyin məscidə çevrilməsinə birmənalı yanaşmayan  dünya liderlərinə və siyasətçilərə də  cavabı var. O deyib ki, Memar İbni Sinan Ayasofyada ən çox əməyi olan insanlardandır. Türk millətinin   haqqı 1500 il əvvəl bu əsəri inşa edənlərdən az deyil.Sitatın sonu.Türkiyənin, o cümlədən dünyanın ən qədim tarixi abidələrindən olan Ayasofya Muzeyidir. Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilən ən böyük memarlıq abidəsidir və kilsə olub. İstanbul 1453-cü ildə Fateh Sultan Mehmed tərəfindən  fəth edildikdən sonra, Ayasofya məscid kimi fəaliyyət göstərib. Belə ki, şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb. Fəthdən dərhal sonra bina ən yaxşı şəkildə möhkəmləndirilib. Türkiyə Respublikası qurulduqdan sonra,  Ayasofya 1934-cü il noyabrın 24-də  Atatürkün  qərarı ilə muzeyə çevrilib.

 Qənirə Ataş, GünazTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: “Coronovirus dünya insanı ilə hələ bir neçə il qala bilər”

2020-08-03

gun az article

İranda daha 2598 koronavirusa yoluxub, 215 nəfər vəfat edib

2020-08-03

gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01

gun az article

Tehranda son 2 həftədə koronavirusa yoluxanların əksəriyyəti gənclərdir

2020-08-01

gun az article

Ağ Ev: "İran hökuməti sülh və təhlükəsizliyi təhdid etməyi dayandırmayana qədər sanksiyalar davam edəcək"

2020-08-01

gun az article

İranda növbəti dəfə yanğın baş verib

2020-07-31

gun az article

GünazTV July.31.2020: Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb

2020-07-31

gun az article

İranın Rəşt və Sənəndəc şəhərlərində daha 4 məhkum edam edilib

2020-07-31

gun az article

Ağdamda 2 ədəd İran istehsalı minaatan mərmisi aşkarlanıb - FOTO

2020-07-31

gun az article

Xamneyi: "Amerika ilə müzakirəyə qarşıyam"

2020-07-31

gun az article

İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-31