GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13 18:24

“Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

Gunaz.tv Quote | Gunaz article

 Vaksin  hərkəs üçin əlçatan olmalıdır” mesaj  Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

   Amerikada coronovirusa tutulanların sayı  son bir gündə 70 min oldu. İndi virusun mərkəzi Texasdır. Ştat qubernatoru  Greg Abbott deyib ki, sosyal məsafə və maska taxılmasına əməl edildiyi halda yoluxanların sayı azalmır.O, çıxış yolu kimi iş yerlərinin bağlanmasını görüb. Californiada isə rəsmilər  Corona virusunun həbsxanada yayılmasının qarşısını almaq üçün 8 bin məhkumu sərbəst bıraxmağa hazırlaşır. Microsoftun qurucularından və eyni  zamanda yardım fəaliyətləriylə seçilən  milyarder Bill Qeyts Coronavirus dərmanlarına və hazırlanacaq vaksinə ən çox pul  verən ölkəlnin deyil,ən çox  ehtiyaç duyanın əlinin çatmalı olduğunu söyləyib.Bill Qeyts dərman və peyvənd satışının bazarın təlabatına buraxılacağı halında,virusun dünyada daha   çox qalacağı ilə bağlı xəbərdarlıq edib.Qeyts Coronavirusla  bağlı konfransda ‘‘liderlərin bərabərlik prinsipini qorumasına ehtiyacımız var’’ söyləyib.

“Düzdür vaksin və dərmanlarda inkişaf var.Amma bu yeniliklərin heç biri Amerikanın payızda qarşılaşacağı mənzərəni təəssüfki dəyişdirməyəcək.Buna görə, Amerikanın payızı çox ehtimal daha pis ola bilər.İki ay əvvəl mən belə düşünməzdim. İnsanlar indi evdən daha çox çıxır, maska taxmırlar,birlikdə toplanaraq virusu daha mobil edirlər. İndi virus hər yerə daxil olub.Vaksin hazır olanadək biz ölümlərin günlük 500-dən az olmayacağını deyə bilərik. Amma əgər insanlar kütləvi toplanmaya davam edərlərsə o zaman apreldəki vəziyyətə dönə bilərik. Gündə 2 minə qədər insan ölürdü.”

  Amerika Birləşmiş Ştatları və  Avropa dövlətləri  indidən vaksinin araşdırma,test və istehsalı üçün  milyardlarla vəsait xərcləyir. Zəngin ölkələrin ümüd vəd edən vaksin  və dərmanları toplayıb inkişaf etməkdə olan ölkələrə göndərəcəyi  narahatlıq yaradır. Amma eyni zamanda Çin də vaksin hazırlamaq yolundadır. Çinin vaksin istehsalçısı olan CanSino firması Rusya, Brazilya, Çili və Səudi Ərabistanla birlikdə vaksin hazırlığının üçüncü mərhələsinə keçmək ərəfəsindədəir.Çinin Coronavirusu nəzarət altına almaqda əldə etdiyi uğur  hələ də müəmmalıdır.Onuda deyək ki, virusun Çindən başlaması və rəsmi Pekinin xəbəri uzun müddət gizlətməyə çalışması bu dövlətə qarşı inamsızlıq yaradıb.Vaksin mövzusunda da  dünyanın bir  cox  ölkəsi Çinin vaksin hazırlamasına qoşulmadı.Firma isə bəyan edir ki, üçüncü  mərhələdə vaksini seçilən insanlara tətbiq edəcəyik bu iş üçün 40 min insan qatılıb.Avropadakı Oksford Universitetində hazırlanan vaksinin ikinci mərhələdə olduğu bildirilir. İkinci mərhələdə klinik testlərdən keçilir və peyvəndin kütləvi qorumaya necə dayanıqlıdır. Amerikanın Kaizer Permanente Sağlamlıq İnstitutunun və Moderna kompaniyasının vaksini də isı eyni fazadadır. Amerika hökuətinin işıq surəti adı verdiyi layihə çərçivəsində dəstək alan vaksin hazırlanması prossesi ən yaxşı halda qışa hazır ola bilər. Dr Fauçi vaksinlə bağlı bunları deyib.

“Əgər bizim vaksinimiz olacaqsa, mən inanıram ki  biz bunu hazırlayacağıq. O zaman bizə seçimi olan  vaksin hazırlayan  kompaniyaları lazımdır.Çünki bir yox, bir neçə planla getmək lazımdır. Bizim Amerika olaraq  təkcə öz insanlarımıza yox, dünya insanı qarşısında məsuıiyyətimiz var. Bu məsuliyyət həm də kompaniyaların üzərinə  düşür.Bizim bəxtimiz sadəcə onda gətirib ki, vaksin kompaniyalarımız  özkərinin kütləvi istehsala başlayıblar.Onların dediyinə görə  bir ildən sonra bizdə təxminən 1 milyarddan çox vaksin dozası olacaq.”

   Xatırladaq ki, Amerika Prezidenti Donald Tramp  bəyan etmişdiki, coronovirusa qarşı vaksini ilk hansı dövlət hazırlayarsa, heç bir qısqanclıq olmadan Birləşmiş Ştatlar onları dəstəkləyəcək. Onu da deyək ki, Tramp ilk dəfə bu gün maska taxaraq insanlar arasında göründü.

Qənirə Ataş,GünazTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06