GünazTV July.14.2020: Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə hücumu beynəlxalq aləmdə reaksiyalar doğurmaqdadır

2020-07-14 18:31

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə hücumu beynəlxalq aləmdə reaksiyalar doğurmaqdadır

Gunaz.tv Quote | Gunaz article

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə  hücumu beynəlxalq aləmdə reaksiyalar doğurmaqdadır.Münaqişənin nizamlanmasına məsul olan ATƏT-in Minsk Qrupu baş verən insidentə hələ münasibət bildirməsə də qonşu dövlətlər və Avropa İttifaqı bəyanatla çıxış edib. Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stanonun adından yayılmış bəyanatda deyilir ki, Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırır. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir.“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə  danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır. Azərbaycana ən böyük dəstək yenə də  Türkiyədən gəldi.Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumu qətiyyətlə pislənilir. Nazir Mövlud Çavuşoğlu.

  “Әlbǝtdǝ Azǝrbaycan lazımi cavabı verdi vǝ bu hücumun qarşısını aldı. Burada bir mǝqam nǝzǝrlǝrǝ çarpır ki, Ermǝnistan xüsusilǝ işğal etdiyi torpaqlardan diqqǝti başqa yerlǝrǝ çǝkmǝyǝ çalışır. Ermǝnistanın bu günədək heç bir hǝll yoluna yaxın gǝlmǝyir. Ermǝnistanın etdiklǝri qǝbul edilǝ bilmǝz. Ermǝnistan ağlını başına yığsın.Azǝrbaycan yalnız deyil. Türkiyǝ bütün imkanları ilǝ Azǝrbaycanın yanındadır. Azǝrbaycan işğal edilmiş torpaqlar vǝ Qarabağ mǝsǝlǝsindǝ hansı hǝll yoluna üstünlük verirsǝ biz Azǝrbaycanın yanında olacağıq. Azərbaycan yalnız deyil. Bu gün cənab İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağırıb. Bu dəyərləndirmələrdən sonra Xarici İşlər nazirinə zəng edəcəm və müzakirələr aparacağıq”

    Rusiya xarici işlər naziri Sergey Lavrov  isə Azərbaycan prezidenti İlham Əliyevlə danışıb. Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahat  olduğunu deyən Rusiya Xarici İşlər Nazirliyi, vəziyyətin regionda təhlükəsizliyə təhlükə yaradacaq səviyyədə qızışması qəbuledilməzdir deyib. Münaqişə tərəflərini təmkinli davranmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Cəbhə xəttində baş verənlər Amerika mətbuatında da dərc edilib. Nyu York Times baş verənlərə diqqət çəkərək tərəflərin itkilərindən yazıb.  Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan ordusu hucumun qarşısını alarkən, cəbhədə döyüşlər nəticəsində 4 hərbçi şəhid olub. Şəhidlər uğurunda öldükləri torpağa tapşırıldılar.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05