GünazTV July.15.2020: "Azərbaycan Xalqi Ayaqda"

2020-07-15 18:55

"Azərbaycan Xalqi Ayaqda"

Gunaz.tv Quote | Gunaz article

"Azərbaycan Xalqi Ayaqda"

 

Bu səhər uzaq Amerikada  yaşayan Azərbaycanlılar üçün dəhşətli açıldı.Vətən şəhid verib.İşğalçı Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimov da daxil olmaqla 7 nəfər şəhid olub. Şəhidlər polkovnik İlqar Mirzəyev,mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, Yaşar Babyev və əsgər Elçin Mustafazadədir. Erməni silahlı birləşmələri eyni zamanda Tovuzun kəndlərini də atəşə tutub. Mülki  insanlar arasında da şəhid olanlar var. Bu xəbər qısa zaman ərzində ölkəyə yayıldı və xalq küçələrə axışdı. Hər kəs vətən eşqinin hər şeydən öndə olduğunu göstərdi. Generalın  cənazəsi ata ocağında da  böyük coşqu ilə qarşılanıb. Cənazə namazının qılınması mərasimində minlərlə adam toplaşıb.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər, ehtiyatda olan zabitlər və rayon ictimaiyyəti iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı, şəhidin hərbiçi yoldaşları çıxış edərək, onun 1992-ci ildən bəri keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, xatirələrindən danışıblar. Çıxışlarda Polad Həşimovun döyüş yolunun gənclərə nümunə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Vətən uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmur və daim əziz tutulur.

Generalın ailə üzvləri adından çıxış edən qardaşı İlham Həşimov və oğlu Davud Həşimov şəhidlə bağlı xatirələrini bölüşüb. Düz 28 il öncə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyarkən 18 yaşlı kursant Polad Həşimov Dağlıq Qarabağda baş verən müharibənin qızğın vaxtında Ağdam və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2016-cı ildə baş verən aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2 ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, 2019-cu ildə ona general-mayor rütbəsi verilib. Polad Həşimovun ölümü nəinki Qəbələ rayonu, bütün Azərbaycan xalqı üçün böyük bir igidir və o fəxr olunası qəhrəmanımız oldu.Daha sonra şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamında “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Qəbələdən Bakıya yola salınıb. Şəhid Polad Həşimovun nəşi sabah Bakıda İkinci Fəxri Xiyadanda torpağa tapşırılacaq.

Cəbhədə şəhid olan digər hərbçilərimizin də cənazələri ata ocaqlarında şərəflə qarşılandı. Hər bir şəhidin dəfni üçün xalq izdihamı toplanmışdır.Tovuz və digər cəbhə xətti rayonlarda milyonlarla insan yürüyərək “bizi cəbhəyə buraxın, vətəni azad etməyin vaxtıdır”  şüarı səsləndiridilər.  Paytaxt Bakıda da xalq dinc yürüş edərək  şəhidlərə hörmət, vətənə sevgi bildiridilər.

Azadlıq meydanından Milli Məclisin qarşısınadək edilən  yürüşdə yalnız vətən sevgisi var idi. İştirakçılardan bəziləri Parlament binasına daxil olublar.İnsanların təhlükəsizliyini  polis onlara müdaxilə etmədən qoruyub. İzdiham orduya dəstək və müharibə çağırışları ilə yanaşı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun istefasını da tələb edib. Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri çıxış ediblər, izdiham isə yenə də  Nəcməddin Sadıqovla bağlı istefa tələbini səsləndirib. Azərbayca ən yüksək dəstək Türkiyədən gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

“Ermənistan tərəfindən Azərbaycana edilən hücumu şiddətlə qınayıram. Vətənini müdafiə edən Azərbaycan şəhidlərinə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hücum Dağlıq Qarabağa sərhədində deyil, birbaşa iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə edərək olunub. Bu, birbaşa, Azərbaycana yönəlmiş şüurlu hücumdur. Şübhəsiz, bu hücum Ermənistanın çapını aşan hadisədir.Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlmiş hər cür hücumun qarşısında dayanmaq da əsla tərəddüd etməyəcək.Dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur”

Onu da xatırladaq ki, Türkiyə dövlətinin məhz  bu dəstəyi bizim münasibətlərimizi tarixixində  görünməmişdir. Türkiyə Prezidenti bir daha göstərdi ki, Azərbaycan bu yolda tək deyil. Vətən başın sağ olsun!

Qənirə Ataş,GünazTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020-Sözümüz: Azərbaycan Kültürünə Qarşı Düşmənçiliklər

2020-08-14

gun az article

GünazTV Aug.13.2020- Düşünməyə Çağırı: Keçmişdən Günümüzə Qaşqayi Türkləri

2020-08-13

gun az article

Milli fəallar Abbas Lisaninin ailəsinə başsağlığı veriblər

2020-08-13

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-08-13

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti: Abbas Lisaninin məzuniyyət hüququ təmin olunmalıdır

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10