GünazTV July.16.2020: “Amerikanın Dövlət katibi Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərdən danışdı”

2020-07-16 18:53

“Amerikanın Dövlət katibi Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərdən danışdı”

Gunaz.tv Quote | Gunaz article

“Amerikanın Dövlət katibi Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərdən danışdı”

 

Amerika Birləşmiş Ştatların Dövlət Katimi Mayk Pompeyo Azərbaycan Ermənistan cəbhə xəttində baş verən son hadisələrə  münasibət bildirib. Dövlət Departamentində keçirilən mətbuat Konfransında Mayk Pomeyo iki ölkənin  sərhədində baş verən gərginlikdən ciddi  narahatlıq keçirdiyini deyib. Pompeo insan  itkisi ilə əlaqədar başsağlığı bildirib və tərəfləri  atəşkəsi  bərpa etməyə çağırıb.

“Birləşmiş Ştatlar Qafqaz bölgəsində Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca ölümlə nəticələnən son zorakılıqlardan dərin narahatdır. Biz bütün qurbanlara başsağlığı bildiririk. Biz tərəfləri dərhal gərginliyi aradan qaldırmağa və həmsədrlər olaraq Minsk Qrupu ilə substantiv danışıqları bərpa etmək üçün konstruktiv dialoqu və atəşkəsi bərpa etməyə çağırırıq” 

Dövlət Departamenti bundan əvvəlki açıqlamasında da  Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasını qınayaraq  tərəfləri atəşkəsə ciddi əməl etməyə çağırmışdı. Birləşmiş Ştatlar  həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq işinə sadiq qaldıqlarını bəyan edib. Amerika Dövlət Katibinin  üzərində dayandığı digər məsələ isə Rusiya   qazının Avropa və Türkiyəyə daşımağı planlayan  cənib  axın-2 və türk axını boru xətti layihələri oldu. Baş diplomat bu layihələrlə bağlı  embaroqnun yolunu açacaq   adım da atdı.Mike Pompeo, layihələrə  sərmayə qoyan firmaları “ya  indi çıxın ya da nəticələrinə hazır olun” sözlərilə xəbərdar  elədi.  Amerikanın Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında  artıq rus enerji ixracatı  boru xətlərinə sərmayə qoyanlara, maliyyə  dəstək verənlərin, boru xətlərinin döşənməsində istifadə edilən gəmilərin və bununla əlaqəli  mühəndislik xidmətinin embarqoların  hədəfi ola biləcəyi bildirilir. Açıqlamada, bu layihələrin tamalanacağı halında ''Avropanın təhlükəsizliyinə  zərar veriləcək, Rusyanın öz  enerji qaynaqlarından Avropa  üzərində təzyiq  kimi  istifadə edəcəkləri  deyilir. Mike Pompeo, Rus qazının  Türkiyə üzərindən Avropaya daşımağı planlayan  və ötən il   açılışı olan  türk axını layihəsini də   hədəf aldı. Rusiyanın pis niyyətli olduğunu deyən Pompeyo bildirdi ki, Amerika  ehtiyyatda saxladığı sıxılmış təbii  qazı Avropaya ixraç etməyə çalışır. Rusya isə Amerikanın bu tələbinə təhdid kimi baxıb.Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova,  bunu siyasi təzyiq kimi dəyərləndirib.  Xatırladaq ki, Türk axını layihəsi Rusiya qazını Ukraynanı kənarda qoyaraq Türkiyə üzərindən Avropaya çatdırmağı nəzərdə tutub.   Amerika və Rusiya və Türkiyə liderləri arasında bu həftə telefon danışığı olsa da nələrin müzakirə edildiyi bəlli deyil. Dövlət Katibindən İrana qarşı sanksiyalarla bağlı soruşuldu. Sanksiyalar yaxın günlərdə olacaqmı, yoxsa diplomatik danışıqlar təklifini  edənlərə cavab verəcəksiz.

“ Bir çox ölkə və mənim həmkarlarım İrana qarşı embarqonun olmasını istəyirlər. Çünki onlar İranın gələcək davranışlarından narahatdırlar.İrandan özlərini qorumaq üçün bir neçə yol var. Amma Amerika deyirki ən yaxşı yol İrana qarşı müddətsiz embarqo tətbiq etməkdir. Biz hərkəsə açıq demişik hədəfimiz budur. Ümid edirik BMT Təhlükəsizlik Şurası bu istəyimizlə razılaşacaq. Hər şeyə rəğmən biz istəyimizə nail olcağıq.Bunun nə zaman olacağını hələ sirr saxlayırıq. ”

 Amerikanın Dövlət katibi dedi ki, rəsmi Vaşinqton tezliklə məqsədinə nail olacaq.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.15.2020: Fransa, Türkiyənin Aralıq dənizini iktişafi araşdırmalarına qarşı çıxır

2020-08-15

gun az article

GünazTV Aug.15.2020: “BMT Amerikanın təklifinə yox dedi. Birləşmiş Ştatlar isə İran tenkerlərini həbs etdiyini açıqladı”

2020-08-15

gun az article

İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamənin qəbul edilməməsinə dünya ölkələrindən reaksiyalar verilib

2020-08-15

gun az article

İranda daha 161 nəfər koronavirusdan vəfat edib

2020-08-15

gun az article

TŞ-da İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamə layihəsi qəbul edilməyib

2020-08-15

gun az article

Əlirza Zali: "Koronavirusun son aylar ərzində yenidən kəskin yayılması strateji səhvin nəticəsidir"

2020-08-15

gun az article

GünazTV Aug.14.2020: Dünən İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trumpın vasitəçiliyi ilə iki ölkə...

2020-08-14

gun az article

GünazTV Aug.14.2020: “Amerika İrana məxsus 4 tankeri saxladı”

2020-08-14

gun az article

İranlı uşu idmançısı koronavirusdan ölüb

2020-08-14

gun az article

İranda daha 169 nəfər “Covid-19”dan ölüb, 2501 yeni növ koronavirusa yoluxma halı açkarlanıb

2020-08-14

gun az article

“Sepah”ın Suriyada həlak olmuş daha 2 əfqan muzdlusunun cənazəsi ölkəyə gətirilib

2020-08-14

gun az article

Kirman əyalətində koronavirusa yoluxanların sayı 583 nəfərə çatıb, 12 nəfər vəfat edib

2020-08-14

gun az article

Mayk Pompeo: “Orta Şərq yekdilliklə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını tələb edir”

2020-08-14

gun az article

İran BƏƏ ilə İsrail arasında əldə edilmiş tarixi razılaşmanı pisləyib

2020-08-14

gun az article

Amerika Venesuelaya benzin daşıyan 4 İran tankerini saxlayıb

2020-08-14

gun az article

Zərif Beyruta rəsmi səfər edib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

2020-08-13

gun az article

GünazTV Aug.13.2020: “Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

2020-08-13

gun az article

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ermənistan səfiri ilə görüşüb

2020-08-13

gun az article

Buşehr əyalətində koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-13