GünazTV July.30.2020: “Dünyanın nəhəngləri Amerika konqresinı cavab verdilər”

2020-07-30 19:22

“Dünyanın nəhəngləri Amerika konqresinı cavab verdilər”       

Gunaz.tv Quote | Gunaz article

“Dünyanın nəhəngləri Amerika konqresinı cavab verdilər”       

Amerikanın ən böyük dörd texnologiya firması Apple, Amazon, Facebook və Google şirkətlərinin  CEO-ları, bu gün Təmsilçilər Məclisiində sahib olduqları bazar  gücünü necə istifadə etdiklərinə dair  ifadə verirlər. Bu dörd böyük firma,dünyanın  hər tərəfindən insanların cəlb edildiyi, vaxt geçirtdiyi, alışveriş etdiyi, işlədiyi  digital sahələri nəzarətdə saxlayır.Bu dörd firma eyni  zamanda Amerika iqtisadiyyatı üçün də  5 trilyon dolarlıq pula sahibdir. Bu isə   Almanya  iqtisadiyyatında da çoxdur.Digər tərəfdən prezident Trump, texnologiya firmalarına qarşı sərt çıxışlar edərək ,bu şirkətləri ona qarşı qərəzli  davranmaqda ittiham edir.Trump, paylaşdığı Twitter mesajında, Kongresi   böyük texnologiya firmalarının üzərinə getməyə çağırdı.

 Trump,  mesajında bunları dedi. 'Əğər kongres böyük texnoloji firmaları ədalətə  dəvət etməsə,onda mın prezident qərarı ilə bunu edəcəm.Washington illərlə danışdı,əmələ keçmədi. Ölkəmizin insanları yorulub'' Sitatın sonu. Apple CEO-su Tim Cook, Facebook CEO-su Mark Zuckerberg, Google CEO-su Sundar Pichai və Amazon CEO-su Jeff Bezosun dəvət edildiyi toplantı,  firmaların gələcəyi  üçün həssas olduğunun göstərir. Onu da deyək ki, dünyanın ən zəngin insanı olan Amazonun qurucusu və CEO-su Jeff Bezos ilk dəfə idi konqresdə ifadə veriridi.O çıxışında Kubadan imiqrant gələn atasının  Amerikada keçdiyi çətinliklərdən və özünün qurduğu şirkətdə necə kuriyer işləməsindən danışdı. İlk illərdə valideyinlərim kompaniyanı başa düşmürdülər. Amma onlar mənə, övladlarına inanırdılar.Sitatın sonu. O,Amzonun gələcəyini isə texnalogiyaların inkişafından aslı gördü.

“Sonda demək istəyirəm ki, Amazon dərin araşdırma altında olmalıdır. Açıq deyimki əslində istər dövlət, istər qeyri dövlət institutları hamısı ciddi nəzarət və araşdırma altında olmalıdırlar. Heç bir kompaniya dünyanı idarə edə bilməz və CEO kimi bizim məsuliyyətimiz prossesə dəstək olmaqdır. Onu şəffaf etməkdir. ”

Facebookun rəhbəri Mark Zuckerbergdən isə, bir müddət əvvəl sosial şəbəkədə coronovirusla baglı yayılmış yanlış bir videonun milyonlarla baxış toplamasının səbəbi soruşuldu. Konqresdə düşünürlər ki, facebook  sosial şəbəkədə hər şeyi nəzarətdə saxlaya bilmir.

  “Coronovirusla baglı yalan informasiyalara gəlincə bizim yaxşı nəticəmiz var. Biz  yanlış informasiyalarla bağlı araşdırma aparır və onları qısa zamanda silirik. Lakin, biz facebook  istifadəçilərinə virusla bağlı düzgün informasiyaları çatdırırıq. Bizm Covid19-la baglı lövhəmiz var və ən son məlumatları ordan çatdırırıq.”

  Google şirkətinin CEO-su Sundar Piçay isə daha çox mühafizəkar kəsimin onlara qarşı qərəzli olduğunu dedi. Apple şirkətinin rəhbəri Tim Cook isə dinləmədən ən rahat keçən olub. Danlanan isə Mark Zuckerberg oldu.Amma onun  konqresdə dindirilməsi ilk olmadığından, həmkarlarına nisbətən daha rahat idi.

Qənirə Ataş,GünazTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06