GünazTV July.31.2020: Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb

2020-07-31 19:17

Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb

Gunaz.tv Quote | Gunaz article

Birləşmiş Ştatlarının Dövlət Departamenti, ermənilərin amerikalı azərbaycanlılara və Azərbaycanın Amerikadakı diplomatik missiyalarına hücumları ilə bağlı Vaşinqtonda qeydiyyatdan keçən azərbaycanlı jurnalistlərinin suallarına cavab verib. Xatırladaq ki, iyulun 21-də Los Angeles şəhərində aralarında “ASALA” terror təşkilatının da nümayəndələrinin olduğu minlərlə erməni Azərbaycanın Baş Konsulluğu qarşısında toplanan və dinc şüarlar səsləndirən amerikalı azərbaycanlılara qarşı zorakılıq ediblər.Biri qadın olmaqa 7 nəfər ağır yaralanıb. Erməni vəhşiliyinin yayılan görüntülərindən də aydın görünür ki, Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb. Günaztv-nin sualı isə belə idi. “Amerika Dövlət Departamentinin iyulin 21-də Los Angeles şəhərində amerikalı azərbaycanlılara qarşı törədilən  radikal zorakılıq  hallarına mövqeyi necədir? Xüsusilə bu   Azərbaycan-Ermənistan sərhəddində yaşanan hadisələr fonunda baş verirsə”. Dövlət Departamentinin cavabında isə açıq deyilir ki, Amerikanın xarici siyasət idarəsi ölkə ərazisində olan bütün diplomatik binaların və diplomatların qorunmasında məsuliyyət daşıyır. Amerika onları qorumaq üçün gərəkli addımları atır. Dövlət Departamenti federal və yerli polis təşkilatları ilə işləyərək, ölkələrin diplomatlarını qoruyur. Amerikanın xarici siyasət idarəsi  ölkə ərazisində baş tutuan bütün etiraz aksiyalarının dinc şəkildə keçirilməsinə çağırır. Sitatın Sonu.

   Dövlət Departamentinin sözcüsü Morgan Ortagus isə Azərtacın, Amerikanın müxtəlif şəhərlərində erməni milliyətçilərinin artan təcavüzü fonunda Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sualını cavablandırıb. Sualda deyilirki, “ Los Angelesdə erməni radikalları Azərbaycanın Baş Konsulluğu binası yaxınlığında keçirilən nümayişdə azərbaycanlılara qarşı zorakılıq hərəkətləri edib.Ermənilər sosial şəbəkədə azərbaycanlıların yaşadıqları yerlər barədə məlumat verənlərə mükafatlar verəcəyi barədə məlumat yaydılar. Bu zorakılıq hərəkətləri Los Angeles polis idarəsi tərəfindən nifrət cinayəti olaraq araşdırılır. Amerika Dövlət Departamenti Amerikadakı Azərbaycan diplomatik nümayəndəliklərini qorumaq üçün hansı tədbirləri görür?” Morgan Ortagus isə deyib ki, Dövlət Departamenti Amerikadakı xarici diplomatik korpusların və orda işləyənlərin təhlükəsizliyini qorumaq üçün lazımı addımları atır. Amerika Dövlət Departamenti federal və yerli polis təşkilatları ilə işləyərək, ölkələrin diplomatlarını qoruyur. Amerikanın xarici siyasət idarəsi, xarici nümayəndəliklərlə birlikdə  bütün nümayişçiləri  dinc və təmkinli olmaga çağırır. Sitatın sonu.

Dövlət Departamenti eyni zamanda Azərbaycanlı jurnalistin Cənub Qaz Dəhlizinə yaranmış təhdidlərlə bağlı sualını da cavablandırıb. “Azərbaycan və Ermənistan sərhəddində baş verən son hadisələr Avropaya gedən neft və qaz  kəmərləri üçün  böyük təhlükə yaradır.Amerika boru kəmərinə istiqamətlənən təhdidlərin qarşısını almaq üçün addım atmağı düşünürmü?”

 Cavabda isə deyilir ki, Cənub Qaz Dəhlizi Amerika dövləti üçün iki əsas səbəbdən -enerji təhlükəsizliyi və regiondakı siyasi və iqtisadi əməkdaşlıq üçün vacibdir. Amerika dövləti Cənub Qaz Dəhlisini strateji layihə olaraq qiymətləndirir. Layihə başa çatanda avropanın təbii qaza olan təlabatında vacib rol alacaq. Bu dəhliz avropanın təbii qaz idxalını diversifikasiya etməklə  yanaşı, enerji təhlükəsizliyini də artıracaq və bununla da ortaq milli təhlükəsizlik maraqlarımız inkişaf edəcək. Açıqlamada deyilir ki, Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini başa çatdırmaq üçün bütün tərəfdaşlarla işini davam etdirəcək, eyni zamanda bu layihəyə maraq göstərən digər tərəflərlə də görüşməyə hazırdı. Xatırladaq ki, Ermənistan ordusu cəbhənin Tovuz rayonu istiqamətində aktivləşərək məhz bu kəmərin keçdiyi ərazilər üçün təhlükə yaradır.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06