SON XƏBƏRLƏR

GünazTV March.24.2020: Indi bütün dünyanın gözü Amerikadadır.

2021.10.20, 07:36
GünazTV March.24.2020: Indi bütün dünyanın gözü Amerikadadır.

Gunaz.tv

Hər  vaxtınız xeyir olsun. Mən Qənirə Ataş GünazTv-nin Vaşinqton bürosundan. Indi bütün dünyanın gözü Amerikadadır. Bəşəriyyət  corona virusu ilə mübarizə apararkən bu xəstəliyin müalicəsində dünyanın ən güclü dövlətinin istifadə edəcəyi dərman hər yerdən maraqla izlənilir. FDA- yəni,qida və dərman administrasiyası  bir  dərmanın istifadəsinə icazə verdi.  Roş dərman şirkətinin istehsalı olan Aktemranın  istifadəsinə icazə  verildi. Çox  ciddi  ağır  corona xəstələrinin 3-cü fazasında olanlara istifadə edilməsinə razılıq  verildi. FDA   dərmandan durumu kritik olan, ağır öskürəklə  üz- üzə qalan insanların istifadəsinə razılıq verir. Bunun yanında Roş  şirkəti  10 min şüşə  dərmanı amerikanın səhiyyə  nazirliyinə  göndərir. Aktemra  xaricində  başqa  dərmanlar da var. Onların  təsirli olub olmaması yoxlanılır. Amerika Prezidenti Donalt  Truamp da mətbuat acıqlamasında dedi ki, ölkədə parklar da istifadəyə bağlanıb. Prezidet  ölkədəki Asiya əsilli komunitilərə dəstək aksiyasına başlayacaq. Virusunun yayılmasında o insanların heç bir günahı yoxdur dedi. Prezident  hidroksin klorokin, zipac kimi dərmanların adını cəkdi. Hətta bir xəstə üzərində dərman istifadə olunub və yaxşı nəticə də alıblar.Amerika prezidentin dediklərini eşidək.

“Federal hakimiyyət mənim nəzarətim altında klorokin dərmanı üzərində işləyir. Hidroksin klorokin və zipak birlikdə sabah Nyu Yorkda olacaq. Biz hələlik 10 min qutu göndəririk.Sabah Nyu York əhalisinin  istifadisində olacaq.Biz bunu diqqətlə izləyirik. Bilirsiz bir gənc adam bu xəstəliklə mübarizə aparırdı və öləcəyini düşünürdü. Hıtta ailəsi ilə sağollaşmışdı. O düşünürdü  artıq öləcək. Amma bir necə satdan sonra o özünü  çox  yaxşı hiss etdi və indi çox  yaxşı vəziyyətdədir. Bu dərman üzərində işləyirik, qısa zamanda təsir edir dediyim kimi.  Üzərində dayandığımız bu  dərman  ətrafında ən güclü mütəxəxisilərimiz calışır. Düşünürük əgər bu dərman köməyə çatacaqsa  bu Allahın Amerikaya verdiyi hədiyyə olacaq. Düşündüyümün bu dərman oyunu tamamı ilə dəyişə  bilər. Hidroksin klorokin malyariyaya qarşı çox  uğurlu olmuşdu.”

Amerika  elan etdi ki, dükanlardan eyni əşyaları xususi ilə tibbi levazimatlari coxlu sayda almaq cinayət  sayıla bilər. Hətta bu müddətdə qiymət artımı edənlər də cinayət  məsuliyyətinə cəlb edilə bilərlər.Dr.Berth dinləyək.

“Biz  probləmlə mübarizə aparan avropa  dövlətlərinə  öz məlumat bazamızla kömək edirk.Əldə etdiyimiz məlumatlarda görürük ki, Avropada 15 yaşından az olan uşaq bu virusun altına düşməyib və ölməyib. Amma Çində 14 yaşında  uşaq ölüb. Ailələr  narahat olmasınlar uşaqların  bədəni bu virusa qarşı  çox  güclüdür. Ana, atalar  siz rahat olun. Amma özünüzü də qoruyun Avropada ölənlərin 99  faizi 50 yaşın üstüdür.Amma 1  faizə demək olamz ki, bu virusdan ölməz. Hər kəs ehtiyyatlı olmalıdır. İtaliyada isə cavanlar da ölüblər. Cavan ölənlərin isə əvvəllər başqa xəstəlikləri olub. Düşünürəm biz indi daha rahat olmalıyıq, amma qocalarımızı qorumaqda davam etməliyik. Bunu etmək üçün prezidentin təlimatlarına əməl etməliyik. Bizim bu agrılı 15 gündən cəmi 1 həftəmiz qalıb.  ”

Bu gün NyuYorkTimes  maraqlı bir məqalə ilə çıxış etdi.Qəzet yazır  ki, Amerika  alimləri  karona qarşı   təsirli olub olmamasını yoxlamaq  üçün 70  dərman  növü üzərində  yoxlama aparır.Bu dərmanların bəziləri başqa  xəstəliklərdə istidfadə olunub. Aktemra  da  revmotizma xəstələrinin müalicəsində istifadə olunub. Doktorlar bu dərmanların yan təsirlərinin olmamasını araşdırır.Xüsusi ilə aktemra dərmanının qaraciyərə təsiri oldugunu deyirlər. Hətta xərcəngə  doğru  meyillilik yarada da bilir.Amerika həkimləri bu dərmandan istifadə olunarkən  çox  diqqətli olmagı məsləhət  görür. Virciniya və Merilənd artıq  təhsil ilinin sonunadək   məktəblərinin bağlı olacagını acıqladı. Restoranlar  yalnız  evə daşıma edə biləcək.  Bu həftə  Amerikada  durum daha  pis ola biləcəyini deyirlər. Prezident isə durumun ciddi nəzarətdə olduğunu deyir. Dunya  baxanda da dövlətlərin elə Amerikanın addımlarını təkrarladığı görünür.     Əslində bu elə ən ağıllı seçimdir. Çünki Amerika inkisaf etmiş ölkədir  və alınan qərarlar  dünyanın ən güclü alimlərinin qərarıdır. Amerika insanı  10 gündən çoxdur evdı qalmaq tapsırıgına əməl edir. Amerika  insanı dövlətin məsləhıtlərinə ciddi yanaşır. İnanıram ki, bizi izləyən insanlar  və Azırbaycanlılar da bu tələblərı əməl  edərək evdəqalmaqla virusun yayılmasının qarsısını alacaqlar.

Günaz TV  Vaşinqton bürosundan bu qədər.

 

 
 
 
 *

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar