GünazTV March.02.2021 : “Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”

2021-03-02 19:03

“Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”

Gunaz.tv Quote | Gunaz article

Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”   

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Joe Bayden açıq formada dedi ki, İranın addımları  cəzasız qalmamalıdır. Bayden, İranlı rəsmilərə “diqqətli olun” çağrışını da etdi. Bayden bu açıqlamanı Amerika ordusunun Suriyada,  İrandan dəstəklənən qüvvələrə istiqamətlənən  hava əməliyyatlarından sonra edib. Texasa  səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Amerika Prezidenti, sözü gedən əməliyyatlarda Tehrandakı hakimiyyətə necə  bir mesaj vermək istəyirsiz sualına belə cavab verdi. “Cəzadan qaçaraq can qurtara bilməzsiz.Diqqətli olun” Sitatın sonu. Baydenin bu ifadəsi, Suriya İraq sərhəddindəki bölgəyə Amerika qüvvələrinin həyata keçirdiyi hava əməliyyatlarından sonra mövzu ilə bağlı etdiyi ilk açıqlam oldu. Ağ evin mətbuat katibi  Cen Psaki də daxil olmaqla hakimiyyətin digər rəsmiləri son açıqlamalarında, iki F-15 qırıcı təyyarəsi ilə həyata keçirilən və yeddi bombanın atıldığı əməliyyatın bir məqsədi olduğunu deyiblər. Bölgədəki Amerika  qüvvələrini qorumaq. Amerikanın bu hərbi əməliyyatı, son iki həftədə Ərbil və Bağdadda həyata keçirilən raket hücumlarının cavabı kimi də görülür. İrana bağları olan qüvvələrin hədəf  alındığı əməliyyatlarda  9 obyekt məhv edilib.Ən azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Digər tərəfdən, Bayden əməliyyat səbəbiylə öz qrupu daxilində  bəzi  insanlar tərəfindən tənqid olunub. Demokrat Senatir Tim Kaine etirazını belə bildirdi.“Amerikalıların, hakimiyyətin Konqreslə müzakirə etmədən attığı bu adımla bağlı qanunla öyrənməyə haqları var.Konqresin razılığını almadan aparılan hücum məqsədli hərbi əməliyyatlar, fövqəlada durum olmadıqca həyata keçirilə bilməz.” Ağ ev və Pentagon  rəsmiləri bu etirazlara reaksiya verməkdə gecikmədi. Pentaqondan edilən açıqlamada, əməliyyatdan əvvəl Konqresin liderlərinin mövzu barədə məlumatlandırıldığı bildirildi. Dövlət Departamentinin sözcüsü Ned Price isə məsələyə belə münasibət bildirdi.

“Ned Price.ABŞ Dövlət Departamentinin sözcüsü. Prezident Bayden Oval ofisə gəlmədən əvvəl bildirmişdi ki, Amerika və İran üçün ən yaxşı danışıq masası P5+1 razılaşması ilə olacaq. Bu razılaşma üçün Avropa ölkələri də vasiyəçilik etməyə razıdılar. Mən bilirəm ki, Avropa ilə İran arasında bir neçə inkişaf olub. Biz əvvəldən demişik. Hələ də düşünürük ki, bu məsələdə ən yaxşı yol diplomatiyadır. Məhz diplomatik yolla biz İranın nüvə silahı əldə etməyəcəyini biləcəyik.”

  Pentaqonun sözcüsü John Kirby jurnalistlərə açıqlamasında “bu tam mənasıyla, gələcəkdə Amerika qüvvələrinin və koalisiya qüvvələrini  qoruya bilmək üçün hazırlanan  müdafiə məqsədli hücumdur” deyib. Ağ Evin sözcüsü Cen Psaki isə təhdid olan yerlərdə prezidentin nə zaman və necə addım atmaq mövzusunda qərar vermək haqqı var deyib.

Qənirə Ataş, GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb

2021-04-14

gun az article

Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

2021-04-14

gun az article

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

2021-04-13

gun az article

Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA

2021-04-13

gun az article

“Bitcoin”in qiyməti fantastik dərəcədə artdı

2021-04-13

gun az article

Bayden Putinə üçüncü ölkədə görüş keçirməyi təklif edib

2021-04-13

gun az article

İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub

2021-04-13

gun az article

Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

2021-04-13

gun az article

Cəbrayıl rayonunun Sədi kəndi - VİDEO

2021-04-13

gun az article

Azərbaycan Prezidenti: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

2021-04-13

gun az article

Şoyqu: “ABŞ və NATO öz qoşunlarını Rusiya ilə sərhədə cəmləşdirir”

2021-04-13

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 34 nəfər vəfat edib

2021-04-13

gun az article

Brayza: “Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”

2021-04-13

gun az article

Tehranda İranla Rusiya arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti haqda saziş imzalanıb

2021-04-13

gun az article

İrəvan meri Qarabağa qanunsuz səfər edib

2021-04-13

gun az article

Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

2021-04-13

gun az article

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

2021-04-13

gun az article

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

2021-04-13

gun az article

Prezident İlham Əliyev: “Ermənistanın “İsgəndər” raketindən istifadə etməsi hərbi cinayətdir”

2021-04-13

gun az article

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb

2021-04-13