“Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”
Gunaz.tv
“Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”
Amerika Birləşmiş Ştatlarının Prezdenti Coe Bayden, mayın sonunadək ölkədə hər kəsə yetəcək qədər vaksin olacağını söylədi. Bununla da Amerika vaksin mövzusundakı hədəfinə iki ay tez çatmış olur. Ölkənin ştatlarında peyvənd stoklarını təcili çoxaltmağa başladılar. Prezident, federal hökumətin gücündən istifadə edərək, müəllimlərin peyvəndlənməsini birinci sıraya daşıdı. Martın sonuna kimi bütün müəllimlərə ən az birinci dozada vaksin vurulacaq. Hakimiyyətin ilk addımlarından bir də məktəblərdə üz-üzə təhsili yenidən başlatmaqdır. Düşünülür ki, əgər müəllimlərə peyvənd vurularsa şagirdləri məktəbə qaytarmaq asanlaşacaq. Bayden dedi ki, peyvəndin tədarük edilməsi problemin bir tərəfidir, digər məsələ isə insanları bu prossesə cəlb etməkdir.Prezident düşünür ki, ölkə bütünlüklə normala gələn il məhz bu vaxtlarda dönə bilər. Ağ Evin mətbuat katibi Cen Psaki də federal hökumətin ştatlara paylanan Pfizer və Moderna vaksinlərinin miqdarının gələcək həftədən etibarən 15,2 milyon dozaya çıxaracağını bildirdi. Əyalətlərdə bu həftə 2,8 milyon dozada J&J firmasının hazırladığı vaksindən də göndəriləcək.Ümumiyyətlə dünyada olduğu kimi Amerika Birləşmiş Ştatlarında da bir çox insanda corona virusu vaksininə qarşı etibarlılıq yüksək deyil.Bu səbəblə hökümət yayılan şayələrə son vermək üçün təlim proqramına başlayır.Amerika hökuməti həmçinin Corona virusu səbəbiylə əhali üçün nəzərdə tutduğu 1,9 trilyon dollarlıq Corona yardım paketinə baxmağa hazırlaşır.Bu həftə paketin müzakirəyə çıxarılacağı gözlənilir. Konqresdəki liderlər, pandemiya mübarizə aparmaqda və iqtisadiyyatı canlandırmaqda təsirli olması ümidi ilə təklif olunan paketi 14 martadək Prezident Coe Baydenin masasına qoymağı düşünürlər.Çünki məhz bu tarixdə dekabr ayında qüvvəyə minən işsizlik yardımı layihəsinin müddəti bitir. Bu paket Prezident Bayden üçün çox vacibdir. Xatırladaq ki, Senatda demokrat partiyasının üzvülərinin hazırladığı layihə ailələrə 1,400 dollarlıq nəğd yardımı ilə yanaşı məktəblərə və universitetlərə, Corona virusu peyvəndlərinə test tətbiqinə milyonlarla dollar ödəməni nəzərdə tutur. Paketdə həmçinin uşaqlara baxmağa görə yardım,uşaqlı ailələrə vergi endirimi və az gəlirli vətəndaşlara verilən federal tibbi siğorta olan Medicaid-in əhatəsini genişləndirmə məqsədli addımlar yer alır.
Qənira Ataş,GÜNAZTV,Vaşinqton.