GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04 19:25

“Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”   

Gunaz.tv Quote | Gunaz article

 

Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”   

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antony Blinken “Amerika xalqı üçün xarici siyasət” başlıqlı çıxışında ölkə üçün vacib olan 8 müddəanı açıqladı. İlk yeri Corona virusunun nəzarətə alınmas tutur. İqtisadi böhranın sona çatdırılması da hədəfdədir. İşləyən amerikalıların haqlarının və maraqlarının qorunması vacib yerdədir. Ücüncü sırada isə təhdid altında olan demokratiyanın yenilənməsidi. Amerika diğər ölkələrin önəmli islahatlar aparması üçün də çalışacaq. Pis qanunların ləğvi, rüşvətlə  mübarizə mövzusunda da qətiyyətli addım atacaqlar. Amerikanın 4-cü görəcəyi iş isə insani və təsirli miqrasiya sistemini qurmaqdır. Daha sonra Amerika  müttəfiqləri və ortaqlarıyla münasibətlərini yenidən canlandıracaq. İqlim dəyişikliyi ilə  mübarizə aparmaq da sırada yer tutur.Amerikanın siyahısında texnalogiyada liderliyin təhlükəsiz olmasıdır. Yeni texnalogiyaların şəxsi həyatın gizliliyini qoruması, dünyanı daha güvənli və daha sağlam hala gətirmək o cümlədən demokratiyanı bərpa etmək də Amerikanln xarici siyasətində öndıdir. Amerikanın xarici siyasətində Çin xüsusi yer tutur. Blinken Çini 21-ci əsirin ən böyük geopolitik imtahanı adlandırdı. Antony Blinken, Bayden hakimiyyətinin rəsmilərinin çoxunun Obama dönəmində vəzifədə olduğunu xatırladaraq, qaldığımız yerdən davam etmirik. Dünyaya yeni gözlə  baxırıq dedi. Dövlət Katibi Blinken, "fərqli" olaraq qiymətləndirildiyi bu dönəmdə bəzi hallarin hələ də keçərli olduğunu və Birləşmiş Ştatların beynəlxalq məsələlərdə rol almasının altını cızdı. Amerikanın diplomatiyaya geri dönməsindən dostlarının razı olduğunu bildirən Dövlət Katibi bunları söylədi.

 “Antony Blinken, Amerika Birləşmiş Ştatların Dövlət Katibi. Çin istiqrarlı və açıq beynəlxalq sistemə meydan oxuyacaq iqtisadi, diplomatik və teknoloji  gücə sahib olan tək ölkədir. Çinlə münasibətlər lazım olanda rəqabət, çətin olanda qapıçı, mümkün olanda da əməkdaşlıq içində aparacağıq. Bu əhatədə Amerikanın  müttəfiqləri və ortaqlarıyla birlikdə işləməliyik. Bizim geri çəkildiyimiz yerlərdə yerimizi Çin doldurdu.”

Amerikanın Dövlət Katibi  Şincanda insan haqlarını  istismar edilərkən ya da Hong Konqda demokratiya tapdanılarkən dəyərlərimizi qorumalıyıq dedi. Çünkü bunu etməsək, Çin hərəkətlərinin nəticəsindən çəkinməden davam edəcək. Sitatın sonu. Dövlət Katibi Antony Blinken, bu günün çətinlikləriylə mücadilədə ən yaxşı idarənin diplomatiya olduğunu dedi. Ancaq Birləşmiş Ştatlar hələ də dünyanın ən güçlü silahlı quvvətlərinə sahib olmağda yerini  qoruyacaq.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14

gun az article

Rusiyada daha 8326 nəfər COVID-19-a yoluxub, 399 nəfər ölüb

2021-04-14

gun az article

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

2021-04-14

gun az article

Gürcüstanın sabiq Baş naziri Qaxaria yeni siyasi partiya yaradır

2021-04-14