“Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”
Gunaz.tv
“Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”
Amerika Birləşmiş Ştatlarında Corona virusuna yoluxanların sayında bir müddətdir mərhələli eniş gözlənilirdi.Lakin yoluxma sayı son günlərdə 50 ilə 60 min arasında müşahidə edidi. Prezident Coe Baydenin virusla mübarizə üzrə sözcüsü Dr. Anthony Fauci, ölkədə günlük yoluxma sayının 10 minin altına düşmədən qabaqlayıcı tədbirləri azaltmaq olmaz dedi.
Amerikada ən son bir il əvvəl gündəlik yoluxma sayı 10 minin altında olmuşdu. Lakin oktyabrdan bəri gün ərzində yoluxma sayı 50 minin altına düşmədi. Dr. Fauci, CNN-ə açıqlamasında Birləşmş Ştatlarda gün içində azı 2 milyon dozada vaksin hazırlandığını dedi. Bunun yanı sıra o məhdudiyyətlərin mərhələli formada azaldılçalı olduğunu bildirdi.
“Dr. Anthony Fauci, Amerika Bİrləşmiş Ştatları Prezidentinin köməkçisi. Başa düşürəm həyat normala dönməlidir. Ancaq xüsusiylə gündə 55 min ilə 70 min arasında müşahidə edilən yoluxma sayı ilə qarşılaşarkən başqa qərarlar verməli olursan. İctimayyətin təhlükəsizliyi üçün düşünmədən yalnız özünüzü düşünərsəniz yanlış etmiş olursuz.”
Faucinin bu açıqlamaları, Amerikada bəzi ştatların pandemiya çərçivəsində yaranan məhdudiyyətləri azaltma və bəzi iş yerlərinin açılmağa başladığı dönəmə rast gəlindi. Araşdırmalar da virusun yeni ortaya çıxan variantlarının yeni bir dalğaya yol aça biləcəyini göstərir. Amerikada masqa taxmaq da artıq siyasətin mövzusu olub. Texas və Mississippi əyalətlərinin qubernatorları masqa məcburiyyətini ləğv etməyə qərar veriblər. Prezident Coe Bayden də bu qərarlara etiraz edib. Hətta irəli gedərək bu cür düşüncə tərzini ‘‘Neandertal’’ adlandırmışdı. Prezidentə görə masqa taxmaq hələ də vacibdir. Amerikanın xəstəliklərə nəzarət və qarşısı alma mərkəzinin rəhbəri Dr. Rochelle Walensky, son açıqlamasında, “əyalət rəsmilərinin indiki durumda hər kəsi peyvənd almağa dəvət etməsi vacibdir” demişdi. Bu günə olan məlumata görə, Amerika Birləşmiş Ştatlarınını 34 ştatında masqa taxmaq məcburiyyəti var.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.