SON XƏBƏRLƏR

GünazTV May.02.2020: “Amerika İrana bağı olan şirkətə embarqo qoyur”

2021.10.20, 07:36
GünazTV May.02.2020: “Amerika İrana bağı olan şirkətə embarqo qoyur”

Gunaz.tv

“Amerika İrana bağı olan şirkətə embarqo qoyur”   

Amerika  Iraq əsilli  İran vətəndaşı olan iş adamına  aid  mədənçilik  şirkətə embarqo tətbiq edib. Amir Dianat, İranın İnqilab Mühafizlərınə  bağlı olan  Qudüs Gücünə, qadağan edilmiş  gəlir əldə etməkdə yardım edib. Eyni zamanda  ölkə xaricinə  silah qaçırmaqda rol oynayıb. Amerikanın maliyyə nazirliyinin açıqlamasına görə,Amir Dianat, Qüds Gücünün qaçaqmalçılıq əməliyyatlarına illər boyu dəstək verib. Bu əməliyatlar arasınd, İrandan Yəmənə raket kimi ağır  silahları qaçırmaq cəhdlərinin olduğu  da deyilir. Embarqolara görə adı çəkilən şirkətin Amerikadakı hesabları dondurulur, eyni zamanda Amerika şirkətləri ilə əməkdaşlığı da  qadağan edilir. Amerikanın Maliyyə naziri  Steven Mnuchin, açığlamasında bunları deyib. “İran rejimi və tərəfdarları,beynəlxalq terror təşkilatlarına maliyyə dəstəyi etməyi, İran xalqına yardım etməkdən vacib bilir”.Sitatın sonu. Amerkanın  Ədliyyə nazirliyi də Dianat şirkətinə və onun şəriki olan  Kamran Lajmiri əleyhinə embarqo və çirkli pulları yuma maddəsi ilə cinayət işi açıb. Cinayət işində  terror təşkilatınna dəstək olduqları üçün 12 milyon dollar vəsaitə  həbs qoyulması tələb olunub. Amerikanın Ədliyyə Nazirliyinin aşıqlamasına görə , bu rəqəm, Quds Gücüylə əlaqəsi olan şirkətə qoyulan ən  böyük miqdardır. Dianat və Lajmirinin günahları sübut  ediləsə onları  20 il həbs   gözləyir. Sənədə görə,  hər iki şəxs 2019-da, Amerikanın qara siyahısında olan Beynəlxalq  İran Petrol, İran Tanker Şirkətlərinə  və Qüds  Gücü üçün  tanker almaqda kömək ediblər.  Amerikanın Ədliyyə Nazirliyinin rəsmisi  John Demers bunları deyib. ‘‘Bu insanlar , Amerikanın qanunlarını tapdayaraq və  Amerika embarqolarını heç sayaraq  10 milyon dollar dəyəri olan  tankeri satın alıblar.” Sitatın sonu. Xatırladaq ki, Dövlət Departamenti də dünyanın təhlükəsizliyi üçün dünya birliyini İrana etiraz etməyə çağırmışdı. Amerikanın xarici siyasətini müəyyən edən rəsmilər hesab edirlər ki, oktyabrda bitməsi gözlənilən embarqolar, İrana yenidən   tətbiq olunmalıdır. Amerikanın dövlət katibi Mayk Pompeo, İranın terror təşkilatlarını maliyyələsdirən bir nömrəli dövlət olduğunu vurğulayır. Məhz bu səbəblə o, İrana silah satışı dayandırılmalıdır deyir. Amerika həm də Avropa Birliyini İranın nüvə proqramında adı keçən insanlara sanksiya qoymağa cağırır. Dövlət  katibi Pompeo deyir ki,  İran hakimiyyəti sadə vətəndaşlarının coronovirusla mücadiləsində ölümlərinə göz yumur, onlara maliyyə xərcləmir əvəzində isə terror təşkilatlarına dəstək olur.  

Qənirə Ataş,Günaztv, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar