SON XƏBƏRLƏR

GünazTV May.02.2020: Türkiyə, corona ilə mübarizə üçün ABŞ-a tibbi avadanlıq bağışladı.

2021.10.20, 07:36
GünazTV May.02.2020: Türkiyə, corona ilə mübarizə üçün ABŞ-a tibbi avadanlıq bağışladı.

Gunaz.tv

Türkiyə, corona ilə mübarizə üçün ABŞ-a tibbi avadanlıq bağışladı

Corona virusu ilə mübarizə üçün tibbi ləvazimatlar və qoruyucu vasitələr daşıyan bir Türk hərbi təyyarəsi, 28 aprel Çərşənbə axşamı dünyada ölkələr arasında ən çox Covid-19 salğınına yoluxan insana sahib olan ABŞ-a yola düşdü.

ABŞ 500 min tibbi maska, 4 min önlük və 2 min litr dezinfeksiyaedici, gözlük və üz maskaları daxil olmaqla Türkiyənin yardımını yüksək qiymətləndirdi. "bu yardımlar onu göstərir ki, ABŞ-Türkiyə münasibətləri güclüdür və Türkiyə bizim ən önəmli müttəfiqlərimizdən biridir" deyə ABŞ-ın Türkiyədəki səfiri David Satterfield söyləyib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca, Türkiyənin yerli corona test kitinin istehsal etdiyini söyləyərək, Türkiyənin ABŞ-a təxminən 500 min corona test kiti göndərdiyini söylədi. O əlavə etdi ki, İran koronavirusun bütün ölkələrə yayılmasına nədən oldu. İtaliya da, Çinli turistlərin girişlərinə icazə verməklə virusun Avropada yayılmasına səbəb oldu.

Türkiyə dünyanın ən böyük qabaqcıl tibbi avadanlıq istehsalçılarından biridir və bu günə qədər İtaliya, İspaniya, İngiltərə, İran, Çin, Balkanlar və Afrika da daxil olmaqla 55 ölkəyə tibbi avadanlıq göndərib. İranda koronavirusun yayılmasından sonra Türkiyə İrana da sağlıq yardımı, o cümlədən min tanı kiti, 4 min 175 qoruyucu paltar, 20 min önlük, 2004 eynək, 4 min N95 maska və 78 min üç qatlı maska bağışlamışdı.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu 18 apreldə 118 ölkənin Türkiyədən tibbi yardım istədiklərini açıqlamışdı. Halbuki koronavirusun yayılmasından bəri bir çox ölkə bu cür cihazların ixracına qadağa qoymuşdular.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar