Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12 13:25

Xəbər verildiyi kimi İraq kürdləri Qərbi Azərbaycanda, Urmu şəhərində keçiriləcə şəhər şurası seçkiləri ilə bağlı təbliğata başlayıb. 

Gunaz.tv Quote | Gunaz article

İraqın şimalındakı muxtar bölgənin sabiq lideri Məsud Bərzaniyə məxsus “Rudav” televiziya kanalı əhalini Qərbi Azərbaycan əyalətində keçiriləcək seçkilərdə kürd namizədlərə səs verməyə çağırıb.

Telekanal Qərbi Azərbaycanda yaşayan mühacir kürdləri Urmu, Salmas, Xoy, Tikantəpə, Makı, Sulduz və Sayınqalada keçiriləcək şəhər və kənd şurası seçkilərində aktiv iştirak etməyə səsləyib.

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) rəhbəri Əhməd Obalı İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib.

"Biz bu günə kimi şəhər şurası seçkilərinə qarışmaq istəmirdik, ancaq yabancıların və xarici amillərin Urmu şəhərində keçiriləcək seçkilərə müdaxilələri qarşısında səssiz qala bilmərik”-deyə, Əhməd Obalı bildirib.

O, Günaz.TV-də yayınlamaq və təbliğ edilmək üçün Urmuda yaşayan milli fəallardan şəhər şurasına türk namizədlərin 11 nəfərdən ibarət məsləhətli siyahısını tərtib etmələrini istəyib.

"Bundan öncə parlament seçkilərində də Bərzani Urmuya “Kürdüstan 24” televiziya kanalının müxbirlərini və külli məbləğdə pul göndərərək seçkiləri kürdlərin xeyrinə dəyişdirmək istəmişdi. 

Ancaq biz onların bu planlarını ifşa etdik. Bu gündə düşmənlərin bizim torpağımızda özlərinə ölkə qurmalarına icazə verməyəcəyik"-deyə, Əhməd Obalı bildirib.

Qeyd edək ki, İraq kürdləri ilə yanaşı içəridə də Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyarı və ona yaxın qruplar bölgədə torpaq iddiasında olan mühacir kürdlərin fəaliyyətlərinə və geniş səviyyədə seçki kampaniyaları aparmalarına şərait yaradır.

 

Mühacir kürd namizədlərdən biri kürd dilində “vətənim Urmiyə” mahnısı və təbliğat çarxı hazırlayaraq Urmunu kürdlərin ata-baba torpağı kimi qələmə verməyə çalışıb.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Təbriz aksiyasında həbs olunan fəallardan daha ikisinin kimliyi bəlli olub

2021-07-30

gun az article

Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29