GünazTV Nov.18.2020 : “Azərbaycan Prezidenti bəyan edir: Bundan sonra hərhansı statusdan söhbət gedə bilməz! ”

2020-11-18 19:51

 “Azərbaycan Prezidenti bəyan edir: Bundan sonra hərhansı statusdan söhbət gedə bilməz! ”

Gunaz.tv Quote | Gunaz article

 “Azərbaycan Prezidenti bəyan edir: Bundan sonra hərhansı statusdan söhbət gedə bilməz! ”

Azərbaycanın “Vətən Müharibəsində”  əldə etdiyi qələbədən sonra regiona gələn Rusiya sülhməramlıları   bölgədə post quraşdırma işlərini demək olarkı yekunlaşdırıb. Ermənistanla Xankəndi arasında nəqliyyat yolunu təmin edəcək Laçın dəhlizi sülhməramlıların müşayəti ilə  fəaliyyətə başlayıb. Laçın dəhlizindən yayımlanan kadrlarda Ermənilərin yoldan rahatlıqla istifadə etdiyi görünür. Dəhliz vasitəsi ilə daha 502 Xankəndi sakini geri dönüb. Ümumilikdə geri dönənlərin sayı 1700 nəfərdən çoxdur.Rusiya Müdafiə  Nazirliyi isə bəyan edir ki, sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyiblər. Müharibənin aktiv fazasının ardınca  işğaldan azad edilmiş bölgələrə səfər edən, Azərbaycan Prezidenti İlham Əliyev isə açıqlamaları ilə bir çox suala aydınlıq gətirdi. Bundan sonra Şuşaya aparan ənənəvi Xankəndi yolundan istifadə etməyəcəyik. Şuşaya  Füzulidən çəkilən yeni avtomobil yolu ilə çatacağıq. O, Qarabağın statusu barədə deyilənlərədə aydınlıq gətirdi.

“Azərbaycan Prezidenti İlham Əliyev: Qarabağın hər hansı statusundan söhbət gedə bilməz.Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”

   Xatırladaq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanı devirmək  istəyən qüvvələr  hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən razılaşmanı ləğv edəcəklərini vəd edirlər. Buna cavab olaraq  rəsmi Moskvadan gələn xəbərdə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib ki,  onlar Qarabağla bağlı üçtərəfli razılaşmalara yenidən baxılmasının qarşısını almaq üçün hər cür səy göstərəcəklər. Rusiya Prezidenti Vladimir Putin isə Qarabağla bağlı önəmli açıqlamalar edib.

“Rusiya Prezidenti Vladimir Putin: Ən önəmli məsələ  Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almış olduq. Qarabağın statusu həll olunmur, Moskva status-kvonu qoruyur. Azərbaycanla Ermənistan arasında normal münasibətlər olarsa, Qarabağın statusu məsələsini həll etmək mümkün olacaq. Dağlıq Qarabağda dinc yaşayışın qayıtması üçün zamana ehtiyacı var, yaralar hələ sağalmayıb.Əgər mövcud razılaşma daha əvvəl əldə olunsaydı, müharibənin qarşısını almaq olardı.”

  Putin çıxışında Şuşanın Azərbaycana təhvil verilməsi məsələsinin əvvəldən gündəmə gətirilmədiyini deyərək, İrəvanda Paşinyanı xəyanətdə ittiham etməyi də əsassız sayır.O eyni zamanda beynəlxalq hüquqa istinad edərək, “Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.Bu səbəblə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müharibəyə müdaxilə edə bilməzdi. Çünki bu vəziyyətdə heç kim Ermənistana təcavüz etmirdi”.Sitatın Sonu. Azərbaycan üçün sevindirici xəbər isə Türkiyədən  gəldi. Türkiyə Parlamenti Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqlədi. Beləliklə Türk əsgəri Azərbaycan gəlir və dövlətin müəyyən etdiyi yerdə, Rusiya hərbçiləri ilə bərabər müşahidə məntəqələrində bölgəni nəzarətdə saxlayacaqlar.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02

gun az article

Azərbaycanlı alim ölüm cəzasının icrası üçün "Rəcai Şəhr" həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Abbas Lisani və Yusif Kari Ərdəbil həbsxanası tibb mərkəzingeri qaytarılıblar

2020-12-02

gun az article

GünazTV Dec.01.2020-Özümüz: İkinci Dünya Savaşında İran

2020-12-02

gun az article

GünazTV Dec.01.2020 -GÜNDƏM MASASI: İranda milli ayrıseçkilik siyasətinin acı nəticələri

2020-12-02

gun az article

GünazTV Dec.01.2020 : “Laçın erməni işğalından azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi”

2020-12-01

gun az article

Urmiyədə yaşayan türk siyasi məhbus Hamid Qaraoğlani edam cəzasına məhkum edildi!

2020-12-01

gun az article

İki aydır tutulmuş milli fəallar Səid Sultani və Babək Kiyumərsidən xəbər yoxdur

2020-12-01

gun az article

Son 20 gündə ən azı 44 milli-mədəni fəal məhkəməyə çağrılıb, həbs edilib

2020-12-01

gun az article

Qərbi Azərbaycan əyalətinin sərhədləri heyvan qaçaqmalçıları üçün dəhlizə çevrilib

2020-12-01

gun az article

Abbas Lisaninin saxlanıldığı Ərdəbil həbsxanasının 7-ci bölməsində koronovus

2020-12-01

gun az article

GünazTV Nov.30.2020: PARLAQ GƏLƏCƏK: İran Rejiminin Abartdığı Təhlükəsizliyinin Çöküşü

2020-12-01

gun az article

GünazTV Nov.30.2020 : “İşğaçı Ermənistan sabah Laçını Azərbaycana təhvil verəcək”

2020-11-30