GünazTV Nov.20.2020 : Azərbaycan Ordusu artıq Ağdam şəhərinə daxil olub

2020-11-20 19:43

Azərbaycan Ordusu artıq Ağdam şəhərinə daxil olub

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan  Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq bu gün Ağdam rayonu Azərbaycana qaytarılır. Beləliklə 28 il, 1 ay, 7 gün ümumi 10,265 gündən sonra işğalçı Ermənistan ordusu nəhayət işğalda saxladığı Ağdamdan qoşunlarını geri çəkməyə başlayıb. Azərbaycan Ordusu artıq Ağdam şəhərinə daxil olub, hazırda təhvil-təslim prosesi gedir. Bu gün rəsmi olaraq Ağdam rayonu Azərbaycana təslim ediləcək. Qeyd edək ki, rayonun 126 yaşayış məntəqəsi var. Onun 116 kəndi işğal olunub, 10-u bizdə idi. Keçmiş Ağdərənin 8 kəndi də Ağdama verilmişdi.

Ağdamdan dünən yayımlanan kadrlardan da aydın görünürki, ermənilər bu şəhərdən də geri çəkilərkən evləri yandırırdılar. Heç bir zaman ermənilərin olmayan, amma 30 ilə yaxımdır işğalda saxlanan Ağdam demək olarkı xarabalığa çevrilib. Təkcə bu bu foto erməni vəhşiliyini sübut edir. Ağdamdakı məşhur çay evinin 28 il sonrakı aqibəti ürək ağrıdır. Ermənilər indi də Ağdamda az sayda salamat qalan evləri  yandırlar. ANAMA- Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə dövlət ağentliyinin direktoru - Qəzənfər Əhmədov açıqlamasında belə deyib."Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən əsas obyektləri - elektrik xətlərini, su ehtiyatlarını, habelə qəbiristanlıqları da  minalayıblar. Döyüş sahələri ərazisinin partlamamış hərbi sursatlardan təmizləmək üçün 5-6 il, minalardan təmizləmək üçün isə 10-13 ilə qədər vaxt lazımdır."Sitatın sonu. Ağdamın Şelli kəndinə sonradan məskunlaşan erməni sakinlərinin dediyinə görə, bir gün əvvəl yerli rəhbərliklərdən sabah kəndlərinin Azərbaycanın nəzarətinə keçəcəyini öyrəniblər. Bu səbəblə onlar da əşyalarını yığıb evlərini tərk edərək Ermənistana doğru yola düşüblər. Beləliklə bu  gün Ağdam rəsmi olaraq Azərbaycanın nəzarətinə keçir. GÜNAZTV adından bu münasibətlə Azərbaycanlıları və evlərindən didərgin düşmüş Ağdamlıları təbrik edirik.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02