“Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”
Gunaz.tv
“Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”
Azərbaycan ordusu işğaldan azad etdiyi Ağdamda təmizləmə və bərkitmə işləri aparır. Demək olar ki, Ağdamda hər yer dağıdılıb, bir dənə də olsun, salamat ev, daş üstündə daş qalmayıb. Bu azmış kimi, Ağdamın mərkəzinə gedən yolu da çıxarkən minalayıblar. Elə buna görə də, noyabrın 20-də rəşadətli Ordumuz Ağdama daxil olarkən, əvvəlcə mərkəzə qədər yollar minalardan təmizlənib, gediş-gəliş üçün təhlükəsizlik təmin olunub. Rayonda tək yarımcan qalan Ağdamın məşhur Cümə məscididir. Bu gün həm də Azərbaycan Prezidentinin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfər ediblər. Səfərdə 120-dən artıq diplomat iştirak edib.
Azərbaycan Qubadlı rayonun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində monitorinq aparılıb. Rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub.Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 santimetr olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində 2 hektar ərazidə salınmış eldar şamı və sərv ağaclarından ibarət park isə tamamilə məhv edilib. Rusiya Prezidenti Vladimir Putun bu gün bir daha bəyan edib ki, “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir.Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - deyə Putin bildirib. O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.Sitatın sonu. Türk ordusunun Azərbaycana gəlişi ilə bağlı Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın danışıb. “Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağ üzrə mərkəzdə olacaqlar. İbrahim Kalın Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlərə də mesaj göndərib.Nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğuna susurlar. Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur.
Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.