27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır
Gunaz.tv
27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır. Azərbaycan ordusunun Kəlbəcərə daşınmasını izləyən ermənilər o anları lentə də alaraq, bu mənzərəni uduzmuş Ermənistan ordusu üçün ayıb adı ilə tarixə həkk ediblər.
Kadrlardanda görünürki müzəffər Azərbaycan ordusunun Kəlbəcərə göndərdiyi qüvələrinin sayı çoxdur. Bölgədən gələn digər xəbərlərdə sizə Ermənilərin gedərkən əraziyə dəmir daravaza quraşdırdıqlarını göstərmişdik. Ordumuz ünvana çatanda bəlli olub ki, ermənilər Kəlbəcərdəki Zod qızıl mədəni olan ərazini özlərinin nəzarətində saxlamaq üçün yenə də təxribata əl atıblar. Lakin ağıllı və müzəffər igidlərimiz yerindəcə müdaxilə ediblər. Əvvəcə ərazidən Azərbaycan və Ermınistan hərbçiləri arasında münaqişənin yarandığına dair görütnü gəldi.
Əsgərlərimiz Ermənistanın Zod qızıl mədənində icazəsiz zavod inşa etdiyini aşkarlayıblar. Rəsmi Bakının qanunsuz istismarla bağlı beynəlxalq məhkəməyə baş vuracağı gözlənilir. Beləliklə hərbiçilərimiz ermənilərin Zod mədəni ilə bağlı daha bir təxribatının qarşısını aldılar. Mədəndən Paşinyana səslənməyidə unutmadılar.
Bu gün həm də münaqişə və müharibə tarixində ilk dəfə olaraq Azərbaycan və Ermənistan hərbçiləri bir araya gəlib ayaqüstə də olsa müzakirə aparıblar. Azərbaycan, Rusiya və Ermənistan Silahlı nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi texniki vasitələrdən istifadə edərək demarkasiya işlərinə başlayıblar. Ermənistanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, demarkasiya işləri Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Zod mədəninin ərazisində aparılır. "Sərhədlərin tam və dəqiq şəkildə müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması üçün son dərəcə vacibdir", - deyə məlumatda bildirilir.Həmçinin qeyd olunur ki, demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistanın Silahlı Qüvvələri hərbi bazalarını göstərilən sərhədlərdə yerləşdirəcəklər. Yerigəlmişkən Ermənistan Rusiya Sülhməramlılarının bölgədə olmasından istifadə edərək Azərbaycan ərazilərindən öz sərhəddinə daxil etmək niyyətlərini ortaya atır. Amma Erməniləri yaxşı tanıyan Azərbaycan bütün mümkün təxribatların qarşısını ağıllı siyasətlə cavab veriri. Kəlbəcərdəki Zod qızıl mədəninin yuxarıdan çəkilən xəritəsindən də aydın görünürki mədənin böyük hissəsi Azərbaycana məxsusdur.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton