Coronovirusun artan rəqəmləri “Qara Cümə” bazarını da məhv etdi”
Gunaz.tv
Coronovirusun artan rəqəmləri “Qara Cümə” bazarını da məhv etdi”
2020-ci ilin Şükran günü Amerika tarixinin ən səssiz günlərindən oldu. Əvvəlcədən sosial çarxlar vasitəsi ilə ölkənin siyasilərindən tutmuş müxtəlif məşhurlar vasitəsi ilə insanları evdə qalmağa çağırdılar. Bunun tək səbəbi Corona virusuna yoluxanların sayının durmadan artmasıdır. Təkcə son sutkada virusa yoluxanların sayı 104 min olub, 1100 insan həyatını itirib.Həftənin 3-cü günü isə ölü sayı 2 mini keçmişdi. Bu, may ayından bəri bir gündə görünən ən yüksək rəqəm idi. Amerikalılar Şükran günüdə toplu görüşlərdən uzaq durmağa çalışdılar. Adətən ailələr bir araya gələrək axşam yemeyini birlikdə qeyd edirdilər. Bu il buda çox yaşanmadı.
Virus qorxusu insanları cümə alışverişindən də çəkindirdi. Şükran gününün səhərisi mağazaların böyük endirimlər etdiyi ‘qara cümə’ alışverişlərini virus qorxusu ciddi təsirləndirdi.New Yorkda hər il adət etdiyimiz uzun növbələr yaranmadı. Amerikada Corona virusu səbəbilə ən çox ölüm bu ştatda yaşanmışdı. Amma bu il alıcılar daha çox online sifarişlər verdi. Bütün ölkə miqyasında da ‘Qara Cümə’ alışverişləri ötən illərlə müqaisədə bu il demək olar olmadı. Dünyaca məşhur olan Macy's mağazasının qapıları ‘Qara Cümə’ üçün açılsa da şirkət çox az sayda alıcının üz- üzə alışveriş etdiyini açıqladı. Eyni durum, Best Buy, Walmart, Home Depot, Target kimi bir çox məşhur mağazalar zəncirində də yaşandı. Virusun hər gün çoxalması alıcıları məhz internet üzərindən məhsul almağa məcbur edib.Rəqəmlər göstərir ki, alıcıların yüzdə 59 faizi Noyabr ayı başlayandan yalnız online sifarişlər verir. Adobe Analytics, Amerika Birləşmiş Ştatlarının ən məşhur 100 online satış səhifəsində apardığı araşdırmada, istifadəçilərin keçən il ‘Qara Cümə’ alışverişində 4,2 milyard dolar, bu il isə 5,1 milyard dolar xərclədiklərini açıqladı.
Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.