GünazTV Oct.01.2020 : “Vətən müharibəsinin dördüncü günündə yaşananlar! Ermənistan işğaldan əl çəkməsə döyüşlər son qarış torpaq geri alınanadək davam edəcək”

2020-10-02 01:31

“Vətən müharibəsinin dördüncü günündə yaşananlar! Ermənistan işğaldan əl çəkməsə döyüşlər son qarış torpaq geri alınanadək davam edəcək”

Gunaz.tv Quote | Gunaz article

“Vətən müharibəsinin dördüncü günündə yaşananlar! Ermənistan işğaldan əl çəkməsə döyüşlər son qarış torpaq geri alınanadək davam edəcək”

 Vətən müharibəsinin 4-cü gününə Ermənistan ordusnun Tərtər şəhərini artilleriya atəşə tutması ilə başladı. Azərbaycan ordusu Ermənistan silahlı birləşmələrini geri  oturtmaq üçün gərgin döyüşlər aparır.  Silahlı qüvvələrimizin əks hücumları  nəticəsində  düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib. 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilib. İndi sizə Azərbaycan ordusunun düşmən ordusunun üzvülərini zərərsizləşdirməsinin görüntülərini təqdim edirik. Cəbhədən şəhid xəbərləri gəlir. Vətən  torpağı ogullarını qürurla qoynuna alır. Amma gələn şəhid xəbərləri xalqda əsla kədər hissi yaratmır. Əksinə orduya getmək üçün sıraya düzülən oğulların sayını artırır. Hərbi komisarlıqlar qarşısında qələbəlik yaşanır. Azərbaycan Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərə müraciət edib. Könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər. Nazirliyin  açıqlamasında həm də  ordumuzun uğurları açıq görüldü.

“ Düşmənin Cəbrayıl rayonu istiqamətində yerləşən döyüş texnikaları məhv edilib. Füzuli rayonu istiqamətində yerləşən 4-cü tabor ağır artilleriya atəşinə tutulub. 18-ci motoatıcı diviziyasının komanda məntəqəsinə təş zərbələri endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Bundan başqa, 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Donaşendə yerləşən 7-ci alayının 2-ci taborunun şəxsi heyəri ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Həmin diviziyanın hazırda Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağatıcı alayının qərargahına zərbə endirilib”.

Əskər kimi, cəbhədəki vətəndaşımız da möhkəm dayanıb. Düşmənin hücumlarına baxmayaraq vətəndaş torpağında və günlük yaşamındadır. Amma Erməni birləşmələri mülki vətəndaşlara hücumlarını dayandırmır. Məqsəd göz qorxutmaq olduğu bəllidir. Bu gün daha 3  mülki vətəndaşımız həlak olub. Vətən müharibəsində qətlə yetrilən mülki insanımızın sayı 15-i keçib. 50-dən çox dinc sakin yaralanıb. Təmas xəttində yaşayan və evlərini tərk etmək istəməyən Azərbaycan vətəndaşları bu zülmə necə dözürlər sualına bölgədə işləyən ANS ÇM-n müxbiri Vahid Mustafayevə danışıblar. Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır. Bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistanın ərazisində iki “Su-25” tipli təyyarə havaya qalxıb. Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Ermənistan silahlı qüvvələrinin  “Toçka-U” taktiki raket kompleksini tətbiq etsə də  düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olduğu görülüb.Atılan raketlərdən üçü partlamayıb.Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu müharibənin 4-cü günündə bir daha bəyan edib ki, gərəkirsə rəsmi  Ankara Azərbaycana hərbi yardım edəcək.

“Problem diplomatik yolla həll olmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir və mübarizəni öz ərazisində aparır. Dünyanın harasında münaqişələr varsa, işğalçı ilə torpağı işğal edilən tərəf eyni tutulmur. Bu məsələdə Ukrayna və Gürcüstanın ərazi bütövlüyü haqlı olaraq dəstəklənir. Azərbaycan torpaqlarının işğalı məsələsinə də eyni mövqe sərgilənməlidir. Azərbaycanın bu məsələdə bir istəyi olarsa, istədiyini edərik. Lakin Azərbaycanın özünü müdafiə etmək və ərazilərini işğaldan qurtarmaq üçün gücü yetərlidir. Prezident İlham Əliyevin tez-tez dediyi kimi, işğalçı tərəf gəlsin üz-üzə savaşaq və nəticəni görərsən. Azərbaycan deyir ki, mən öz torpağımı işğaldan azad edirəm və başqa dövlətlər qarışmasın. Ermənistan başqa ölkələrdən dəstək olmasa, işğalçılığa cəsarət etməzdi”.

 Azərbaycan perzidenti  İlham Əliyev isə yaralı əskərlərlə görüşdə açıq söylədiki əgər Ermənistan Silahlı qüvvələri işğal etdiyi torpaqlardan çəkilərsə Azərbaycan döyüşləri dayandırar.

“Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.”

 Azərbaycan ordusunun Vətən uğurunda apardığı döyüşlərinin 5-ci günündə aktiv döyüşlər Ermənilərin yaşayış məskənlərini atəşə tutması ilə başladı. Ordumuz bütün cəbhələrdə əks hücum əməliyyatları keçirərək torpaqlarımızı işğalçılardan azad etməkdə davam edir.  

 

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27